DTX-nin həbs etdiyi casus: ondan hansı məqsədlə istifadə ediləcəkdi?
Kriminal
Oxunub: 705
13 fev 2019 | 09:28
 DTX-nin həbs etdiyi casus: ondan hansı məqsədlə istifadə ediləcəkdi?















İlham İsmayıl: “Avropanın hansısa ölkəsindən heç kim ona deyəsi deyildi ki, get Mingəçevirdə harada hərbi hissə olduğunu öyrən, demək…”

Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bəs bu cür casuslar necə seçilir? Nə üçün həbs edilənlərin hansı ölkəyə işlədikləri açıqlanmır?

 DTX-nin həbs etdiyi casus: ondan hansı məqsədlə istifadə ediləcəkdi?


“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, Qərbin casusları aşkarlanan zaman onlarla bağlı məlumat adətən tam yayılır: “Bizim şimalda və cənubda olan iki qonşumuzun casusu yaxalanan zaman, bu ölkələrin adları açıqlanmır. Səbəb də odur ki, həmin ölkələrlə münasibətləri pozmaq istəmirlər. Ümumiyyətlə, bu cür təcrübə mövcuddur. Əvvəllər belə məsələlərlə bağlı heç bir məlumat açıqlanmırdı. İndi isə ictimaiyyətə məlumat verilir. Məlumat verilməsinin üstün cəhəti ondan ibarətdir ki, bir qədər profilaktik tədbir daşıyır və vətəndaşlar bilirlər ki, bu cür işlərin axırı yoxdur. Əvvəl-axır bu məsələlərlə bağlı ilişmək mümkündür. Yeri gələndə lap şimal və cənub qonşularımızın da adları çəkilməlidir. Vətəndaş da bilməlidir ki, bu ölkələr bizə münasibətdə dost, qonşu münasibətində deyil”.

Bu şəxslərin hansı prinsiplər əsasında seçilməsinə gəlincə isə ekspert aşağıdakıları bildirib: “Bu cür casuslar adətən informasiyalı olmasına görə seçilir. Ancaq xüsusilə cənub qonşumuz şəxsin informasiyalı olub-olmamasına diqqət etmədən çalışır ki, onu ələ keçirsin. Onun qarşısında qoyulan informasiyalara diqqət edəndə görürük ki, bu məlumatları hər kəs iki dəfə müşahidə etməklə toplaya bilər. Məsələn, baxar ki, hərbi hissə harada yerləşir, içəridə nə qədər adam var, silahlanması nədən ibarətdir və sairə. Deyim ki, qonşuların özləri də bu informasiyanı çox yaxşı bilirlər. Sadəcə olaraq, bu adamı cəlb etmək, özlərindən tam asılı hala salmaq üçün belə yüngül informasiyalar verirlər ki, gedib öyrənsin. Şəxs gəlib, bu informasiyanı öyrənərək, onlara ötürür. Bu zaman artıq onun cinayət tərkibi dəqiqdir. Ondan sonra şəxsə hədə-qorxu gəlirlər ki, geri çəkiləcəyi təqdirdə aşkar olunarsan, səni həbs edərlər. Bu zaman isə şəxsə tamamilə başqa tapşırıq verirlər. Artıq terror-təxribat işləri ilə bağlı tapşırıqlar verilə, onu daha radikal işlərə qoşa bilərlər. Əgər dinlə bağlıdırsa, dinlə, başqa səbəblərlə əlaqədardırsa, həmin səbəblərlə bağlı istifadə edərlər. Hərbi hissələrimizdə vətənə xəyanət edən bir sıra xainlər aşkara çıxarılmışdı.

Onlara pul verilmişdi ki, bu işə girib, bizə informasiya ötür. Belə hallar da baş verə bilərdi. Azərbaycandakı işə götürülmə münasibətlərini bildikləri üçün maksimum çalışırlar ki, bundan istifadə etsinlər. Əlbəttə ki, Qərb və digər dövlətlər üçün Azərbaycanda maraqlar tamamilə başqadır. Almaniyadan və yaxud da Avropanın hansısa ölkəsindən heç kim ona deyəsi deyildi ki, get Mingəçevirdə harada hərbi hissə olduğunu öyrən. Çünki hərbi hissənin yerləşməsini hər kəs kosmosdan baxaraq çox gözəl bilir. Bu, Qərbə lazım deyil və Qərb burada ideoloji diversiya, təxribat aparmaq istəmir. Bütün bu ideoloji, terror-təxribat işlərinin hamısı bizim şimal və cənub qonşumuzdan gələn məsələlərdir. Adlar çəkilməsə də, bunu hamımız bilirik. Xüsusilə də cənub qonşumuz, şəxsin informasiyalı olmasından asılı olmayaraq, Azərbaycan müstəqillik əldə edəndən bəri qatıq satan qadınları belə maksimum cəlb edib, dillərindən kağız alıblar ki, zamanında o, bunlara işləsin”.

Ekspert bu istiqamət üzrə DTX-nin gördüyü işləri yüksək qiymətləndirib: “DTX son zamanlar vətənə xəyanətlə bağlı xeyli adamları ifşa edib. Bu, çox yaxşı haldır. Xüsusi xidmət orqanlarının elə bir nömrəli vəzifəsi də budur. Əks-kəşfiyyatın başında duran məsələ vətənə xəyanətdir. Yəni düşmənin casusunu burada ələ keçirməkdən yüksək səviyyəli əməliyyat yoxdur. Hiss olunur ki, DTX bu istiqamətdə olan əməliyyat şəraitinə çox ciddi nəzarət edir və bir-bir həmin xainləri aşkar edir. Hamısını aşkar etmək mümkün deyil. Çünki onlar da məxfi işləyirlər. Lakin buna baxmayaraq, şəxslərin bir-bir aşkarlanması ikitərəfli müsbət hadisədir. Digər vətəndaşları da ayıq-sayıq olur. Bu yaxınlarda bir informasiyada oxudum ki, ziyarətə gedən zəvvarları belə ələ alırlar. Maksimum çalışırlar ki, gəncləri ələ alsınlar, onlara müəyyən tapşırıqlar verib, hədə-qorxu gəlsinlər. Ona görə də bu məsələdə vətəndaşlarımız da diqqətli olmalıdır. Məsələnin mətbuata çıxmasında həm də maariflənmə xətti var. Bu, təkcə informasiya məsələsi deyil. Konkret olaraq əməliyyat nəticəsində tutulan şəxsə gəlincə isə deməli, onun qarşısında xaricdəki diplomatlarla bağlı məsələlər də qoyulub”.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”