Azərbaycanlılar yanan maşından ukraynalıları xilas etdi – VİDEO

Ukraynanın Nikolayeva şəhərində yaşayan Ümid və Sabir Şirinov yanan avtomobildən azyaşlı uşaq, qadın və kişini xilas edib.
Oxu.Az xəbər verir ki, bu haqda Adil Babayev adlı istifadəçi “Facebook” səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Ümid və Sabir Şirinov qardaşları işlədikləri “İngül” kafe-hotelindən geri qayıdan zaman TIR-dan qoşqunun ayrıldığını görüblər və maşını saxlayıblar.
Hadisə yerinə yaxınlaşanda yük maşınından 40-50 metr aralıda, yol kənarında minik avtomobilinin çevrildiyini, salonunda uşağın ağladığını görüblər.
“Böyük qardaş (Ümid) sürücüyə, nə dayanıb baxırsınız, kömək edin, yanan maşından uşağı və sərnişinləri niyə çıxarmırsınız?”, – deyə müraciət etdikdə, sonuncu artıq gec olduğunu və onun həyatını riskə atmaq fikrində olmadığını deyib.
Şirinov qardaşları isə sayıqlığı itirməyiblər. Onlar hər saniyənin qiymətli olduğunu anlayıblar. Öz həyatlarını təhlükəyə ataraq, yanan cipdən uşağı çıxarmağa başlayıblar”, – deyə Adil Babayev yazır.
Onlar avtomobilin əvvəl yan şüşəsini sındırıb, ancaq bu, heç bir nəticə verməyib. Sabir baqajı sındırıb, oradan avtomobilə daxil olmağı təklif edib. Beləcə, onlar yanan maşından uşağı, sonra isə anasını çıxarıblar. Qabaq oturacaqların arasında isə ata çıxılmaz vəziyyətdə qalmışdı. Bu arada, alov tədricən yanacaq bakına doğru irəliləyirdi. Hamı çığırırdı:
“Qaçın! İndi partlayacaq”.
“Şirinov qardaşları, açıq-aşkar təhlükəyə baxmayaraq, baqajdan daxil olub, oturacağı sındırırlar və huşsuz vəziyyətdə olan atanı çıxarırlar. Təxminən bir dəqiqədən sonra qaz balonu partlayır”, – deyə A.Babayev yazır.
Ailənin xilas edilməsindən sonra hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları, təcili tibbi yardım briqadası və jurnalistlər axışıb. Şirinov qardaşları “təcili tibbi yardım” maşını ilə xəstəxanaya gedir. Onlar uşağın xilas edilməsi üçün maddi yardım göstəriblər və bu günə kimi də zərərçəkən ailəyə kömək edirlər.
“Şirinov qardaşları – Ümid və Sabir – hər ikisi evlidir, hər birinin iki övladı var. Onlar Ukraynanın Nikolayev vilayəti üzrə konqresinin üzvləridir. Hamımız onlara deyirik:
“İnsan həyatını xilas etmək üçün göstərdiyiniz bu şücaətə, kişiliyə və qəhrəmanlığa görə çox sağ olun, uşaqlar”, – deyə Babayev yazıb.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ