Azərbaycanda icra başçısının imarətində asılmış meyit AŞKARLANDI

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Redaksiyamıza daxil olan məlumata görə, icra başçı hüquq mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.
Müəmmalı ölüm işi ilə bağlı ortada xeyli suallar var. Ruslan Səmədovun özünü asması və ya öldürüldükdən sonra asılması da aydınlaşdırılmalı suallar sırasındadır.

“Yeni Müsavat”ın əməkdaşı müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə sorğu ilə müraciət edib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparılır. Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib. Xəzər Rayon Prokurorluğunun Ruslan Səmədovun müəmmalı ölümü ilə bağlı cinayət işi başlamağa tələsməməsi də cinayətin özü qədər müəmmalıdır. Bunun imarət sahibinin tutduğu vəzifə ilə əlaqəsinin olub-olmaması aydın deyil.
Adətən asılmış vəziyyətdə meyit aşkar ediləndən 2-3 saat sonra faktla bağlı Cinayət Məcəlləsinin 125-ci–özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanır. Fakt ortadadır: icra başçısının imarətində gənc bir insanın asılmış meyiti aşkar edilib, prokurorluq isə sanki bir tərəddüd içindədir. Ruslan Səmədovun meyiti vəzifə daşıyıcısı Anar Tağıyevin imarətində deyil, sıradan bir vətəndaşın həyətində aşkar edilsə idi, Xəzər Prokurorluğu eyni mövqeni sərgiləyərdi? Cinayət işi başlayıb məmmalara aydınlıq gətirmək əvəzinə, gözləmə mövqeyi tutardı?
Yada salaq ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. A.Tağıyev Yevlaxın icra başçısı təyin olunana qədər Nəsimi icra başçısının müavini vəzifəsində çalışıb.
Bu gün, 16:00
ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
Bu gün, 15:30
Trampın yeni İran planı – dünya bazarlarını və regionu silkələyən ssenari
Bu gün, 15:07
Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM
Bu gün, 14:22
Paşinyanın “siftəsi kor oldu”
Bu gün, 13:00
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
Bu gün, 12:32
Binəqədidə zorakılıq - Polis hərəkətə keçdi, mühafizə orderi isə yolda itib
Bu gün, 12:17
Çin lideri ABŞ-a gedir
Bu gün, 12:07
Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var
Bu gün, 11:46
Şuşada bir ton çətənə kolu məhv edildi
Bu gün, 11:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
Bu gün, 11:08
Argentinanın məğlubiyyətinə ortalığı bir-birinə qatdılar
Bu gün, 11:04
Pensiya alanlara şad xəbər – Nazirlik 245 min şəxslə bağlı qərarı açıqladı
Bu gün, 10:59
Dünya çempionatında ən çox qol vuran futbolçular - SİYAHI
Bu gün, 10:29
Döyüş Meydanının Həqiqi Qəhrəmanları Unudulmamalıdır
Bu gün, 10:25
Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Bu gün, 10:21
Bu gün Beynəlxalq Ay Günüdür
Bu gün, 10:17
SEPAH: Hörmüzdə iki tankeri vurduq
Bu gün, 10:14
Fermerlərin nəzərinə: Məsuliyyətə cəlb oluna bilərsiz
Bu gün, 09:44
Mənzil bazarında bahalaşma gözlənilir?
Bu gün, 09:41
Süni intellektin sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar
Bu gün, 09:34
Ağ Evdən İran açıqlaması: Çox ağır zərbə vurulub
Bu gün, 09:00
Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi
18-07-2026, 12:11
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
18-07-2026, 11:48
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
18-07-2026, 10:32
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
18-07-2026, 10:26
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
18-07-2026, 10:22
Xırdalandakı güclü yanğın olub