Çay evində dostunu çaydanla öldürdü - Qətlin təfərrüatı
Kriminal
Oxunub: 479
20 avq 2021 | 16:43
Çay evində dostunu çaydanla öldürdü - Qətlin təfərrüatı


Bakıda çay evində tanışını öldürməkdə təqsirli bilinən Cövdət Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, hadisə ötən il oktyabrın 17-də, saat 20 radələrində paytaxtın Binəqədi rayonunda baş verib.

İttihama görə rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1977-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb.

Mübahisə zəminində Cövdət Abbasov Sabir Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

Ağır zərbə alan Sabir Ələkbərovu yanlarında olan şəxslər oradan uzaqlaşdırıblar.
Bir müdət sonra həmin çay evinin qarşısında Sabir onu yenidən təhqir edib. Bu zaman Cövdət ona fasilələrlə çoxsaylı bədən xəsarətləri yetirərək qəsdən həyatdan məhrum edib. Hadisə yerinə gələn həkim briqadası onun öldüyünü qeyd edib.

Cövdət Abbasov hadisədən bir gün sonra yaşadığı evdə saxlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Cövdət Abbasov ifadəsində bildirib ki, Sabir Abbasovla təxminən 5-6 il əvvəl tanış olub və aralarında hər hansı ədavət olmayıb: "Hadisə baş verən günü Sabirlə ikimiz araq içdik sonra dedim ki, gedək çayxanaya nərd oynayaq. Çayxanada məndən telefonumu istədi ki, ver zəng edim. Məndə verdim. Həmin adama zəng çatmadığı üçün əsəbləşdi telefonumu vurdu stolun üstünə. Dedim, niyə belə edirsən? Başladı məni söyməyə".

Cövdət Abbasov daha sonra bildirib ki, Ələkbərovun yaşca ondan böyük olması səbəbindən ona əl qaldırmayıb. Sabir onunla əyləşdiyi masadan qalxıb digər masaya keçib: " Getdi başqa masada oturdu fikirləşdim ki, qayıdar. Bir az keçdi getdim ondan telefonumu istədim. Yenə söyüş söydü. Mən də cavab verdim, başladıq dalaşmağa. Əsəbləşdim, stolun üstündə olan çaydanı götürüb bir neçə dəfə vurdum başına".

Çayxanada olan digər şəxslər Sabiri çölə çıxarıb üzünə su vurublar. Sabir onu hədələyib söydü üçün yanına qayıdıb. Amma onu vurub-vurmadığını xatıramır. Səhərisi gün polis əməkdaşları evinə gəlib Ələkbərovun öldüyünü deyiblər.

Məhkəmə prosesi zamanı Cövdət Abbasovun Sabiri xüsusi amansızlıqla qəsdən öldürməsi sübuta yetirilib. Onun əməli CM-nin 120.2.4( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif olunub.

Sonda məhkəmənin hökmü ilə 1977-ci il təvəllüdlü Cövdət Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO