Baş redaktorun qardaşının işgəncəylə öldürüldüyü təsdiqləndi-FOTO
Rəsmlərdə Xalid Şirəliyevin işgəncə ilə öldürüldüyü açıq-aydın görünürÖtən gün xəbər vermişdik ki, Masallı rayon sakini, Azərbaycan Ordusunda əvvəlcə zabit, daha sonra isə müddətdən artıq xidmət edən (MAXE) Xalid Ələsgər Oğlu Şirəliyev dünən öldürülüb. JAM.AZ-a ailə üzvləri tərəfindən verilən məlumatda deyilirdi ki, mərhum səhhəti ilə əlaqədar ordudan yayındığı üçün axtarışda olub. Lakin bir neçə gün əvvəl evlərinə gələn Hərbi Polisin əməkdaşları onu qulluq etdiyi hərbi hissəyə aparıblar.
Bu gün aldığımız məlumata görə isə Xalid Şirəliyev 31 oktyabr saat 10:00 radələrində ailə tərəfindən Hərbi Polisin əməkdaşlarına təhvil verilib. Mərhumun anası Zahidə Şirəliyeva oğlunun aparıldığı Biləcəridə yerləşən Hərbi Polisə gedərək, orada polkovnik-leytenant Feyzi Hüseynovla görüşüb. Həmin binanın 5-ci mərtəbəsində Hüseynov Şirəliyevaya deyib ki, heç bir narahatlıq yoxdur. Oradan bildirblər ki, Xalidi qulluq etdiyi qornizona göndərəcəklər. Hətta hər şeyin yaxşı olacağını da deyiblər.
Lakin bu hadisənin üzərindən 3 gün keçdikdən sonra Xalidin nəşi Semaşko xəstəxanasının morqundan tapılır. Ailəsinə zəng vuraraq, uşaqlarının meytini aparmasını istəyirlər. Ailə üzvləri isə bildirir ki, Xalid Şirəliyevin meytinin morqa necə gedib çıxması və onun kimlər tərəfindən öldürülməsi müəmma olaraq qalıb. Heç kim heç nə bilmir. Tək bilinən odur ki, Xalid döyülərək, işgəncələrə məruz qalaraq qətlə yetirilib. Onun kim tərəfindən öldürüldüyü də məlum deyil.
Bu əsnada mərhumsun qohumları onun fotolarını da JAM.AZ-a təqdim ediblər. Həmin fotolardan aydın şəkildə görünür ki, Xalid Şirəliyev işgəncə verilərək öldürülüb. Onun başında ağır kəsilmiş yara işləri mövcuddur. Bundan əlavə bədənində zərbə izlərinin olduğu da aydın şəkildə diqqəti çəkir.
Bildirək ki, Bakı Şəhər Prokurorluğundan JAM.AZ-la məsələ ilə bağlı əlaqə saxlayıblar. Mətbuat xidmətinin xanım əməkdaşı bildirib ki, onlarda Xalid Şirəliyevin öldürülməsi ilə bağlı heç bir məlumat yoxdur və bu məsələdən ümumiyyətlə, xəbərsizdirlər. Və ardından mərhumun ailə üzvləri ilə danışılıb, bundan sonra Bakı Şəhər Prokurorluğuna məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, Xalid Şirəliyev 7gun.az saytının baş redaktoru, hazırda həbsdə olan Cavid Şirəliyevin qardaşıdır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı