“Qızımı öldürərkən Mübarizə anası da kömək edib” — Şəmkirdəki dəhşətli qətlin təfərrüatı - FOTO
Kriminal
Oxunub: 761
22 apr 2020 | 18:21
“Qızımı öldürərkən Mübarizə anası da kömək edib” — Şəmkirdəki dəhşətli qətlin təfərrüatı - FOTO


Şəmkir rayonunda əri tərəfindən boğazı kəsilərək öldürülən 27 yaşlı Nailə Məmmədovanın ailəsi həm istintaqın gedişatından, həm də mətbuatda hadisə haqda yazılanlardan narazıdır.
N. Məmmədovanın atası Allahyar Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, kürəkəni Mübariz Məmmədovun qızını öldürməsinin səbəbi başqadır:

"Aprelin 17-də qızımı evimə gətirəndə dedilər ki, Mübarizin anası onunla yola getmir. Həmin gün Mübariz də, anası da gəlmişdi. Heç biri qızımın telefonuna SMS gəldiyini, buna görə mübahisələrinin düşdüyünü deməmişdi".

A.Əliyev qeyd edir ki, qızı 9 il əvvəl ailə həyatı qurub: "Onların 7 yaşlı oğlu, 5 yaşlı qızı var idi. Uşaqlar indi bilmirəm hardadır, yəqin sığınacağa verərlər. Qızımla kürəkənimin mübahisəsi oğlanın anasına görə olub. İkisi bir yerdə qızımı uşaqları ilə gətirib bizə qoydular. Kürəkənim axşam zəng edib dedi ki, ay dayı, gəlirəm Nailəni kirayə evə aparım. Dedim gəl danışaq. Anası qızımla yola getmirdi deyə ayrıca evdə qalmaq istəyirdi. Mübariz evin tək uşağıdır, atası da yoxdur. Gəldi bizə, danışdıq. Yoldaşım ərzaq da yığıb qoydu. Mən Mübarizə dedim ki, əgər yola getmirsinizsə, qızım qalsın burda, koronavirus qurtarandan sonra rəsmi boşanarsız. Dedi yox, ay dayı, qurban olum, o nə sözdür deyirsən, narahat olma, ayrı evə gedirik, daha yaxşı olacaq. Bunlar getdilər, yolda olanda 1-2 dəfə danışdım. Axırıncı dəfə danışanda dedi ki, öz evimizə gəlmişik, maşına "veş" yığırıq. Sonra daha Mübarizin telefonuna zəng çatmadı. Üstündən 2 dəqiqə keçəndən sonra Mübarizin qonşusu zəng edib dedi ki, "içəridə qızı döyüb öldürürlər, uşaqların səsi evlə birdi". 102-yə zəng edib məlumat verdim, özüm də ora getdim.
Ora çatanda artıq qızımı öldürmüşdülər. Sonradan özlərinə bəraət qazandırmaq üçün guya SMS məsələsini ortaya atdılar. Nailənin bu vaxta kimi ailəsi ilə söz-söhbəti olmayıb. Dekabr ayında Mübariz Şəmkirdə bir qadına ilişmişdi, buna görə qızım boşanmaq istəyirdi. Onda ailələr danışıb məsələni yoluna qoydu. Bir də aprelin 17-də qızımı gətirəndə mübahisələri olmuşdu".

Allahyar Əliyev iddia edir ki, qızının öldürülməsinə qayınanası Çiçək də kömək edib: "Qızımı döyə-döyə işgəncə veriblər ki, nəsə deməlisən. Sifətindən başqa bədəninin hər yeri gömgöy idi. Sonda da arxadan saçından tutaraq dartıb və boğazından bıçaqla kəsib, qalan zərbələri də böyrəklərinin üstündən vurub. Onların Nailəni öldürmək planları əvvəldən olub, yalandan kirayə evdə qalacaqlarını deyib. Bu işdə Mübarizə anası da kömək edib. Evdə də qızımın öldürülməsinə şərait yaradıb. Qapını da arxadan bağlayıblar.

Mübarizin qızımı buradan götürüb aparmağı və öldürməyi 1 saat ərzində olub. Əvvəldən planları onu öldürmək olub. Anası deyir uşaqlar çöldə olub, amma qonşu mənə dedi ki, uşaqlar otaqda olub, hadisə vaxtı da qışqırıb ağlayıblar".
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ