15 yaşlı qızı hamilə qoyan müəllimin cəzası nə qədər arta bilər? - “Belə yüngül cəzaya rast gəlməmişəm”
Kriminal
Oxunub: 867
13 avq 2020 | 19:16
15 yaşlı qızı hamilə qoyan müəllimin cəzası nə qədər arta bilər? - “Belə yüngül cəzaya rast gəlməmişəm”


Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə qoyan 60 yaşlı müəllimin bir il müddətinə həbs cəzası alması ictimai qınağa səbəb olub.

Sosial şəbəkələrdə yaşlı müəllimin əqli cəhətdən zəif olan azyaşlı ilə cinsi əlaqəyə girməsi, ancaq cəmi 1 il azadlıqdan məhrum edilməsi pislənilib. Hadisəyə yenidən hüquqi qiymətin verilməsi üçün etirazlar başlayıb.

Qeyd edək ki, hadisə Lerikin Kirəvud kəndində baş verib. 15 yaşlı qız rus dili müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətdə olub. Şəfahət Məmmədov barəsində Lerik rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən çıxarılan qərarla o, cəmi 1 il (Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) həbs cəzası kəsilib.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məlum hadisə ilə bağlı müəllimin 1 il azadlıqdan məhrum edilməsi bütün hüquqşünasları təəccübləndirib:

“Əslində müəllim zorlanma maddəsi ilə mühakimə olunmalı idi. Şəxsin ittiham olunduğu maddə (152.1 ) hər iki tərəfin razılığını nəzərdə tutur.

Fakt odur ki, qızda əqli çatışmazlıq var və öz əməlini dərk etmir, idarə edə bilmir. Artıq bu əməlin tövsifində səhvdən söhbət gedir. Hesab edirəm ki, zorlanma maddəsi ilə məhkum olunub, maddə daxilində cəza almalı idi. Hətta müəllim əlavə maddələrlə də (vəzifə səlahiyyətindən sui-istifadə)ittiham oluna bilər. Çünki qıza söz deyən və tələb edən qulluq sahibi idi. Bu baxımdan, maddənin tövsifində çox böyük səhvə yol verilib və məsələyə yenidən baxılmalıdır. Zərərçəkmiş tərəf apellyasiya şikayəti verə bilər”.

Hüquqşünas hesab edir ki, istintaqın gedişindən asılı olaraq müəllimə iki maddə ilə cinayət işi açılması daha ədalətli olardı:

“Birincisi, 149.2.3 maddəsidir (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlanma). Şəxs müəllim idi və bilirdi ki, qız azyaşlıdır. Bu maddədə 10 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur. İkincisi isə 149.3.3 maddəsidir (təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində). Düzdür, qızın 15 yaşı var. Amma əqli inkişafı ola bilsin ki, 13 və ya 14 yaşdadır. Bunu ekspertiza təyin edə bilər. Şəxsi mövqeyim odur ki, müəllimi bu maddə ilə, yəni 149.3.3 maddəsi ilə ittiham etməlidirlər. Bu, ağır maddədir və 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmədir. Azyaşlının əqli qüsuru varsa, hər halda 15 yaşlı deyil. İstənilən halda bu hadisə 1 illik cəzaya adekvat cinayət əməli deyil. Bu işə yenidən baxılmalıdır. Onu da deyim ki, müəllimin ittiham olunduğu 152.1 maddəsində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur ki, şəxsə həmin cəzanın minimum qismi verilib. Bu da məhkəmə prosesində çox təccüblüdür. Praktikada belə yüngül cəzaya rast gəlməmişəm”.

Əsabəli Mustafayev onu da əlavə edib ki, belə bir həbs cəzası qorxulu tendensiyadır:

“Biz bilirik ki, hər cinayət üzrə qəbul olunmuş qərar qabaqlayıcı və profilaktika rolunu oynayan tədbir olmalıdır. Əgər müəllim bu işlə məşğuldursa və ona cəmi 1 il həbs verilirsə, bu, cəmiyyətdə cəzasızlıq mühiti, həmçinin qanunlara, insan ləyaqətinə, şərəf və namusuna hörmətsizlik sindromu yarada bilər. Belə bir şey ola bilməz. 15 yaşlı qızın bütün həyatını məhv edirsən. Az yaşında qız artıq hamilədir və ana olacaq. Nə özü uşağı tərbiyə edə biləcək, nə valideynlər qəbul edəcək. Çox böyük faciədir. Hesab edirəm ki, bu, çox böyük məhkəmə səhvidir”.
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH