Mehman Hüseynov tutuldu və sonradan sərbəst buraxildi -Yenilənib
Kriminal
Oxunub: 1 713
11 noy 2014 | 14:26
Mehman Hüseynov tutuldu və sonradan sərbəst buraxildi -YenilənibBazar ertəsi səhər Bakı hava limanında saxlanılan bloqer Mehman Hüseynov axşamüstü sərbəst buraxılıb.

Ağır Cinayətlərə Dair İstintaq İdarəsində mənə müstəntiq dedi ki, bundan sonra ölkəni tərk edəndə mənə müraciət etməlisən. Bununla mənə təzyiq edirlər və incidirlər.
Qafqazinfo xəbər verir ki, bunu Hüseynov BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, Bakı hava limanında saxlanılan zaman ölkədən çıxışına Baş Prokurorluğun qadağa qoymadığı məlum olub.

Mənə dedilər ki, sistemdə adım, soyadım yazılanda ağ vərəq çıxır. Mənim Baş Prokurorluğa etdiyim müraciətə cavab gəlib ki, ölkəni tərk etməyinə etiraz etmirik. Sonra Səbayıl Rayon Polis İdarəsində 4 saat dindiriləndə mənə sual verdilər ki, bunu istintaqdan yayınma kimi görmürsən?, o bildirib.

Bloqer deyir ki, əslində məqsədi ölkəni tərk etmək olmayıb və bunu istintaqdan yayınma kimi təqdim etmək absurddur.

Məlum cinayət işi ilə bağlı mən 2 dəfə ölkəni tərk etmişəm, amma 3 ildir ki, bu qadağa mənim üstümdədir. Buna görə də mən Baş Prokurorluğu məhkəməyə vermək üçün sübut axtarırdım. Bu gün nümayəndəmlə aeroporta gedəndən sonra olanları məhkəmədə istifadə edəcəm, o əlavə edib.
Bundan əvvəl bloqerin Səbayıl Rayon Polis İdarəsində dindirilməsi haqda məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yerli mediaya deyib ki, bloqer çıxışına qoyulan qadağaya məhəl qoymadan ölkədən çıxmağa cəhd edib və polis bu cəhdin qarşısını alıb.

2012-ci ildə Mehman Hüseynov barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq maddəsi ilə) cinayət işi başlanılıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı yasaqlanıb, APA cənab Zahidovdan sitat gətirib.

Hüseynovun nümayəndəsi Günay İsmaylova daha öncə BBC Azərbaycancaya bloqerin şəxsiyyət vəsiqəsinin 2019-cu ilə qədər etibarlı olduğunu və bu pasportla ötən il də daxil olmaqla üç dəfə ölkədən çıxdığını bildirib.


***

DİN bloggerin hava limanında saxlanılmasının səbəbini açıqladı

Bu gün səhər saatlarında blogger və fotoreportyor Mehman Hüseynov saxlanılıb. ANS PRESS-in məlumatına görə, o, Heydər Əliyev adına Hava Limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, fotoreportyor ölkəni icazəsiz tərk etmək istədiyinə görə saxlanılıb.
"2012-ci ildə Mehman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı qanuna müvafiq qaydada yasaqlanıb. Lakin Mehman Hüseynov bu qadağaya məhəl qoymadan ölkədən çıxmağa cəhd edib. Polis qanun çərçivəsində onu saxlayıb".

Qurum rəsmisi onu da bildirib ki, hazırda M.Hüseynov təcridxanada saxlanılır. Onun yenidən sərbəst buraxılıb-buraxılmayacağı isə araşdırmalardan sonra məlum olacaq.

Rəis müavini onu da əlavə edib ki, Mehman Hüseynov barəsində cinayət işi başlanandan bir il sonra, 2013-cü ildə ölkədən çıxmaq üçün xüsusi yazılı razılıq almışdı: Həmin vaxt Mehman Hüseynovun özü və vəkilləri istintaq orqanına müraciət edərək onun xarici ölkələrdən birində təşkil olunmuş tədbirdə iştirakına icazə istəmişdilər. O zaman onun ölkəni tərk etməsinə icazə verilmişdi. Lakin bu dəfə nə Mehman Hüseynov özü, nə də onun vəkili bu barədə istintaq orqanına müraciət etməyiblər.

Hazırda faktla bağlı araşdırma aparılır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı