“Quli”nin düşmənləri üçün həyati məsələ – “… Aradan götürülməlidir”
Kriminal
Oxunub: 1 600
17 fev 2020 | 21:20
“Quli”nin düşmənləri üçün həyati məsələ – “… Aradan götürülməlidir”


Azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (“Quli”) qarşı sui-qəsd planının qarşısının alınması diqqəti yenidən kriminal aləmdə cərəyan edən olaylara yönəldib.

Yenisabah.az xatırladır ki, Nadir Səlifova qarşı su-qəsd planının başında onunla konfliktdə olan gürcü əsilli avtoritet Quram Çixladze (“Kvejoviç”) dayanır. Türkiyə polisinin onu və rəhbərlik etdiyi 16 nəfərlik dəstəni saxlaması Nadir Səlifovun aradan götürülməsi planına mane olub.

Rusiyanın primetime.ru saytının baş resaktoru, kriminal aləm barədə kifayət qədər məlumatlı olan Viktoriya Qefter baş verənləri lenta.ru-ya şərh edib.

O, əvvəlcə Səlifovun barışmaz düşmənlərindən danışıb. Qefterin sözlərinə görə, Nadir Səlifovun barışmaz düşmənləri mərhum qanuni oğru Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qardaşı və əmisi oğludur.

Çixladzenin Səlifovla konfliktinə gəlincə, baş redakor hesab edir ki, bunun arxasında nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) dayanır.

Çixladze sağlığında Rövşən Canıyev və onun yaxın ətrafı ilə dostluq edib. Dostluq etdiyi şəxslərin arasında “qanuni oğru” Əlibala Həmidovu (“Qoca Yasamalski”) qətlə yetirən şəxs də var.

Qefterə görə, Zaxari Kalaşovun təşəbbüsü ilə Səlifovla görüşən Quram Çixladze məhz bu məsələni müzakirə etməliydi. Çünki Səlifovun qisas alacağı təqdirdə Çixladzeyə də zərbə dəyə bilərdi. Səlifov görüşdə bu barədə ona xəbərdarlıq edib. Həmçinin bildirib ki, o, tərəfini düzgün müəyyənləşdirməlidir. Çixladze isə tərəf kimi Səlifovu seçmədiyinə eyham edib.

Sonradan “qanuni oğrular” belə qənaətə gəlib ki, bu görüş Çixladze ilə Səlifov arasında konflikt yaradılması üçün təşkil edilib. Çünki həbsxanada olan Kalaşov Nadir Səlifovla Merab Canqveladzenin (“Merab Suxumski”) nüfuz etdiyi kriminal hadisələrə təsir imkanlarını itirirdi.

“Quli”nin düşmənləri üçün həyati məsələ – “… Aradan götürülməlidir”


Çixladzenin görüşdə Səlifovla saymazyana danışığı da süni konflikt yaradılması ilə izah edilir.

Qefter də görüşdə baş verən insidentə görə gürcü əsilli “qanuni oğru”nun haqsız olduğuna eyham edib. O, həmçinin bildirib ki, görüşdə Çixladzenin döyülməsi barədə deyilənlər həqiqətuyğun deyil. Baş redaktorun sözlərinə görə, sadəcə doğum günü olan qazax əsilli avtoritet, “qanuni oğru” tituluna namizəd Arman Cumagəldiyev (“Arman Dikiy”) Çixladzeni yerində oturudub. Səlifovla görüşdən əvvəl Çixladze özünü Cumagəldiyevə kommersant kimi təqdim edib. Bir kommessantın “qanuni oğru” titulu daşıyan Nadir Səlifovla saymazyana tonda danışması qazax əsilli avtoritetin ona irad bildirməsinə səbəb olub. Çixladze isə Cumagəldiyevin iradına sərt cavab verib. Bu zaman qazax əsilli avtoritet ona əl qaldırmalı olub. Səlifov dərhal müdaxilə edib və insentin dərinləşməsinə imkan verməyib. “Hadisə baş verəndə Zaxari Kalaşov tərəfindən Çixladzeni qorumaq üçün ayrılan mühafizəçilər də orada olub. Onlar baş verənləri əvvəldən sonadək izləsələr də, müdaxilə etməyiblər. Bu da Çixladzenin haqlı olduğuna şübhələri artırır, yaxud da onlar qorxaqdırlar”, -deyə Qefter bildirib.

Baş redaktor Səlifova qarşı sui-qəsd planının Türkiyə polisi tərəfindən qarşısının alınması məsələsinə də toxunub. O, Səlifovun Türkiyənin güc strukturları tərəfindən xüsusi olaraq qorunması barədə mülahizələri bölüşməyib. Qefter bildirib ki, Çixladze Səlifovun bacısı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavski”) hücum etməsindən sonra Türkiyə polisinin nəzarəti altına düşüb. Baş redakroun fikrincə, sui-qəsd planının qarşısının alınması da polisin peşəkərlağı sayəsində baş tutub.

O, həmçinin bildirib ki, Səlifov həm bacısı oğluna hücum edilən zaman, həm də Çixladzenin sui-qəsdə hazırlaşdığı ərəfədə ümumiyyətlə Türkiyədə olmayıb.

Qefterin fikrincə, Maqa Rustavskiyə hücum əslində Səlifova qarşı növbəti təxribat olub. Düşmənləri hesab edib ki, Səlifov bu olaydan sonra səhvə yola verə və muzdlu qatilləri, yaxud xüsusi xidmət orqanları üçün asan yemə çevrilə bilər. “Nəyin bahasına olursa olsun Qulini aradan götürmək onun düşmənləri üçün həyati əhəmiyyət daşıyır”, -deyə Qefter əlavə edib.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ