Lotu Qulinin vəkili Elinanın anası ilə niyə görüşüb? – Açıqlama

162 saylı orta məktəbdə pəncərədən özünü ataraq intihar etmiş Elina Hacıyevanın ailəsinə vəkil məqsədilə yardım toplanması aksiyası dayandırılıb. Çünki üç vəkillə bu ailəyə təmənnasız hüquqi yardım göstərmək barədə razılıq əldə olunub. Bunlar Emin İsayev, Sevinc Əliyeva və Azər Nağıyevdir.
Minval.info xəbər verir ki, E.Hacıyevanın anası Sevil Hüseynova aprelin 23-də Vəkillər Kollegiyasına dəvət edilib. Hüquqlarını müdafiə edəcək vəkillər S.Hüseynovaya təqdim olunub.
S.Hüseynova Bizimyol.info-ya xəbəri təsdiqləyib. Bildirib ki, artıq vəkillərlə müqavilə imzalanıb: “Tam ödənişsiz üç vəkillə təmin edildim. Beləliklə, vəkil üçün pul yığmaq məcburiyyətindən azad olundum. Bildirirəm ki, bu məqsəd üçün nə mən, nədə ki, ailəm pul yığır”.

Xalidə Bayramova
S.Hüseynova iki gün öncə bildirmişdi ki, vəkil üçün pul toplanması barədə məlumatlar yayılandan sonra Təranə Əliyeva adlı başqa bir vəkil də öz təşəbbüsü ilə onlara gələrək, hüquqi yardım göstərmək istədiyini deyib.
“Vəkillər Kollegiyasının sədri də zəng edərək, bir neçə vəkilin bizə hüquqi yardım göstəməyə hazır olduğunu bildirib. Təranə Əliyeva da bir nəfərlə birlikdə özü bizə gəlmişdi. Hələlik konkret qərar verməmişik. Amma çox güman ki, Təranə Əliyeva olacaq”,- Elinanın anası iki gün əvvəl belə demişdi.
Saytın əldə etdiyi məlumata görə, T.Əliyeva həm də Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın rəfiqəsidir. İstisna olunmur ki, T.Əliyeva məhz rəfiqəsinin təşəbbüsü ilə bu işə qoşulmaq istəyib.
X.Bayramova Elinanın ölümü ilə bağlı istintaqa da cəlb olunub. Çünki məktəbli özünü pəncərədən atandan sonra məktəbdə otaqda onu danışdırıb, bunu videoya çəkən X.Bayramova olub.
X.Bayramova bildirib ki, hadisə günü səhər saat 9 radələrində məktəbin direktoru Sevinc Abbasova ona zəng edərək, belə bir olay yaşanması haqda məlumat verib. O da öz növbəsində icra başçısını məlumatlandırıb və daha sonra məktəbə gedib: “Çünki mən icra başçısının müavini olmaqla yanaşı, həm də yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə komissiyanın sədriyəm”.
Hadisə barədə hüquq-mühafizə orqanlarına da özü məlumat verdiyini bildirən X.Bayramova yaralı vəziyyətdə qızı videoya çəkməsini isə belə izah edib: “Məqsədim baş verən hadisədə maksimum şəffaflığı təmin etmək, hadisədən sonrakı araşdırmalar üçün faktları qeyd etmək olub”.
Bildirdiyinə görə, sonradan həmin videonu övladının canlı vəziyyətdə son xatirəsi kimi, Elinanın anasına verib.
T.Əliyeva uzun illər “Lotu Quli” kimi tanınan Nadir Səlifovun da vəkili olub.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ