Gürcüstanda qız qaçıran azərbaycanlı öldürüldü
Kriminal
Oxunub: 1 875
6 okt 2014 | 09:50
21 yaşlı azərbaycanlı 14 yaşlı qızı qaçırmaq istəyib

Qaraçöpün (Saqareco rayonu) azərbaycanlıların kompakt yaşadığı Qazılar kəndində 21 yaşlı gənc öldürülüb.
Azerinfo-nun APA-ya istinadən verdiyi məlumata görə, Qazılar kənd sakini Ülfüqar Quliyev bir ailənin üzvləri tərəfindən döyülüb və hadisə yerində ölüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, faktla bağlı Gürcüstan CM-nin 108-ci maddəsinə əsasən qəsdən adam öldürmə faktı ilə cinayət işi qaldırılıb: "Hazırda qızın atası, 1972-ci il təvəllüdlü Novruz Kərimov saxlanılıb. İstintaq müəyyən edib ki, öldürülən 21 yaşlı Ülfüqar Quliyev gecə gizlincə həddi-buluğa yetməyən qızı evlənmək üçün qaçırmaq istəyi ilə Novruz Kərimovun evinə gəlib. Nəticədə o, möhkəm döyülüb və xəstəxanaya aparılarkən aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib. Gəncin ölümündən bir neçə dəqiqə sonra Kaxeti bölgəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Novruz Kərimov günahını boynuna alıb".

Gürcüstan mətbuatının məlumatına görə, ölüm hadisəsi iki gəncin bir-birinə sevgisinin faciə ilə bitməsinə səbəb olub: "Qazılar kəndinin gənc sakinləri bir-birini seviblər. Lakin qızın atası bu sevgiyə mane olub. Qız oğlana mesaj yazıb ki, gəl məni apar. Oğlan gecə radələrində sevdiyi qızın evinin qarşısına gəlib və maşınında onu gözləyib. Atasının evdə olmamasından istifadə edən qız tez gələrək oğlanın maşınına minib. Onlar maşını işə salan anda qızın atası onları görüb və balta ilə maşının şüşələrini sındırıb. Daha sonra oğlanı ailə üzvləri ilə birlikdə saxlayıb, əl-qolunu və ayağını bağlayaraq evə gətiriblər. Sonra oğlanı qızın ata-anası və iki qardaşı möhkəm döyüblər. Gecə yarısından səhər saat 5:00-dək döyülən oğlan ona verilən işgəncələrdən ölüb".
Hadisənin Qazılar kəndində baş verdiyini adının çəkilməyini istəməyən sakin də təsdiqləyib. Lakin o, APA-ya açıqlamasında hadisənin Gürcüstan mətbuatında yazıldığı kimi olmadığını deyib: "Hadisə oktyabrın 3-dən 4-nə keçən gecə baş verib. Qaçırılan qızın - Nərgizin heç telefonu olmayıb və o, oğlana mesaj da yazmayıb. Amma Ülfüqar Quliyevin ailəsi 7-8 dəfə Nərgiz üçün elçi gəlib. Qızın atası Novruz Kərimov qızının azyaşlı olduğunu deyərək, elçilərə razılıq verməyib. Bundan sonra Ülfüqar Quliyev və onun adamları oktyabrın 3-dən 4-nə keçən gecə saat 2.00 radələrində Novruz Kərimovun evinə giriblər. Onlar qapıbir qoşudur. Gecə Novruz Kərimov yatan otağın qapısını arxadan bağladıqdan sonra 14 yaşlı Nərgizi yatağından götürüb maşına gətiriblər və qız ayılaraq qışqırıb. Səsə ata-anası və qardaşları oyanıb. Novruz Kərimov arxadan bağlanan qapını güclə açaraq maşına tərəf qaçıb. Bu vaxt maşın işə düşməyib. Kərimov əlinə gecə vaxtı nə keçibsə, maşına atıb və maşında olanlar qaçıblar. Yalnız Nərgizi qaçırmaq istəyən oğlan - Ülfüqar Quliyev qalıb. Novruz Kərimov daşla və yaxud başqa bir şeylə onun qulağının dibinə vurub. Oğlan özündən gedib. Onu tutub əl-qolunu bağladıqdan sonra evə gətiriblər. Sonra Novruz Kərimov təcili yardıma və polisə zəng vurub, özü isə polisə təslim olub. Xəstəxanaya aparılarkən yolda oğlan ölüb".

Qaçırılan qızın dayısı Qafqaz Kərimov APA-ya açıqlamasında hadisə barədə ətraflı məlumat verib: "Nərgiz mənim bacım qızıdır, 14 yaşı var. 3-cü sinfə qədər məktəbə gedib, lakin sonra oxumayıb. Onun telefonu da olmayıb. Hara gedibsə, anası ilə gedib. Biz tərəflər - Qaraçöp eli çöl adamıyıq, mal-qara saxlayırıq. Bizdə qızlar böyüyən kimi məktəbə getmirlər. Hadisə ilə bağlı bildirim ki, 5-6 ay bundan əvvəl Ülfüqar Quliyevin anası Nərgizə elçi düşüb. Lakin qızın ailəsinin razılığı olmayıb. Bu yaxınlarda qıza başqa bir oğlanın ailəsi elçi gəlib. Ülfüqar bunu eşidəndə elə hesab edib ki, Nərgizi həmin oğlana verəcəklər. Buna görə də plan qurublar ki, qızı qaçırsınlar. Ülfüqarla birlikdə 5 oğlan Novruz Kərimovun evinin giriş-çıxışını və kimin hansı otaqda yatdığını dəqiq öyrəndikdən sonra gecə bacımın evinə gəliblər. Maşını bir tərəfdə saxlayaraq, divardan aşmaqla darvazanı açıblar. Sonra işıqları söndürüblər. Qızı qaçıran gənclərdə məlumat olub ki, qızın atası həmin gün evdə olmayacaq. Lakin Novruz Kərimov axşam evə qayıdıb və yatıb. Bunu bilməyən gənclər Nərgizin yatdığı otağa girib, onun ağzını tutub və yorğana bükərək maşına gətiriblər. Nərgiz bir dəfə qışqıra bilib. Ata-ana və 15-16 yaşlı iki qardaşı yuxudan oyanaraq Nərgizə köməyə qaçıblar. Ana maşının qarşısına keçib ki, sürüb qaçmasınlar. Ata qızı qaçırmaq istəyən Ülfüqarı tutub, maşında olan 5 nəfərdən üçü qaçıb. Novruz oğlanları ilə birgə Ülfüqarı evə gətirib və evdə döyüb. Sonra təcili yardıma və polisə zəng vurub. Bildiyimə görə, Ülfüqar Quliyev təcili yardımla xəstəxanaya yola salınanda sağ olub. Mən bundan başqa heç nə bilmirəm".
Bu gün, 11:22
“Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir” - Yenilənib
Bu gün, 11:19
“Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik” - Yenilənib
Bu gün, 11:03
Hərbi təlimdə iştiraka dair saxta sənəd vermişdi - Hakim qarşısına çıxarılır
Bu gün, 10:59
CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu
Bu gün, 10:55
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bu gün, 10:29
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir
Bu gün, 10:25
İlham Əliyev "Avaza" Kompleksində
Bu gün, 09:52
Müəllimlər hər gün geyimə görə yoxlanılacaq? – Yeni qaydanın DETALLARI
Bu gün, 09:47
Neftimiz 5 dollara yaxın bahalaşdı
Bu gün, 09:43
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir
Bu gün, 09:40
Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı
Bu gün, 09:37
İlham Əliyev Türkmənistana gedib
Bu gün, 09:11
İrəvanın Qarabağ erməniləri üçün planı dalana dirəndi – Minlərlə sertifikat...
Bu gün, 09:00
İki gündür Bakıda su yoxdur – qurum isə “verilib” deyir
Dünən, 17:02
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 16:57
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 16:00
Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?
Dünən, 15:30
Rusiya “çemodan”larını hazırladı, Ermənistandan çıxır – Məsuliyyəti İrəvanın üzərinə qoydu
Dünən, 14:56
Vilayət Eyvazov vətəndaş qəbulu keçirdi
Dünən, 14:22
ABŞ husi hücumları barədə Ər-Riyada aylar əvvəl xəbərdarlıq edibmiş
Dünən, 13:39
Gürcüstanla sərhədimizdə 166 kilometrlik “düyün”
Dünən, 13:16
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
Dünən, 13:00
Moskvada Putin əleyhinə mitinq - BAŞLADI
Dünən, 11:44
Bu kəndin əkin sahələrinə su çəkiləcək - 9 milyon ayrıldı
Dünən, 11:36
Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
Dünən, 11:31
Prezident: İtkin düşmüş şəxslərin aqibətinə aydınlıq gətirmək üçün imkanları səfərbər etməyə davam edəcəyik
Dünən, 11:28
Azərbaycan lideri: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır