17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? – TƏFƏRRÜAT
Kriminal
Oxunub: 1 071
19 dek 2018 | 15:00
17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? – TƏFƏRRÜAT















17 yaşlı azərbaycanlı Günel Dadaşovanın meyiti dekabrın 14-də Rusiyanın Nijneudinsk şəhərində aeroport rayonundakı adacıqda tapılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Nijneudinsk İdarəsinin məlumatında deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxslər artıq müəyyən edilib: Günelin 17 yaşlı sinif yoldaşı və 15 yaşlı başqa bir yeniyetmədir.

Hazırda hər ikisi saxlanılıb və onlardan ifadə alınır.

Müstəntiqlər öyrənə bilib ki, azərbaycanlı qızın sinif yoldaşının pula ehtiyacı olub, bu səbəbdən, o, Günel Dadaşovadan 70 min rubl məbləğində borc alıb. Həmin pullar mərc oyunlarına qoymaq məqsədilə alınıb. Qızın valideynləri birlikdə yaşamır, atası başqa şəhərdə yaşayır və vaxtaşırı ona pul göndərirdi, Günel isə pulların çox hissəsini bir kənara yığırdı.

Atasına yardım etmək üçün pula ehtiyac yaranan zaman borc verdiyi sinif yoldaşına müraciət edir. Həmin vaxt oğlanın tələb olunan məbləğdə pulu olmadığından Güneli öldürməyə qərar verib.

Dekabrın 6-da o, borcu qaytarmaq adı ilə 15 yaşlı yeniyetmə ilə birlikdə Güneli başqa sinif yoldaşının evinə çağırıb. Qız həmin evə gələndə, sinif yoldaşı dostunun gətirdiyi bıçaqla onun boyun nayihəsinə bir neçə zərbə endirib. Aldığı bıçaq xəsarətlərindən qız hadisə yerində keçinib.

Qətldə əlbir olanlar bir neçə gün ərzində cinayət izlərinin itirilməsi ilə məşğul olub. Sonradan 17 yaşlı yeniyetmənin anası da onlara qoşulub. Birlikdə qızın cəsədini polietilen torbaya yerləşdirərək, aeroport rayonundakı adacıqda, kolların arasında gizlədiblər.

Maraqlıdır ki, sinif yoldaşları və müəllimlər hər iki şagird barədə yalnız müsbət sözlər deyiblər. Bununla belə, axtarışın başlandığı ilk gündən sinif yoldaşları əsas şübhəlilər çevrəsində olub.

Axtarış zamanı cinayətkarlardan birindən qətldə istifadə olunan bıçaq götürülüb. Şübhəli şəxslərlə bağlı RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin “j” və “z” bəndi (mənfəət məqsədilə öncədən əlbir olan bir qrup şəxs tərəfindən törədilən qətl) üzrə cinayət işi açılıb. Onları səkkiz ildən 20 ilə qədər həbs cəzası gözləyir.
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ