Azərbaycanda qadın ərinin xilası üçün ondan polisə şikayət etdi – Təfərrüat
Kriminal
Oxunub: 1 130
20 iy 2019 | 15:00
Azərbaycanda qadın ərinin xilası üçün ondan polisə şikayət etdi – Təfərrüat

Saray qəsəbə sakini, 41 yaşlı Rəfael Babayev dəmir barmaqlıqlar arxasındadır. O, həyat yoldaşının şikayəti əsasında həbs olunub. Maraqlısı budur ki, qadın ərindən polisə şikayət etməklə onun həyatını qurtaracağını zənn edib. Mənzilə baxış keçirən əməliyyatçılar nə az – nə çox, 7 kiloqram tiryək aşkarlayıblar. Mənzil sahibi isə narkotik vasitə istifadəçisi olduğunu boynuna alsa da, evindən tapılan tiryəkin ona məxsus olmadığını deyir.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 41 yaşlı Rəfael Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Minval.info”nun Virtualaz.org-a istinadən xəbərinə görə, Rəfael Babayev bu il yanvarın 9-da Astara şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə əldə edib, Saray qəsəbəsindəki evində saxlayıb. İki gün sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı evə baxış keçiriblər. Baxış zamanı mənzildən 7 kiloqram tiryək və elektron tərəzi aşkarlanaraq götürülüb.

R.Babayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, uzun illərdən bəri narkotik aludəçisi olan Rəfael Babayev zərərli vərdişindən əl çəkməyib. “Sovetski”dəki evləri plana düşəndən sonra Saray qəsəbəsində yeni mənzil alıblar, ora köçüblər. Həyat yoldaşı imkanlı şəxslərin evində təmizlik işləri görüb, ailəni dolandırıb. Rəfael işləməyib, narkotikə pul tapa bilməyəndə mənzildəki əşyaları belə satıb. Sonuncu dəfə isə həbs olunmazdan bir gün öncə intihara cəhd edib. Həyat yoldaşının ölümlə üz-üzə qaldığını görən Günay Babayeva son ümid yeri kimi polisə üz tutmaq məcburiyyətində qalıb. Ərindən şikayətçi olub və…

Təqsirləndirilən Rəfael Babayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində mənzildən aşkarlanan tiryəkin ona məxsus olmadığını, narkotikdən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmadığını deyib: “İllərdir ki, narkotik istifadəçisiyəm, amma heç vaxt narkotik satmamışam. Ailəmi, övladımı düşünüb bu yoldan çəkinmək istəmişəm, amma iradəm çatmayıb”.

R.Babayev deyir ki, həyat yoldaşı onu narkotik vasitələrin istifadəsindən çəkindirmək məqsədilə Abşeron rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb: “Yoldaşımın savadsızlığından istifadə ediblər. Əgər ərizəni onların dediyi kimi yazarsa, 1 il azadlıqdan məhrum ediləcəyimə, sağalıb ailəmin yanına qayıdacağıma inandırıblar. O da şikayət ərizəsində evə müxtəlif adamların gəlib-getdiyini, mənim narkotik satışı ilə məşğul olduğumu yazıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, yanvarın 10-dan 11-ə keçən gecə darvazanın səsinə yuxudan ayılıb. Pəncərədən baxanda üç nəfər mülki geyimli şəxsin həyətin darvazasını açmağa cəhd etdiklərini görüb. Həyətə düşüb kim olduqlarını soruşub: “Üstümə gəldilər, əl-qolumu qandallayıb yerə yıxdılar. Daha bir qrup isə içəri keçib mənzildə axtarış apardı. Məni axtarış zamanı guya dolabdan tapdıqları bağlamanın yanına gətirdilər, şəklimi çəkdilər. Abşeron rayon Polis İdarəsində sənədləri imzalamağa məcbur etdilər. Əks təqdirdə, yoldaşımın da məsuliyyətə cəlb olunacağını dedilər”.

Şahid qismində dindirilən Günay Babayeva ifadəsində Rəfaellə 2013-cü ildə ailə qurduqlarını, evləndikdən sonra ərinin narkotik istifadəçisi olduğunu öyrəndiyini deyib. Rəfael işləməyib, ailənin bütün yükü G.Babayevanın üzərinə düşüb: “Məndən pul istəyirdi, verməyəndə evdəki əşyaları satır, özünə narkotik alırdı. Artıq bezmişdim. Ona görə də, polisə gedib şikayət ərizəsi yazdım”.

G.Babayeva ifadəsində polisə getməkdə məqsədinin əslində ərini qorumaq olduğunu söyləyib: “Həyat yoldaşımı ölümdən qurtarmaq istədim. İstəyirdim ki, bir-iki il həbsə göndərsinlər. Çünki bir gün əvvəl narkotikə görə intihara cəhd etmişdi. Polisə dedim ki, ərim evdəki əşyaları satıb özünə narkotik alır, mənə köməklik edin. Polisin məsləhəti ilə ərizə yazdım”.

Şahid ifadəsində ərinin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmənin hökmü ilə Rəfael Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü