Arvadı ilə tutmuşdu, bağışladı, amma 4 il sonra öldürdü – Şabranda əcaib cinayət
Kriminal
Oxunub: 1 297
29 avq 2019 | 09:19
Arvadı ilə tutmuşdu, bağışladı, amma 4 il sonra öldürdü – Şabranda əcaib cinayət

Şabran rayon sakini, 39 yaşlı Vüsal Hacıyev həmyerlisi Ruslanı qətlə yetirib. Məhkəmədə bəlli olub ki, Vüsal əvvəllər həyat yoldaşı ilə Ruslanın münasibətindən xəbər tutub, hətta onları bir yerdə yaxalayıb. Maraqlıdır ki, həmin vaxt namusuna göz dikdiyi üçün Ruslana əl vurmayıb, onu polisə təhvil verib. Ruslan isə arvadı ilə bir yerdə tutduğu halda onları bağışlayan Vüsalı rayonda biabır edib, arxasınca danışıb, sonuncu da onu öldürməklə qisas alıb.

Amma o da bəlli olub ki, Vüsalın özü də düzgün həyat sürməyib, 3 dəfə evlənib, hətta ikinci arvadının barmaqlarını sındırıb. Bir nəfərin ölümünə, digərinin həbsxanaya düşməsinə səbəb olan qadın isə xəstəlikdən ölüb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hadisə ötən il avqustun 12-də Vüsal Hacıyevin mənzilində baş verib. Həyat yoldaşını yaşadığı evin həyətində həmyerlisi Ruslanla bir yerdə yaxalayan Vüsal sonradan onu bağışlasa da şəhər camaatı içərisində haqqında nalayiq sözlər işlətməsini eşidib. Bu səbəbdən də ondan qisas almağı planlaşdırıb. Bunun üçün münasib vaxt və şərait yaranmasını gözləyib.Tanışı İsmayıl Səfərəliyevlə birgə spirtli içki qəbul edən Vüsal Ruslandan qisas almaq üçün mebel düzəltdirmək adıyla onu evə çağırtdırıb. Söhbət əsnasında Vüsal Ruslana o vaxt güzəştə getdiyini xatırladıb. Ruslansa cavabında ona mərhum arvadının yüngül həyat tərzi sürdüyünü, başqa kişilərlə də yaxın münasibət qurduğunu bildirib. Nəticədə onların aralarında mübahisə yaranıb. Masanın üstündəki “Aroma” şüşəsini Ruslanın başına çırpan Vüsal onu yardımçı tikiliyə sürüyüb aparıb. Orada bıçaqla bədəninə çoxsaylı zərbələr endirib. R.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Təqsirləndirilən Vüsal Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində həyat yoldaşı və uşaqları ilə bir yerdə yaşadığını, əvvəllər üç dəfə ailə qurduğunu, lakin müxtəlif səbəblərdən nikahları pozulduğunu deyib: “2014-cü ilin yayında Ruslanı həyat yoldaşımı bir yerdə tutmuşdum. Həmin vaxt aparıb polisə təhvil verdim. Arvadımı da evdən qovdum. Sonradan uşaqlara görə evə gətirdim. Bir il sonra arvadım talassemiya xəstəsi olduğundan vəfat etdi”.

Həyat yoldaşı vəfat etdikdən sonra Vüsal ikinci dəfə ailə qurub. Amma özünün dediyinə görə, arvadı birinci nikahdan olan uşaqları ilə pis davrandığına görə onun barmaqlarını sındırıb. Bu səbəbdən də Şabran rayon məhkəməsinin qərarına əsasən barəsində cərimə cəzası təyin edilib.V.Hacıyevin ifadəsinə görə, hadisə baş verən gün tanışı İsmayılla birgə yemək yeyib spirtli içki içiblər. Süfrə arxasında köhnə söhbətlər açılıb, o da Ruslanda günah görmədiyini, artıq onu bağışladığını deyib: “İsmayılla Ruslan həyətdə mübahisə edirdilər. İsmayılın təkidi ilə Ruslanı evə buraxdım. Elə səhvim də onda olub. Ismayıl Ruslana araq süzdü. Birdən yadıma həmin hadisə düşdü. Əsəbləşib butulkayla Ruslanın başına vurdum və otaqdan çıxdım. Geri qayıdanda gördüm ki, bunlar yoxdular. Mətbəxin işığı yanırdı, ora yaxınlaşanda Ruslanın öldüyünü gördüm”.

Təqsirləndirilən şəxs ifadəsində Ruslanı öldürmədiyini, onu İsmayıl Səfərəliyevin qətlə yetirdiyini deyib: “ O hadisədən sonra İsmayıl Rusiyaya qaçıb getdi. Mən istintaq zamanı da dedim. Amma İsmayılı tapmaq istəmədilər. Əgər Ruslanı öldürmək fikrim olsaydı onu elə o vaxt həyətimdə tutanda öldürərdim. Amma bunu eləmədim”.

Məhkəmə V.Hacıyevin ifadəsini inandırıcı hesab etməyib. Məhkəmə hesab edib ki, iş üzrə zərərçəkmiş, şahid və ekspertiza rəylərinə əsasən qətlin V.Hacıyev törədildiyi tam təsdiqini tapıb.Zərərçəkmiş Kafiyə Seyidova ifadəsində mərhum oğlu Ruslanın təbiətcə sakit olsa da spirtli içkilərə meyilli olduğunu,bu üzdən də həyat yoldaşı ilə boşandığını göstərib: “Oğlum mebel ustası idi. 2014-cü ildə Vüsalın arvadı ilə münasibətdə olduğuna görə Vüsal onu polisə vermişdi. Arvadı da o vaxt Ruslanı öz razılığı ilə evə çağırdığını dediyinə görə sərbəst buraxıldı. Hadisə baş verən gün Ruslan mənə dedi ki, Şabranda bir nəfərlə görüşəcək, inşaat materiallarının siyahısını verəcək. Həmin gecə Ruslan evə gəlmədi. Fikirləşdim ki, yəqin içib, hardasa yıxılıb qalıb, ya da nəsə eləyib polisə aparıblar. Ruslanı axtarmaq üçün gecəyarı evdən çıxdım, nə qədər axtarsam da tapa bilmədim. Gecə saat 4-də qayınlarım gəlib dedilər ki, Ruslanı Vüsal öldürüb”.

Məhkəmənin hökmü ilə Vüsal Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ