Bakıda 17 yaşlı polis qatilinə məhkəmə quruldu
Kriminal
Oxunub: 1 887
3 noy 2014 | 16:28
1997-ci il təvəllüdlü Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi davam edib

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə Vüqar elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisədən əvvəl Vahid Əhmədovla şəxsi münasibətlər zəminində mübahisə edib. Onun sözlərinə görə, mübahisə zamanı Vahid Əhmədovu bıçaqlayıb. Yeniyetmə törətdiyi əməldən peşman olduğunu bildirib.

Bundan sonra hal şahidləri ifadə verib. Proses noyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, 17 yaşlı Vüqar Yunisov bu ilin mayın 6-da sabiq polis əməkdaşı Vahid Əhmədovu bıçaqlayaraq öldürüb. Hadisə rayonun 11-ci Xrebtovı küçəsində yerləşən 105 saylı evdə qeydə alınıb. Mayın 7-də Vahid Əhmədovun meyitini kirayə qaldığı evin sahibi tapıb və dərhal hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verib. Məlumat alan polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.

Araşdırmalar zamanı üç uşaq atası olan Vahid Əhmədovun bıçaqlanaraq öldürüldüyü məlum olub. V. Əhmədov hadisədən bir müddət əvvəl təqaüdə çıxıb və həmin evdə tək yaşayırmış.

Keçirilən əməliyyat nəticəsində cinayətin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vüqar Yunusov. tərəfindən törədilməsi müəyyən edilib və o, həbs edilib. V.Y. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı