Gecə saatlarında yemək yeyənlər OXUSUN
Maraqli
Oxunub: 1 004
20 mar 2016 | 09:38
Gecə saatlarında yemək yeyənlər OXUSUN










Gecə yemək sindromu qidalanma davranışı pozuntusudur. Bunu deyən türkiyəli qidalanma və pəhriz mütəxəssisi Özge Yüksel gec saatlarda yemək sindromunun qarşısını almaqdan danışıb

Azerinfo.az lent.az-a istinadən mütəxəssisin bununla bağlı fikirlərini təqdim edir.

Mütəxəssis ilk növbədə onu bildirir ki, gecə yemək vərdişi yuxunun pozulmasına səbəb olur. Bu zamansa enerji qəbuluna ehtiyac yaradır: "Gündəlik kalorinin ən az 50-nin son axşam yeməyindən sonra atışdırmalarla qəbul edilməsi, yeyilən qidalarınsa şəkər və nişasta kimi karbohidrat tərkibli olması artıq bir xəstəliyə işarədir. Oyandıqdan sonra ilk yeməyin bir neçə saat gecikdirilməsi və gecə yeyilənlər səbəbindən narahatlıqlar ortaya çıxır. Bu insanlar səhər oyandıqları zaman özlərini yaxşı hiss edirlər, lakin gün irəlilədikcə ruhi vəziyyəti pisliyə doğru dəyişir. Bunun səbəbi serum melatonin səviyyəsinin aşağı düşməsi, leptin hormonunun azalması və kartizol səviyyəsinin yüksək olmasıdır. Eyni zamanda bunun əsl səbəbi yaşanan böyük stressdir".

Gecə yemək sindromunun müalicəsi

Stress bir çox xəstəliyin qaynağı olmaqla bərabər, yuxu nizamsızlığına və oyanan zaman dərhal yemə istəyinə səbəb ola bilər. Ö. Yükselin sözlərinə görə, günü kafi və doğru qidalanmaqla keçirmək axşam qidalanma və yuxu keyfiyyətinə müsbət təsir edir. Bununla da gecə yemək vərdişinizə son qoymuş olarsınız: "Səhər oyandığınız zaman əl-üzünüzü yuduqdan sonra səhər yeməyi yeməsəniz, bədəniniz oyanmayacaq və günə adaptasiya olmaqda çətinlik çəkəcək. Lakin yaxşı bir səhər yeməyi özünüzü daha enerjili, daha sağlam hiss etməyinizə səbəb olacaq".

Nahar yeməyi də çox əhəmiyyətlidir, sizi axşama hazırlayar. Nahar yeməyini gecikdirdiyinizdə axşama qədər çox acar və axşam yeməyində həddindən artıq yeməyə meyllənərsiniz. Halbuki doydurucu bir nahar yeməyi və ara yeməyində meyvələrlə qidalanmaq aclığınızı azaldar. Bunun sayəsində yeməklərlə mübarizə aparmaq məcburiyyətində qalmazsınız. Axşama doğru kafeinli içki qəbulunu məhdudlaşdırmaq da gecə yuxunuza müsbət təsir edəcək: "Bir çox insan gecə yata bilmək üçün spirtli içki qəbul edir. Lakin spirt qəbulu gecə yarısı oyanmağınızı səbəb olur. Bu zamansa yenə içki və yeməyə meyliniz arta bilər. Gecə yemə sindromu yaşayırsınızsa, psixiatr, psixoloq və dietoloq köməyinə müraciət edin. Buna səbəb olan stressi aradan qaldırmağa çalışın və düzgün qidalanma vərdişləri yaradın".

Həkim onu da əlavə etdi ki, insan mübarizəni ilk növbədə özü ilə aparmalıdır. Birincisi, iştahanı artıran atışdırmaları gözünüzdən qıraqda saxlayın, yatmadan əvvəl ilıq duş qəbul edin, sonra bitki çayı için. Yuxunuz gəlməsə belə, hər gün eyni saatda yatmağa cəhd edin.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi