Bakıda silahlı basqının qarşısı alındı- 5 nəfər həbs olundu - Foto
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları quldurluq cinayəti törətməyə hazırlaşan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirib."Qafqazinfo"ya daxil olan məlumata görə, bir qrup şəxsin Xətai rayonu ərazisində vətəndaşlardan birinin evinə quldur basqını edəcəyi barədə Baş İdarəyə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvləri - əvvəllər də ağır cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunublar 37 yaşlı Natiq Yusifov, 33 yaşlı Cəllad İsmayılov, 28 yaşlı Rahib Hüseynov, 47 yaşlı Elşən Rəhimov və 23 yaşlı Nahid Allahverdiyev saxlanılıblar. Saxlanılan şəxslərin üzərinə baxış zamanı 1 ədəd pnevmatik qaz tapançası, 1 ədəd beşbarmaq, 5 ədəd bıçaq, idman papağından hazırlanmış maskalar, əlcəklər, yapışqan lent və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.
Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecə yarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları yerindəcə yaxalayıblar. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı