Sosial şəbəkə terroru: onu necə durdurmalı... - "...mütəşəkkil cinayətkar şəbəkəsi formalaşır"
Kriminal
Oxunub: 1 103
1 iy 2020 | 18:20
Sosial şəbəkə terroru: onu necə durdurmalı... - "...mütəşəkkil cinayətkar şəbəkəsi formalaşır"


Dünyada, o cümlədən Azərbaycanda bir sosial şəbəkə terroru yaşanır. Kim istəsə, hansısa məşhur adam, redaktor, deputat, yazıçı, məmur haqqında ağlına gələni yazır, söyür, təhqir edir və dəstək toplayıb, həmin adamı ictimai qaydada gözdən salır. Artıq bəzi tanınmış, ətrafına like dəstəsi yığmış sosial media terrorçuları da peyda olub. Onlar bir sıra adamlara “xərac” da kəsirlər. “Pul ver, yoxsa səni biabır edəcəm” deyə... Ya da kimdənsə pullu sifariş alıb, sifarişçinin hədəf göstərdiyi hər kimsəni ictimai qaydada aşağılayır, təhqir edir, onu nüfuzdan, üzdən-gözdən salır. Artıq qarşıda “Sosial şəbəkə terrorunu necə durdurmalı?” sualı ciddi şəkildə dayanıb. Belə insanlardan, onların qurbanları şikayət etməlidirmi, etsə, daha da çox hədəfə gəlməyəcəkmi, belə şikayətlərin anlamı varmı, onlara hansı cəzalar düşür?

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirdi ki, sosial şəbəkələrlə bağlı məsələ get-gedə çox ciddi şəkildə problem olaraq ortalığa çıxır. Bu problem təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində var. Hətta dünyanın bəzi aparıcı ölkələri sosial şəbəkələrə, xüsusi olaraq “Facebook”a qarşı narahatlıqlarını bəyan edirlər. ABŞ kimi dövlətin prezidenti belə, artıq sosial şəbəkələrdə senzura, qayda-qanun yaradılmasının vacibliyindən danışırlar: “Terrorun təbliğinin aparılması hallarına da artıq sosial şəbəkələrdə rast gəlirik. Bu da onu göstərir ki, sosial şəbəkələrdə ciddi problemlər var. Bu problemlər aradan qalxmalıdır. Mən bir-bir sadalamaq istəmirəm. Sosial şəbəkələrin fəaliyyətindən narazılıqlar var və bu narazılıqlar əsaslıdır. Bu narazılıqların səbəbi bir deyil, bir neçədir. Sosial şəbəkələrdə cəmiyyətdə pozuculuq yayan fikirlərə daha çox yer verilir. Terrora çağırışa yer verilməsi problemi mövcuddur. Peşəkar medianı sıradan çıxarıb əvəzində xaosun hökm sürdüyü yeni ”media" formalaşdırmaq prosesi də sosial şəbəkədə müşahidə olunur. İnsanların şəxsi həyatına müdaxilə, şəxsi həyat sirlərinin açılması, reklamla, bizneslə məşğul olub vergi ödəməmək kimi problemlər də sosial şəbəkələrdə var. Bütün sadalanan və digər problemlər getdikcə özünü çox qabarıq şəkildə göstərir.

Azərbaycanda da bu problem qabarıq şəkildə özünü göstərir. Amma Azərbaycanda sosial şəbəkələrin sadaladığımız problemlərlə yanaşı həm də fərqli nüansları ortaya çıxır. Azərbaycanda sosial şəbəkə istifadəçilərinin şəbəkələşməsi prosesi gedir. Özü də bu, neqativ yöndə şəbəkələşmədir. Buraya biz xüsusi troll dəstələrinin yaranmasını qeyd edə bilərik. Trollardan əlavə hətta bəzən açıq tekstlə, açıq profillərlə çıxış edən, amma siyasi, iqtisadi, maliyyə maraqları olan qruplar olduğu müşahidə edilir. Bu cür qruplar da şəbəkələşirlər və o şəbəkə vasitəsilə müəyyən siyasi, iqtisadi qrupları, fərdləri təzyiqə məruz qoyurlar, çox kəskin kampaniya aparırlar. Belə demək mümkündürsə, Azərbaycan seqmentində neqativ yöndə sosial şəbəkə istifadəçilərinin mütəşəkkil cinayətkar şəbəkəsi formalaşır. İsan haqlarının, hüquqların pozulması müşayiət olunur".

M.Ələsgərli qeyd etdi ki, Azərbaycan demokratik ölkədir və söz azadlığı var. Amma bu o demək deyil ki, söz azadlığı varsa təhqir, qarayaxma, böhtan, şəxsi həyata müdaxilə yolveriləndir.

Ekspert bildirdi ki, hələlik dünyanın hər hansı ölkəsində, o cümlədən Azərbaycanda birbaşa sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı ayrıca qanun yoxdur: “Hələlik bunun mexanizmi də yoxdur. Amma vəziyyət, gedişat göstərir ki, bu məsələni özbaşına da buraxmaq olmaz. Buna görə də ayrı-ayrı ölkələr özlərinin bildikləri kimi bu problemə qarşı hüquqi mübarizə aparırlar. Bəzi ölkələr var ki, həmin zərərli proseslərə meydan verən sosial şəbəkələrin fəaliyyətini müvəqqəti də olsa bloklayırlar. Məsələn, Türkiyə və digər bir neçə ölkələrin praktikasında bu var. Bəzi ölkələr var ki, orada sosial şəbəkələrdə qeydiyyata düşmək üçün xüsusi prosedurlar tətbiq olunur. Məsələn, belə bir praktika var ki, insanlar sosial şəbəkədə səhifə yaratmaq üçün simvolik məbləği öz kart hesablarından ödəyirlər. Simvolik məbləğ ödənən anda həmin şəxsin kartında olan şəxsi məlumatlar qeydə alınır. Gələcəkdə həmin insanları bu məlumatlarla nəzarətdə saxlamaq mümkün olur. Amma hələ ki tətbiq olunan bu praktikaların heç biri tamamilə nəticə verməyib. Azərbaycanda ayrı-ayrı qanunlara dəyişiklik edilir. 2013-cü ildən başlayaraq Azərbaycan qanunvericiliyində dəyişikliklər edilir ki, onlayn media resurslarının və sosial şəbəkə resurslarının fəaliyyətini tənzimləmək mümkün olsun. Məsələn, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə bir bənd əlavə olundu ki, həmin bəndə əsasən təhqir və böhtan sosial şəbəkə, yaxud onlayn mediada olsa da məsuliyyət yaradır. 2016-cı ildə saxta profillərdən istifadəni qadağan edən maddə qanuna əlavə olundu. Tənzimləmə üçün qanunvericilikdə bu cür addımlar atılır. Amma görünür ki, bunlar yetərli deyil. Çünki əvvəla, Azərbaycanda qəbul olunan bu cür qanunlar, qadağalar Azərbaycanın ərazisində keçərlidir. Sosial şəbəkələrə isə dünyanın hər yerindən qoşulmaq mümkündür. İkincisi, bütün profilləri, paylaşımları nəzarətdə saxlamaq və tədbir görmək problemi var”.

Ona görə də M.Ələsgərli hesab edir ki, hazırda bu məsələdə əsas yük düşür sosial şəbəkə istifadəçilərinin və sosial şəbəkələrdə təhqirə, böhtana, hücuma məruz qalan şəxslərin üzərinə. Onlar şəxslərinə sosial şəbəkədə həyata keçirilən təhqir, böhtan, kampaniya barədə hələlik hüquq-mühafizə orqanlarına müraciət etməli və qanuni ölçü götürülməsini istəməlidirlər: “İnsanlar müvafiq qurumlara müraciət etməklə özlərinin təhlükəsizliyinin qorunması üçün addımlar ata bilərlər. Bununla həm də digərlərinə nümunə ola bilərlər. Güman edirik ki, dünyada bu problem qabardığı üçün məsələ ciddi şəkildə diqqət mərkəzinə gələcək və ölçü götürülməsi üçün vahid modellər hazırlanacaq”.
“Yeni Müsavat”
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...