Gəncəli “qanuni oğru” dan şok sözlər: “Anam elmlər namizədi, atam akademikdir”
Kriminal
Oxunub: 1 390
22 iy 2019 | 15:18
Gəncəli “qanuni oğru” dan şok sözlər: “Anam elmlər namizədi, atam akademikdir”

“Rəşad Gəncinski” Minsk məhkəməsinin hakiminə deyir: “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru… Mən küçədən gəlməmişəm”
Minsk rayon məhkəməsi həftəsonu azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılovun (“Rəşad Gəncinski”) və digər iki nəfərin işi üzrə hökmü elan edib.

“Rəşad Gəncinski” ilə bərabər həbs edilən sürücü Vaydar Məmmədov Azərbaycan vətəndaşıdır, müvəqqəti olaraq Moskvada yaşayır və rəsmi olaraq sürücü kimi çalışır. Digər bir nəfər isə belarusludur.

Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.

Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.

Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər.

Minsk rayon məhkəməsi “Rəşad Gəncinski”nin 10 il azadlıqdan məhrum olunması haqda qərar qəbul edib.

Vaydar Məmmədov 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Belarus vətəndaşı 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Rəşad Gəncinski”nin məhkəmədə son sözlə çıxış edib və özü barədə sensasion faktlar açıqlayıb. Belarus mediası yazır ki, azərbaycanlı “qanuni oğru” kifayət qədər emosional nitq söyləyib.

O, öncə silahla bağlı ittihamdan danışıb. Deyib ki, onun şəxsi təhlükəsizlik xidməti olub və onu qanuni silahla qoruyublar. Amma Belarusa gələrkən silaha buna heç bir ehtiyac hiss etməyib və bu səbəbdən üzərindən silah tapılması ittihamını rədd edir. “Mən o paslanmış tapançanın şəklini gördüm. Əgər kimsə mənim yanımda o cür silah gəzdirsəydi utanardım.” Gəncinski deyib ki, o həbs edərkən ona silahla bağlı heç nə deməyiblər. Yalnız səhəri gün müstəntiqlər ona silahın şəklini göstərərək axtarış zamanı tapıldığını və əl izlərinin olduğunu deyib. “Qanuni oğru” yada salıb ki, onu bir müddət əvvəl Abxaziyada yaralayıblar. “Mən özümlə dırnaqtutan belə gəzdirmirəm” deyə, o məhkəmədə bildirib.

Saxta pasport ittihamına gəlincə, o bildirib ki, 2012-ci ildən bu pasportu istifadə edir. “Bəli, mənim pasportum var, amma hansı mənzilimdə olduğunu bilmirəm. Mən Gürcüstanda, Yunanıstanda, hər yerdə bu pasportu istifadə etmişəm. Belarusda da heç bir qanun pozuntum olmayıb. Qoy bir nəfər desin ki, burada kimisə incitmişəm, hansısa pis niyyətim olub. Bura pul xərcləməyə gəlmişdim”.

“Gəncinski” deyib ki, onun dörd uşağı var. “Eyni zamanda iki arvadım var, heç biri ilə rəsmi nikahda deyiləm. Mənim inancım ikiarvadlılığa izn verir. Həyat yoldaşlarım bir saat belə işləməyib. Uşaqlarım yaxşı məktəbə gedir, mən onlara hər şeylə təmin edirəm”. Azərbaycanlı “qanuni oğru”nun bundan sonra dedikləri isə əsl sensasiya ola bilər. “Siz tez-tez təkrar edirsiz: oğru, oğru, oğru… Mən küçədən gəlməmişəm. Hamı hər şey deyə bilər. Mənim xəstə anam var, əməkdar elm xadimi, elmlər namizədidir. 66 yaşında olan anam mənim himayəmdədir. Mənim vəfat edən atam akademik olub, onu Belarusda da yaxşı tanıyırlar”. “Gəncinski” deyib ki, o Belarusda kiminsə cibinə girməyib, kiməsə pislik etməyib. “Mənim biznesimlə 30-dan yuxarı ailə dolanır. Mən uşaq evlərinə gedərəm, yetimlərə sponsorluq edirəm ki, rahat böyüsünlər və narkotikdən uzaq olsunlar. İşim dayanıb. Özüm də asma xəstəsiyəm. Səkkiz aydır həbsdəyəm. Bu müddət mənə bəs edər. Hər yerə getdiyim pasportla Belarusa da gəlmişəm. Bura gəlməyin mümkün olmadığını bilmirdim. İndi mənə 10 il həbs cəzası kəsirsiz. Niyə axı…?” “Rəşad Gəncinski” deyib ki, o, daima şiddətə qarşı olub və öldürmək onun işi deyil. “Mən ova da ancaq balığa gedirəm” deyə, o bildirib.

“Gəncinski”nin vəkillərinin hökmdən şikayət verəcəyi gözlənir.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ