Azərbaycanda 2 bacıya təcavüz edib, qardaşlarını döyənlər barədə qərar verildi
Kriminal
Oxunub: 1 268
5 mar 2019 | 17:55
Azərbaycanda 2 bacıya təcavüz edib, qardaşlarını döyənlər barədə qərar verildi

















Zorlamada təqsirli bilinən Gədəbəy rayon sakini, 1995-ci il təvəllüdlü Eldar Məmmədov, onun dostları və həmyaşıdları Samir Bağırov, Faiq Ağayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Eldar Məmmədov 27 sentyabr 2015-ci ildə, saat 11 radələrində Gədəbəy rayonunun Novosaratovka kəndinin ərazisindəki bazarda əvvəllər tanıdığı Samir Bağırov ilə rastlaşıb.

Bazarda görüşdülər, içki məclisi qurdular

Həmin vaxt Eldar Məmmədov görüşərək sonuncunu Çobankənd kəndində yerləşən evinə dəvət edib. Samir də Eldarın dəvətini qəbul edib və birlikdə Samirgilə gedib.

Onlar bir yerdə evdə nahar edib, spirtli içki qəbul ediblər. Sonra saat 16 radələrində Eldar rayonun Şahdağ kəndində yaşayan tanışı Faiq Ağayevə zəng edib, ona dostunun qonaq gəldiyini deyib, birlikdə yeyib-içməyi təklif edib.

Faiq Ağayev onun təklifini qəbul etdikdən sonra elə həmin gün axşam saatlarında Çobankənd kəndi ilə İnəkboğan kəndinin arasındakı meşəlik ərazidə “Arı bulağı” adlanan yerdə görüşməyə razılaşıblar.

Meşə yolunda qonaqlıq və iki qadın

Həmin gün saat 19 radələrində Eldar və Samir “Arı bulağı” adlanan yerdə Faiqlə görüşüb. Onlar orada torpaq yolun kənarında yemək yeyib, spirtli içki qəbul ediblər.

Saat 20 radələrində onlar əvvəllər tanımadıqları İnəkboğan kənd sakinləri – Səidə və Məlahətin meşə yolu ilə Saratovka kəndi istiqamətində getdiklərini görüblər, bu zaman Eldar onları səsləyib.

Qadınlarla cinsi əlaqə tələbi

Hər üçü Səidə və Məlahətə yaxınlaşıb və cinsi əlaqədə olmağı təklif ediblər. Hər iki qadın onların bu təklifinə qəti etirazlarını bildirib və yollarına davam etmək istəyiblər.

Bu zaman Eldarla Faiq öz cinayətkar niyyətlərini həyata keçirmək və hər iki qadına qarşı zor tətbiq etməklə, onlarla cinsi əlaqədə olmaq niyyətinə düşüblər.

Bu məqsədlə Eldarla Faiq Səidəyə yaxınlaşıblar. Onlar qadını tutaraq cinsi əlaqədə olmaq istəklərini həyata keçirməkdə israrlı olduqlarını bildiriblər.

“Sən mənliksən” dedi, hücuma keçdi

Həmin vaxt Samir Məlahətə yaxınlaşaraq “sən mənliksən” deyib və onun üzərinə hücum edib. Samir qadını yerə yıxaraq, zorla cinsi əlaqədə olub. Həmin vaxt Məlahətə bədən xəsarətləri də yetirib.

Sonra ayağa qalxan Samir digər dostlarının hələ də bir qadınla çırpışdıqlarını, niyyətlərini həyata keçirə bilmədiklərini görüb. Onlara yaxınlaşaraq “bir qızın öhdəsindən də gələ bilmirsiz” deyərək hər iki dostuna irad tutub.

Meşədə dostların qız davası

Sonra o, Səidənin sifətinə yumruqla bir zərbə endirib, ona xəsarət yetirib. Həmin vaxt Səidə aldığı xəsarətlərdən huşunu itirib.

Bunu görən Eldar Samirə “sən mənim qızımı vura bilirsən, mən səninkini vura bilmirəm?” deyib və Məlahətə yaxınlaşıb. O, Səidənin sifətinə yumruqla bir zərbə vurub və sonra digər dostlarının yanına qayıdıb.

Bacılarının arxasınca gələn qardaşa amansızlıq

Təxminən 2-3 dəqiqə ərzində davam etmiş bu zorakılıq zamanı bacılarının arxasınca gələn Novruz ora çatıb. O, hər üç dostun bacılarına qarşı etdikləri hərəkətlərini görüb və onları dayandırmağa çalışıb.

Bu zaman dostlar Novruza hücum edib, ona müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəticələnən yumruq və təpik zərbələri vurublar.

Bacısını dərədə gizlətdi

Bu zaman Məlahət Eldar, Samir və Faiqin başlarının qardaşı Novruzu döymələrinə qarışmasından istifadə edib, aldığı zərbələrdən huşunu itirmiş bacısı Səidəni yolun kənarındakı dərəyə tərəf çəkib, üstünü qurumuş ağac yarpaqları ilə örtərək gizlədib.

Sonra Məlahət özü də bir qədər irəlidəki dərədə gizlənib və üzərində olan mobil telefonla Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan digər bacısı Ləmana zəng edib, hadisə barədə məlumat verib, onu köməyə çağırıb.

Atlı qadından qorxan dostlar oranı tərk etdilər

Novruzu döyüb, onun sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra Eldar, Samir və Faiq öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Məlahət və Səidəni təxminən 40 dəqiqə ərzində səsləyərək axtarıblar.

Lakin həmin vaxt artıq hava qaraldığından, habelə özləri sərxoş vəziyyətdə olduqlarından onları tapa bilməyiblər. Onlar bir qədər sonra Ləmanın atla ora gəldiyini görüb və onun kişi olduğunu zənn edərək hadisə yerindən qaçıblar.

6 il cəza, ümumi rejim

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlamaya cəhd etmə), 29, 149.2.5-ci (təkrar zorlamaya cəhd etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Məhkəmənin hökmü ilə hər üç dost 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətlərinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb.

Şikayət etdilər, cəzaları yüngülləşdirildi

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittihama xitam verilib.

Eldar Məmmədovun cəzası 5 il 6 aya, Samir Bağırov və Faiq Ağayevin isə cəzası 5 ilə endirilib. Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər.

Bu qərardan narazı qalan Eldar Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası Eldar Məmmədovun kasasiya şikayətini təmin etməyib.

Eyni hakimin sədrliyi ilə baş tutan başqa iclasda Samir Bağırovun da kasasiya şikayətinə baxılıb və təmin olunmayıb.

Cinayət işində adı keçən Faiq Ağayev tərəfindən isə Ali Məhkəməyə müraciət olunmayıb. Bu səbəbdən onunla bağlı hissədə kasasiya qaydasında araşdırma aparılmayıb./Publika.az
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"