“Rövşən Lənkəranski”nin qətli ilə bağlı ŞOK FAKTLAR – Məhkəmədə etiraflar

Minsk məhkəməsində dövlət ittihamçısı “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılovun məhkəməsi davam edir.
“Rəşad Gəncinski” Rusiya vətəndaşıdır, Moskvada yaşayır, evli və dörd azyaşlı uşağı var. Həbs edilən sürücü Vaydar Məmmədov isə Azərbaycan vətəndaşıdır, müvəqqəti olaraq Moskvada yaşayır və rəsmi olaraq sürücü kimi çalışır. Rus dilində zəif bildiyi üçün məhkəmədə tərcüməçinin xidmətindən istifadə edilir. Dmitri Gritsuk isə Belarus vətəndaşıdır, Moskvada yaşayır, evlidir və iki azyaşlı uşağı var.
Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.
Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.
Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər. Məhkəmə salonunda müttəhimləri üzləri maskalarla örtülü xüsusi təyinatlı qüvvələrin əsgərləri qoruyur.
“Gəncinski” məhkəmədə deyib ki, 2012-ci ildə borclu olduğu adam ona saxta vətəndaşlıq və xarici pasport təklif edib. “O vaxtdan mən öz əsl adımdan istifadə etmirəm. Mən bu pasporta öyrəşmişəm, fikirləşmişəm ki, bu pasport qanunidir”, – deyə o, məhkəmədə bildirib.
Qeyd edək ki, “Rəşad Gəncinski” 2017-ci ilin avqustunda Abxaziyada güllələnmişdi. Rus mənbələri yazırdı ki, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Nadir Səfilovun (“Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.
Məlumatda deyilirdi ki, “Nika” abxaz “qanuni oğru”ları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl “Quli” “Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma “Kuşa” Abxaziyaya girə bilməmişdi.
Qudautiyə gələn “Rəşad Gəncinski” və “Roma Stavropolski” şəhərdəki restoranların birində “Nika” ilə düşmən olan “qanuni oğru”ları cəzalandırmaq istəyiblər. “Stavropolski” yerli “qanuni oğru”lara güc nümayiş etdirmək istəyərkən isə “Pıza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə azərbaycanlı “qanuni oğru” və “Nika Qaqrinski” güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, “Gəncinski” ayağından yaralanıbmış və müalicəsini yarımçıq qoyaraq xəstəxanadan qaçıb. “Qanuni oğru”nun güllə ilə “həmkarını” yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. “Rosbalt” yazır ki, “Pıza” öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini “qanuni oğru” kimi deyil, xuliqan kimi aparıblar. “Pıza” əlavə edib ki, “Nika Qaqrinski”nin “oğru” statusu sual altındadır, “Rəşad Gəncinskini” isə sifətdən tanımayıb. Bu səbəbdən də silaha əl atıb.
“Rəşad Gəncinski” “Quli”nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə il öncə yayılmışdı. Məlumatlarda deyilirdi ki, “Quli” “Rövşən Lənkəranski”nin qətlindən sonra güclənərək bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, “Rəşad Gəncinski” qanqsterlər arasındakı söhbətlərdən birində “Lənkəranski”nin onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyibmiş. “Rəşad Gənsinski” bildirib ki, “Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.
Məlumat üçün deyək ki, “Rəşad Gəncinski” 1978-ci ilin 16 martında Gəncədə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhəllədə xırda cinayətlərə qarışıb. Daha sonra Moskvada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısamüddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü ilin fevralında Moskvada böyük “sxodka” keçirilir. Həmin “sxodka”da azərbaycanlı “qanuni oğrular”dan Vaqif Süleymanov (“Vaqif Diplomat”), Əlibaba Həmidov (“Qoca Yasamalski” öldürülüb), Arif Mehdiyev (“Arif Sumqayitski”), Yunus Nəzərov (“Yunus Yasamalski”), Baxış Əliyev (“Vaxa”-öldürülüb) iştirak edib. “Sxodka”da “Rəşad Gəncinski” “qanuni oğru” kimi taclandırılıb.(musavat.com)
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ