Qızını Adnan Oktardan xilas edə bilməyən general atanın fəryadı
Kriminal
Oxunub: 1 272
18 avq 2019 | 05:00
Qızını Adnan Oktardan xilas edə bilməyən general atanın fəryadı

Türkiyədə Adnan Oktar cinayətkar qruplaşması ilə bağlı şok məlumatlar davam etməkdədir. Eks Hava Qüvvətləri Təhlükəsizlik xidməti rəhbəri, general Yılmaz Ərdoğanın da bu təşkilatın zərərçəkənləri sırasında olduğu üzə çıxdı. O, qızı Server Görkem Ərdoğanla bağlı çarpıcı ifadələr verərək, əslində təşkilatın iç üzünü də açıb.

Minval.info Musavat.com-a istinadən Türkiyənin nüfuzlu bir generalının öz qızını A.Oktarın əlindən necə xilas edə bilməməsindən yazır. İfadədə bir atanın bu cinayətkar təşkilata qarşı çarəsizliyi yer alır. Ərdoğanın zərərçəkən-şahid olaraq iddianamədə yer alan ifadəsi aşağıdakı kimidir: “Qızım 1982-ci il təvəllüdlüdür. Londondakı attaşe vəzifəmə görə qızım lisey təhsilini İngiltərədə tamamlayıb və City of West Minister Universitetinə girib. 2000-ci ildən etibarən təhsilinə görə İstanbulda yaşamağa başlamışdı.

Qızım daha öncə bizə ən azı həftədə bir dəfə zəng edər, yanımıza gələrdi. Yoldaşım da tez-tez İstanbula qızımın yanına gedərdi. Amma 2007-ci ildən etibarən qızım bizə zəng etməməyə, yanımıza gəlməməyə və bizim də onun yanına getməyimizi istəməməyə başladı. Qızım son olaraq 2008-ci ildə yanımıza gəldi. Həmin vaxt təyinatım Adanaya verildiyi üçün orada qalırdım. Bir daha heç gəlmədi. Biz yenə də onun yanına gedirdik”.

“BAŞA SALDIM, AMMA MƏNİ DİNLƏMƏDİ”

“2010-cu ildən etibarən fiziki görüntüsü də dəyişməyə başlamışdı. Saçı açıqdı, amma qolları və sair qapalı idi. Bez parçası kimi idi. Elə bil onu hər gün istifadə edib, sonra kənara atırdılar. Qızımızın bir təriqətə girmiş ola biləcəyini düşündük. Qızım bizə Adnan Oktarın söhbətlərinə qatıldığını söylədi. Mən də Adnan Oktar təşkilatının reflekslərini bildiyim üçün qızıma tədbir ala bilməsi üçün bəzi məlumatlar verdim: Adnan Oktarın yanına götürdüyü qadınları cariyə olaraq istifadə etdiyi və onları hər cür maddi və mənəvi olaraq istismar etdiyi ilə bağlı məqamları qızıma danışdım. Qızım bizə “Belə şeylərə inanmayın. Mən Adnan Hoca ilə bərabər cənnətə gedəcəm” dedi.

“YANINDA TƏŞKİLATDAN BİRİ VAR İDİ”

Qızımız onun yanına getdiyimiz vaxt bizimlə çox soyuq davranırdı. İstəyirdi ki, biz bunu xüsusi olaraq hiss edək. 2011-ci ildən sonra qızımızla görüşlərimiz artıq evdə olmamağa başladı. Harada qaldığını belə bilmirdik. Fenerbahçe Ordu Evi, Harbiye Ordu Evi və ya hansısa alışveriş mərkəzində baş tuturdu görüşlərimiz. Görüş zamanı yanında mütləq Adnan Oktar təşkilatından kimsə olurdu və bizim söhbətlərimizə şahidlik edirdi. Qızım ayaqyoluna belə yanındakı adamla birlikdə gedirdi.

Qızım bacısının 2015-ci ildəki nişanına və 2016-cı ildəki toyuna qatılmadı. Həyat yoldaşım qızımızı görmə ümidilə daim A9 TV kanalını izləyirdi. Qızımı A9 kanalında saçları keçəl edilmiş vəziyyətdə gördük. Adnan Oktarın cəza verdiyi qızların saçlarını keçəl etdirdiyi ilə bağlı mətbuatdan xəbərimiz vardı. Qızımızın ailəsindən bu qədər uzaqlaşması məni və həyat yoldaşımı psixoloji böhrana uğratmışdı. Qızımız əlimizdən uçub gedirdi və biz heç nə edə bilmirdik.

“PEŞMANLIQ MADDƏSİNDƏN YARARLANMAQDAN VAZ KEÇİRDİLƏR’

11 iyul 2018-ci ildə bu təşkilata qarşı keçirilən əməliyyatı mediadan öyrəndiyimiz zaman ailəcə çox xoşbəxt olduq. Ancaq qızımızla bağlı nə olacağına dair narahatlıqlarımız vardı. Amma ən azından artıq qızımızın Adnan Oktar adlı şəxsin nəzarətində yox, dövlətimizin güvənli qollarında olduğunu bilmək bizə bir rahatlıq verirdi. Başlangıcda qızımız peşmanlıq maddəsindən faydalanmaq istəyirdi, buna meylli idi. Ancaq təşkilat tərəfindən göndərilən vəkillər və kamera yoldaşlarını də təsiri ilə vaz keçdi. Adnan Oktar və onun liderliyini etmiş təşkilat bizi və yaxın çevrəmizi böyük mənəvi zərərə uğratdı. Bu səbəbə görə Adnan Oktardan və onun liderliyini etdiyi təşkilatdan şikayətçiyəm”.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ