“Quli”ni niyə öldürmək istəyirlər? – Baş tutmayan sui-qəsdin tarixçəsi
Kriminal
Oxunub: 1 152
4 fev 2020 | 15:43
“Quli”ni niyə öldürmək istəyirlər? – Baş tutmayan sui-qəsdin tarixçəsi


Türkiyədə yaşayan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (“Quli”) qarşı sui-qəsd planı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Sui-qəsd planının başında Nadir Səlifovla ədavəti olan gürcü əsilli “qanuni oğru” Quram Çixladze (Kvejoviç) dayanır. Yanvarın 31-də Çixladze və onun rəhbərlik etdiyi dəstə İstanbul Polis İdarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Türkiyə mətbutatının bu gün yaydığı məlumatlarda qeyd edilir ki, iz azdıqmaq üçün Andri Malyi adından istifadə edən Çixladze İstanbulun Sarıyer bölgəsindəki dəbdəbəli villasında ələ keçib. Əməliyyat zamanı bəlli olub ki, Çixladze zirehli avtomobildə gəzir və ciddi şəkildə qorunur. Saxlanılanlar artıq istintaq təcridxanasına köçürülüb.

İddialara görə, Çixladzenin Nadir Səlifovu aradan götürməkdə məqsədi mərhum “qanuni oğru” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qisasını almaqdır. Əslində isə gürcü “qanuni oğru”nun “Quli” ilə öz problemi var. Ötən ilin avqustunda İstanbulda Nadir Səlifovla görüşən Quram Çixladze onunla saymazyana danışdığı üçün vurulub. Gürcü qanuni oğrunu vuran qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) olub. Nadir Səlifov dərhal insidentin qarşısını alıb. Çixladze isə bu olaydan sonra Türkiyəni tərk edərək İsrailə gedib.

Bundan sonra bəzi “qanuni oğru”ların “anti Quli” ittifaqı yaranıb. Nadir Səlifov “qanuni oğru”nun vurulmasına göz yummaqda ittiham edilib. Bu olayla bağlı keçirilən “sxodka”da Arman Cumagəldiyev Çixladzenin “qanuni oğru” olduğunu bilmədiyini deyib. Qazax əsilli kriminal avtoritet bildirib ki, “Quli” ilə görüşdən əvvəl Çixladze ilə rastlaşıb və o özünü biznesmen kimi təqdim edib. Arman Cumagəldiyev əlavə edib ki, özünü biznesmen kimi təqdim edən Çixladzenin “qanuni oğru” olan Nadir Səlifovla saymazyana danışmasını həzm edə bilməyib və ona yerini göstərib.

“Quli”ni niyə öldürmək istəyirlər? – Baş tutmayan sui-qəsdin tarixçəsi


Nadir Səlifov məsələnin böyüməsinə imkan verməyib, eyni zamanda Çixladzenin “qanuni oğru” olduğunu bildirib. Bütün bunlardan sonra “sxodka”ya toplaşan “qanuni oğru”lar Arman Cumagəldiyevin təqsiri olmadığı qənaətinə gəliblər. Həmçinin bu olaya görə Nadir Səlifovun ittiham edilməsini əsassız sayıblar.

Lakin məsələ bitməyib. Gürcü əsilli başqa bir “qanuni oğru” Badri Koquaşvili (“Badri Kutaisi”) Nadir Səlifovun “qanuni oğru” titilundan məhrum edilməsi məsələsini qaldırıb. Nadir Səlifova ciddi dəstək verən Suxumi klanının liderlərindən “qanuni oğru” Merab Canqveladze (“Merab Suxumskiy”) və onun yaxın çevrəsi Badir Koquaşvilinin özünün başqa “qanuni oğru”larla problemlərinin olduğunu xatırladaraq bu situasiyada onun kimisə statusdan məhrum etmək hüququnun olmadığını bildiriblər.

Bundan sonra, Badri Koquaşvili Avropada özünə tərəfdar axtarmağa başlasa da, məqsədinə çatmayıb. Gürcü “qanuni oğru” hətta bu məsələyə görə Türkiyə yeraltı dünyasının liderlərindən hesab edilən Sedat Pekərlə də görüşüb. Lakin Nadir Səlifovla isti münasibətləri olan Sedat Pekər ona dəstək verməyib. Sonradan isə Peker açıqlama yayaraq ümumiyyətlə, Koquaşvilinin onunla “Quli” barədə danışmadığını bəyan edib.

Badri Koquaşvilinin çabalarına baxmayaraq “oğru dünyası”nın əhəmiyyətli kəsimi Nadir Səlifova qarşı çıxmayıb.

“Quli”nin “qanuni oğru” titulundan məhrum etməyin mümkün olmadığını görən Quram Çixladze qisasını güc yolu ilə almaq qərarına gəlib. O, əvvəlcə İstanbulda restoranların birində dostları ilə dincələn kriminal avtoritet Məhəmməd Qurbanova (“Maqa Rustavskiy”) hücum edərək onu ağır yaralayıb. Çixladzenin Qurbanovu hədəf seçməsi təsadüfi deyil. “Maqa Rustavskiy” Nadir Səlifovun bacısı oğludur.

Bu insidentdən sonra isə Çixladze dəstə toplayaraq Nadir Səlifovu fiziki cəhətdən məhv etmək istəyib. Lakin İstanbul polisi bu qanlı qəsdin qarşısını alıb. (yenisabah.az)

“Quli”ni niyə öldürmək istəyirlər? – Baş tutmayan sui-qəsdin tarixçəsi
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq