"Mamaoğlu, səni öldürərəm": qanlı qonaqlığın TƏFƏRRÜATI
Kriminal
Oxunub: 1 367
9 fev 2015 | 00:54
"Mamaoğlu, səni öldürərəm": qanlı qonaqlığın TƏFƏRRÜATIBakı Ağır Cinayətlər Məhkəməsində Yevlax şəhər sakini, 1978-ci il təvəllüdlü Elnur Nadir oğlu Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Qeyd edək ki, hadisə 2014-cü il, aprel ayının 9-da Mehdiabad qəsəbəsi, T.İsmayılov küçəsi, ev 1-də baş verib. Qəsəbə sakini Elnur Ramazanov tanışı Etibar Muradovla birlikdə yeyib-içib, aralarında mübahisə yaranıb, bir-birlərini təhqir ediblər. Dostların içki məclisi sonda qanla bitib.
İttihama görə, ev sahibinin sərxoş olduğunu görən Elnur Ramazanov Etibar Muradova məxsus gündəlik tələbat malları mağazasına girərək vitrindəki əşyaları əlindəki torbaya yığıb. Həmin vaxt Elnurun arxasınca mağazaya daxil olan Etibar Muradov ondan əşyaları yerinə qoymasını və mağazanı tərk etməsini tələb etdikdə bıçaq zərbələrinə tuş gəlib. Etibar Muradova çoxsaylı zərbələr endirən qonaq onun öldüyünü zənn edərək dükandakı malları (mağazaya ümumilikdə 150 manat zərər dəyib - red.) yenidən torbaya yığmaqda davam edib.
Ağır dərəcəli bədən xəsarətləri almış yaralı vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Törətdiyi cinayətə görə Elnur Ramazanov Cinayət Məcəlləsinin 29, 120.2.1 (qəsdən adam öldürməyə cəhd) və 181.3.3-cü (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Elnur Ramazanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində əvvəllər iki dəfə məhkum olunduğunu, həyat yoldaşından ayrıldığını, iş tapmaq məqsədilə Bakı şəhərinə gəldiyini göstərib: "Üç il idi ki, Mehdiabad qəbristanlığında təmizlik işlərinə baxırdım. Eyni zamanda məzar daşları hazırlanan sexdə gözətçi işləyirdim, oradakı otaqda qalırdım. Etibarı qəbiristanlıqda işlədiyim vaxtlardan tanıyırdım. Onların evi mənim iş yerimə yaxın idi. Həm də Etibarın həyətində onun həyat yoldaşının işlətdiyi ərzaq mağazası olduğu üçün həmin mağazaya tez-tez ərzaq almağa gedirdim. Həm Etibarı, həm də ailə üzvlərini tanıyırdım. Aramızda həmişə yaxşı münasibət olub".
Elnur Ramazanovun ifadəsinə görə, hadisə baş verən gün gecə saatlarında Etibar Muradov onun iş yerinə gəlib və özü ilə gətirdiyi arağı birlikdə içməyi təklif edib. Söhbət əsnasında Etibar ona həyat yoldaşının atası evinə getdiyini, uşaqları da özü ilə apardığını deyib: Etibar dedi ki, gedək dükandan kolbasa, konserv götürək, birlikdə yeyib-içək. Razılaşdım. Evdə ikimizdən başqa heç kim yox idi. Etibar yeməyi hazırladı, oturub yedik, bir şüşə araq içdik. Sərxoş olduğumu hiss etməyə başladım. Amma Etibar məndən daha çox sərxoş idi.
Etibar cibindən balaca şüşə qabda nəsə çıxarıb sobada qızdırdı. Nə olduğunu soruşanda dedi ki, narkotik vasitədir, özünə vuracaq. Onun narkotik vasitə qəbul etdiyini bilmirdim deyə təəccübləndim, hətta iradımı bildirdim. Bu barədə heç kimə bildirməməyimi tapşırdı. Ona "ailə üzvlərin elə bu səbəbdən evdən gedibmi" deyəndə hirsləndi, ana-bacı söyüşü söydü.
Mübahisə edə-edə evdən həyətə çıxdıq. Siqaret götürmək üçün hər ikimiz mağazaya keçdik. Etibar yenidən içki təklif etsə də içmək istəmədim. Qəflətən Etibar mağazadan götürdüyü bıçağı boğazıma dirədi və narkotik qəbul etməsi barədə heç kimə heç nə deməməyimi tələb etdi. Yenə söyüş söyməyə başladı. Artıq onun hərəkətlərinə və söyüşlərinə dözməyib əlimlə kənara itələdim, boğazıma dirədiyi bıçaq boynumu kəsdi. Etibarın bıçaq olan əlinə zərbə vurdum, bıçaq yerə düşdü. Həm ana-bacımı söydüyünə görə, həm də boğazıma xəsarət yetirdiyinə görə onu öldürmək istədim. Bıçaqla qarnına, sinəsinə zərbələr vurdum. Öldüyünü zənn edib bıçağı yerə tulladım, iş yerimə gəldim. Boynumdan axan qan dayanmırdı.
Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub Etibarı bıçaqlayıb öldürdüyümü dedim. Bir neçə dəqiqədən sonra polislər gəlib məni Abşeron Rayon Polis Şöbəsinə apardılar. Hadisə baş verən zaman bizim yanımızda heç kim olmayıb. Bu cinayətin baş verməsinə səbəb Etibarın özü olub. Tutduğum əməldən peşman deyiləm".
Zərərçəkmiş şəxs qismində dindirilən Etibar Muradov ifadəsində kababçılıqla məşğul olduğunu, uzun illər əvvəl narkotik vasitə qəbul etdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edildiyini göstərib: "Elnuru iki-üç ay olardı ki, tanıyırdım. Bir neçə dəfə evdə və mağazada təmir işləri görəndə mənə kömək etmişdi. Buna görə ona zəhmət haqqı da vermişdim. Hadisə baş verən gün həyat yoldaşım uşaqlarımla birlikdə xəstə bacısına baş çəkməyə getmişdi. Evin damına döşənən taxtalar aralı olduğundan Elnuru çağırdım ki, onları sıx döşəsin. Birlikdə dama çıxdıq. Onun sərxoş olduğu üçün işləyə bilməyəcəyini görüb başqa vaxt gəlməsini xahiş etdim. Elnur da çıxıb getdi".
Zərərçəkmiş şəxsin dediklərindən belə məlum olur ki, gecə saatlarında Elnur qapını döyərək ondan nisyə araq və siqaret istəyib. Elnurun ac olduğunu hiss edən ev sahibi onu yeməyə dəvət edib: Mətbəxə keçib bir şüşə araq və kolbasa götürüb qayıtdım. Televizora baxa-baxa yeyib-içdik. Gecə saat 2 radələri olardı. Hər ikimiz sərxoş idik. Elnur heç bir söz demədən həyətə çıxdı. Qayıdacağını düşünüb arxasınca getmədim. Təxminən on dəqiqədən sonra gəlmədiyini görüb evdən çölə çıxdım. Həmin vaxt Elnurun həyətdəki mağazanın içində olduğunu, mağazadakı siqaretləri sellofan torbaya yığdığını gördüm. Yaxınlaşıb dedim ki, siqaretləri yerinə qoy və mağazadan çıx. Elnur mənə "mamaoğlu, səni öldürərəm" deyə cavab verdi. Onun dediklərini zarafat kimi başa düşdüm, siqaretləri vitrinə qoyub arxamca gələcəyini güman etdim. Qapının yanına çatanda Elnur qəflətən bıçaqla kürəyimdən vurdu. Üzü üstə yerə yıxıldım, huşumu itirdim. Sonradan nə baş verdiyini bilməmişəm. Ayılanda artıq Bakı Kliniki Tibb Mərkəzində olduğumu bildim".
Etibar Muradov ifadəsində Elnur Ramazanovun onu vurmasının səbəbini bu günə kimi də bilmədiyini, həmin gecə narkotik vasitə qəbul etmədiyini, söyüş söymədiyini deyib: "Onun dediklərinin hamısı yalandır. Hadisədən iki gün əvvəl Elnuru it dişləmişdi, cırmaqlayıb xəsarət yetirmişdi. Bu haqda özü mənə danışmışdı. Həmin gecə Elnur bizdə yeyib-içəndə qolunda, boğazında xəsarətlər vardı".
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı