Azərbaycanda polkovnik əsgəri güllələdi - fakt
Kriminal
Oxunub: 2 017
3 fev 2015 | 15:58
Azərbaycanda polkovnik əsgəri güllələdi - fakt



Oğlu güllələnən ata İlham Əliyevdən kömək istədi

Azerinfo.azh İstiqlal.az-a istinadən xəbər verir ki, Ötən həftə Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarverdiyev Çingiz Aydın oğlu komandiri tərəfindən başından tapança ilə güllələnib. Yaralı dərhal Gəncə şəhər hərbi hospitalına aparılıb. Əsgər baş nahiyəsindən güllə yarası aldığı üçün hazırda komadadır.

Əsgərin atası Tarverdiyev Aydın Hüsü öğlunun “Azadlıq”a verdiyi məlumata görə, övladının vəziyyətinin ağır olmasına baxmayaraq hələdə heç bir tədbir görülməyib. Onun dediyinə görə, hadisə şəxsi zəmində baş verdiyi üçün gizlədilir. Elə bu səbəbdən əsgər baxımsız vəziyyətdə qalıb. Əsgərin valideyni hərbi prokurorluğa və Müdafiə Nazirliyinə şikayət etdiyini, lakin bunun nəticəsiz qaldığını deyir.

Aydın Tarverdiyev oğlunun 2014-cü il yanvar ayının 6-da Cəlilabad rayonundan hərbi xidmətə getdiyini və Gəncə şəhərində hərbi xidmətə başladığını bildirirdi: “Hərbi xidmətinin ilk günlərində o soyuqlayıb və xəstələnib. Xəstə olmasına baxmayaraq oğluma heç bir tibbi yardım göstərilməyib. Bundan təsirlənən Çingiz özünə qəsd edərək, qolunun damarlarını kəsib və hospitala götürülüb.” A.Tarverdiyevin sözlərinə görə, hospitaldan sonra özünə qəsd edən Çingizin məhkəməsi olub və o 5 ay azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra əsgər Tarverdiyev xidmətini Tovuz rayonunda N saylı hərbi hissədə davam etdirib. Dekabr ayında ona 10 günlük məsuniyyət verilib.


A.Tarverdiyev bildirir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl, yanvarın 26-da danışıb: "Çingiz hər şeyin normal olduğunu bildirdi. Səhər isə mənə hərbi hissədən özünü polkovnik rütbəsində olan komandir kimi təqdim edən bir şəxs tərəfindən zəng gəldi. Həmin şəxs bildirdi ki, "oğlun silahı özünə dirəyib, telefonda musiqi səsləndirir və siqaret çəkir. Mən əmr gözləyirdim ki, onu vurum, amma bu vaxt oğlun bizi atəşə tutdu. Biz də məcbur olub cavab atəşi açdıq və atılan güllələrdən biri oğluna dəydi”. Əsgər atasının bildirdiyinə görə, hadisə yerində olan başqa bir şəxs ona bildirib ki, Ç.Tarverdiyev başından vurulduqdan sonra əsgərlərdən biri həmin polkovnikə "komandir heç olmasa qolundan vuraydız” deyib.

A.Tarverdiyevin sözlərinə görə, oğlunun vəziyyəti kritik olsa da buna müvafiq tibbi yardım göstərilmir: "Oğlum artıq neçə gündür komadadır. Komadan ayılmır. Gəncə hospitalındakı tibbi müdaxilə yetərli deyil. Çingizi Bakıya götürməlidirlər. Amma bunu etmirlər. Hərbi prokurorluq və hərbi hissənin də hadisəyə münasibəti çox müəmmalıdır. Oğlumun qanını batırmaq istəyirlər. Amma mən bu məsələnin tam araşdırılması və günahkarın öz cəzasını alması üçün əlimdən gələni edəcəm. Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına gedib öz etirazımı bildirəcəm”.

Əsgər atası övladının hansı səbəbdən və kimlər tərəfində güllələnməsinin ciddi şəkildə araşdırılması tələbilə dövlət başçısına müraciət edib.

Əsgər atası müraciətdə oğlunun zabit tərəfindən vurulduğunu, lakin vəziyyətinin ağır olmasına baxmayaraq əməliyyat üçün Bakıya gətirilmədiyi bildirir: “Oğlumu Bakıya aparmaq üçün vertolyot lazımdır. Ancaq deyirlər ki, vertolyotla göndərə bilmərik. Onun Gəncə hospitalında ölməyini istəyirlər. Oğlumun qanını batıram istəyirlər. Sizə üz tutub yalvarıram, kömək edin”

Məsələyə Müdafiə Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.
Bu gün, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Bu gün, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Bu gün, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu gün, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Bu gün, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Bu gün, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Bu gün, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Bu gün, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 12:23
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
Bu gün, 12:19
İlham Əliyev bu şəxsləri təltif etdi
Bu gün, 11:29
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Bu gün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bu gün, 11:15
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Bu gün, 10:04
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Bu gün, 10:01
Polislər etiraz aksiyasına çıxdı
Bu gün, 09:57
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bu gün, 09:54
Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
Bu gün, 09:49
Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Bu gün, 09:44
Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
Bu gün, 09:14
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
Bu gün, 09:00
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
Dünən, 19:33
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Dünən, 17:40
Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV
Dünən, 17:36
Prezident icra başçısını vəzifədən AZAD ETDİ
Dünən, 16:00
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
Dünən, 15:30
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi