"Lamiyə Quliyevaya həbsxanada təcavüz olunub" - AÇIQLAMA
Kriminal
Oxunub: 1 841
21 yan 2015 | 15:39
"Lamiyə Quliyevaya həbsxanada təcavüz olunub" - AÇIQLAMA"Lamiyə Quliyevaya təcavüz olunduğunu düşünürəm. Bu hadisə ilə bağlı cinayət işinin açılması üçün bu gün Respublikanın Baş Prokuroru Zakir Qaralova müraciət etmişəm. Lamiyənin kimdən uşaq dünyaya gətirməsi məsələsini gizlətməyə çalışırlar, ört-basdır etməyə çalışırlar. Mən bu hadisənin araşdırılmasını baş prokurordan tələb edəcəyəm".
Bu fikirləri azxeber.com-a İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın müəssisədə uşaq dünyaya gətirməsi olayı ilə bağlı açıqlamasında bildirdi. Hələlik L.Quliyeva ilə görüşmədiyini deyən E.Behbudov bu görüşün baş tutması üçün ədliyyə naziri Fikrət Məmmədova da bu gün müraciət ünvanlayacağını dedi.
Müsahibimiz qeyd etdi ki, Lamiyə ilə bağlı işgəncə iddiası varsa, bu hallar mütləq araşdırılmalı, baş verənlərə aydınlıq gətirilməlidir: "Bildirirlər ki, cəzaçəkmə müəssisəsində işgəncə, Lamiyənin iradəsinin əleyhinə olay baş verməyib. Bu təqdirdə penitensiar sistem uşağın dünyaya gəlməsi ilə əlaqədar təfərrüatlı rəsmi açıqlama verməlidir. Əksi halda, baş verənlərlə bağlı suallar açıq qalacaq. Biz cinayət işinin açılmasında israrlıyıq. Məni ittiham etməyə çalışanlar qapalı müəssisələrdə insanlara qarşı törədilən haqsızlıqlara, vətəndaşların hüquqlarının pozulmasına, işgəncələrə göz yummamalıdırlar".
Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürərək 10 il müddətinə həbs cəzası alan Lamiyə Quliyeva bu yaxınlarda həbsxanada uşaq dünyaya gətirib. L. Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyev isə həbsxanda ailə həyatı qurub. Bu barədə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov məlumat verib. Məlumatda qeyd olunur ki, V.Əliyev L.Quliyeva ilə deyil, başqa xanımla rəsmi kəbinə girib:
"Vüqar Əliyev Lamiyə Quliyevanın əvvəllər nişanlısı olub. Həmin şəxs ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, artıq evlidir. O, həbsdə ola-ola ailə həyatı qurub, özünün başqa həyat yoldaşı var".
V. Məhərrəmov 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın kimdən uşaq dünyaya gətirməsi barədə mətbuatda yayılan xəbərlərə də aydınlıq gətirib. Bildirib ki, həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir:

"Qanunvericiliyə görə, məhkumun əmisi və yaxın qohumları görüş yerinə gələ bilərlər. Amma bu hadisənin Lamiyə Quliyevaya aidiyyatı yoxdur. Həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada qadın nəzarətçilər işləyir".
V. Məhərrəmov cəzaçəkmə müəssisəsində zorlama hadisəsinin baş vermə ehtimalından da danışıb. Qeyd edib ki, şəxsin razılığı ilə baş tutan cinsi əlaqə zorlama deyil:
"Zorlama şəxsin iradəsinin əleyhinə baş verən bir hadisədir. Əgər şəxsin razılığı varsa, bu zorlama deyil. Əgər həmin şəxsin narazılığı yoxdursa, biz həmin məsələni araşdıra bilmərik. Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu türmədə də nikahdan kənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər. Amma cəzaçəkmə müəssisəsi starteji və məhdud bir yerdir".
V. Məhərrəmov starteji və məhdud cəzaçəkmə müəssisəsində cinsi əlaqənin baş tuta biləcəyi görüşlərdən də danışıb. O, bildirib ki, cinsi əlaqənin qurula bilməsi üçün məhkumla uzunmüddətli görüş təyin olunmalıdır. Uzunmüddətli görüşdə isə yalnız məhkumun ailə üzvləri iştirak edə bilərlər:
"Məhkumla görüş üçün xüsusi siyahı var. O siyahıda isə məhkumun ailə üzvlərinin adları var. Qısa müddətli görüş zamanı məhkumun yanına hər kəs gələ bilər. Qısa müddətli görüşdə cinsi əlaqənin olması qeyri-mümkündür. Ümumi görüş otağında təxminən 10 nəfər üçün oturacaqlar olur. Uzunmüddətli görüşdə isə məhkum yalnız ailə üzvləri ilə iştirak edə bilərlər".
Sonda isə V. Məhərrəmov qeyd edib ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən məsələ ilə bağlı araşdırma aparılır:

"Ombudsman Apartının əməkdaşları da 4 saylı cəzaçəkmə müəssisəsində olacaqlar və araşdırma aparacaqlar. Əgər məhkumun razılığı olarsa, biz onunla danışıb ictimaiyyəti məlumatlandıracağıq".
Qeyd edək ki, Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirən Lamiyə Quliyevanın həbs müddəti başa çatsa da, azadlığa buraxılmayıb. Buna səbəb kimi isə onun müəssisədə məhkumlardan biri ilə mübahisə etməsi göstərilir.
Məlumat üçün bildirək ki, Vüqar Əliyev və onun nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 15:30
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
Bu gün, 14:25
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Bu gün, 14:22
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
Bu gün, 14:22
Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
Bu gün, 13:31
Sabah 31° isti olacaq
Bu gün, 13:27
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:11
Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
Bu gün, 12:34
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Bu gün, 12:22
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Bu gün, 12:19
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
Bu gün, 12:15
AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 10:56
Bakıda maşın atla toqquşdu
Bu gün, 10:48
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Bu gün, 10:45
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Bu gün, 09:54
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:43
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bu gün, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Bu gün, 09:33
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bu gün, 09:30
Türkmənistan Prezidenti də Bakıdadır - Foto
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"