Türkiyə mənzil bazarına investisiya axını sürətlənəcək – RƏY
Iqtisadiyyat
Oxunub: 941
23 yan 2016 | 09:21
Türkiyə mənzil bazarına investisiya axını sürətlənəcək – RƏY











“Azərbaycanın əsas problemi ölkədən kənara investisiya qoymaqdan ibarət deyil”

Türkiyə Statistika Komitəsinin məlumatına görə, azərbaycanlılar ötən il Türkiyə mənzil bazarından 815 ədəd mənzil alıblar. Ötən ilin təkcə dekabr ayında isə bu rəqəm nə az, nə çox düz 82 ədəd olub.

Azərbaycan hökuməti bir neçə gün öncə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər etdi. Belə ki, dəyişikliyə əsaəsn, vətəndaş xaricə 50 min ABŞ dollarından yuxarı məbləğdə apardığı xarici valyutanın 20%-ni dövlət büdcəsinə ödəyəcək.

Sözsüz ki, bu dəyişiklik, Türkiyə mənzil bazarına investisiya etməkdə maraqlı olan şəxslər üçün müəyyən qədər problem yarada bilər.

Bu bazarın perspektivlərini, marağın kütləvi olmasını, eləcə də qanuna son dəyişikliyin bu bazara investisya etməkdə hansı problemlər yarada biləcəyini ekspertlər ilə dəyərləndirib.

“Türkiyədən mənzil alan insanlar arasında övladları bu ölkədə təhsil alanlar var. Onlar kifayət qədər imkanlı qrupa aiddirlər. Bu qrupa daxil olan Azərbaycanlı valideynlər öz övladlarının yaşayış minimumunu təmin etmək üçün bu bazardan mənzil almağa üstünlük verir. Bəzi hallarda isə, özləri də gedib orda yaşayırlar. Başqa bir variant isə ondan ibarətdir ki, iş şəaraitini qonşu ölkədə quran və kifayət qədər əmək haqqı alan şəxslər də bu bazardan mənzil almaqda maraqlı olurlar.

Ümumiyyətlə, Türkiyə daşınmaz əmlak bazarına belə bir axının olması, həm orda qiymətlərin, bazarın müəyyən qədər stabil olması, şərtlərin münasib olması, eyni zamanda risk dərəcəsinin kifayət qədər aşağı olması ilə bağlıdır.

Türkiyə Azərbaycanla müqayisədə daha inkişaf etmiş ölkədir. Orda mülkiyyət hüquqlarının təmin edilməsi baxımından da tələb və şərtlər də kifayət qədər münasibdir.

Azərbaycanda məsələn yeni tikilmiş binaların 50%-dən çoxunda mülkiyyət hüquqlarını təmin edən sənəd, çıxarış yoxdur. Bəzilərində qaz yoxdur, kommunal təchizatda müəyyən problemlər var. Bu baxımdan insanlar müəyyən dövrlərdə qonşu ölkələrə o cümlədən qonşu Türkiyə bazarına maraq göstərirlər. Bu təbii bir prosesdir”, - deyə Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı Oxu.Az-a açıqlamasında qeyd edib.

R.Osmanlı bildirib ki, bu gün Azərbaycanın əsas problemi Azərbaycandan kənara investisiya qoymaqdan ibarət deyil:

“Bu gün bizim əsas problemimiz Azərbaycana investisiya cəlb etməkdən ibarətdir.

Azərbaycandan kənara investisiya qoymaq deyil. Düşünürəm ki, Azərbaycandan kənara bu cür valyuta axının qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. İnzibati qaydada və s.

Amma bu tədbirlərin investisiya yönümlü olmayan pul köçürmələrinə tətbiq edilməsi müəyyən mənada problem yarada bilər. Qiymət artımına gətirib çıxara bilər.

Təsəvvür edin ki, hər hansı məhsulun idxalı üçün kimsə xaricə pul köçürmələri həyata keçirir. Və həmin vəsaitdən dövlət müəyyən bir rüsum tutur. Bu nəticə etibari ilə idxal edilən məhsulun maya dəyərində özünü göstərəcək. Qiymət artımına gətirib çıxaracaq. Bu baxımından hesab edirəm ki, bu məsələ bir qədər tənzimlənməlidir”.

“Bu gün bizim əsas problemimiz Azərbaycana investisiya cəlb etməkdir”, - deyə Osmanlı bir daha vurğulayıb.

O, həmçinin qeyd edib ki, qanuna dəyişiklik bu prosesin tam qarşısını ala bilməz:

“Hesab edirəm ki, qanuna dəyişiklik Tükriyə mənzil bazarına investisiyaya müəyyən qədər təsir göstərə bilər. Amma tam olaraq, qarşısını ala bilməz. Məqsədi ölkədən kənara çıxmaq və yaxud ölkədən valyuta çıxarmaq olan şəxs hansısa formada bunu edəcək. İstər vergini ödəməklə, istərsə də qanunverciliyin tələblərinə uyğun şəkildə, istərsə də qeyri-leqal yollarla bu baş verəcək. Hesab edirəm ki, müəyyən qədər təsir göstərə bilər. Amma tam olaraq qarşısını ala bilməz”.

Öz növbəsində, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) eksperti Rəşad Həsənov isə qiymət faktorunun cəlbedicilik baxımından əsas olduğunu qeyd edib:

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Tükriyənin daşınmaz əmlak bazarında qiymətlər Azərbaycanla müqayisədə kifayət qədər münasibdir. Bakıda son illərdə xüsusən də Bakı və Abşeron yarımadasında daşınmaz əmlak bazarında neft qiymətləri fonunda formalaşan süni “balonlar”, süni qiymətlər nəticəsində qiymətlər kifayət qədər yüksəkdir. Türkiyədə Bakı ilə müqayisədə qiymətlər təxminən 25-30% aşağıdır. Bu təbii ki, cəlbediciliyi təmin edən əsas məqamlardan biridir.

Digər mühüm məqam ondan ibarətdir ki, Türkiyədə daşınmaz əmlak bazarının gəlirliliyi xüsusən də işlətmələr zamanı, xüsusən kirayə qiymətləri, mənzilin alınmasına çəkilən xərclərlə daha münasibdir. Yəni orda, daşınmaz əmlaka çəkilən xərc müqabilidə əldə edilən gəlirlər daha yüksəkdir. Buna görə də, bir çox azərbaycanlılar yatırımlarını bu bazarlara, Türkiyə mənzil bazarına etməklə, öz daha çox gəlir əldə etmək istəyirlər.

Növbəti bir faktor ondan ibarətdir ki, Azərbaycanın daşınmaz əmlak bazarında çox ciddi durğunluq yaşanır. Ölkə iqtisadiyyatı, digər ölkələrdə olduğu kimi iqtisadi böhran içərisindədir. Bu isə bazarda qiymətlərin ucuzlaşmasına təsir edən əsas amillərdən biri hesab edilir və böyük ehtimalla investorlar bu məqamı unutmurlar.

Və Azərbaycanda aldıqları daşınmaz əmlakı növbəti illərdə daha ucuz qiymətə sata bilmə ehtimalını nəzərə alaraq, Azərbaycan bazarında iştirak etmirlər. Bu baxımdan onlar üçün Tükriyə, Türkiyə kimi ölkələrin bazarları daha cəlbedici olur”.

Həsənov bu prosesin növbəti dövrlərdə sürətlənəcəyini düşünür:

“İki il əvvəl Türkiyə mənzil bazarında xarici vətəndaşların iştirkçılığına şərait yaradılması ilə bağlı qərarlar qəbul etməsi nəticəsində, Azərbaycandan bu ölkəyə meyil daha çox güclənib.
Nəzərə alsaq ki, Tükriyə ilə Azərbaycan deyək ki, əhalinin gündəlik davranışları, dili, ənənələri baxımından çox yaxındır. İnsanlar xaricdə yaşamaq kimi fikirlərə düşdükdə daha çox Türkiyə kimi ölkələrə üz tuturlar. Bu məqsədlə də, bir çox hallarda Azərbaycanlılar xarici ölkələrdə, o cümlədən Türkiyədədə daşınmaz əmlak alırlar.

Bu səbəblərin cəmi olaraq demək olar ki, bundan sonrakı dövrdə bu proseslər daha da sürətlənəcək”.

İqtisadçı onu da vurğulayıb ki, “Valyuta tənzimi haqqında” qanuna dəyişikliyin edilməsi bu prosesi nisbətən ləngidə bilər:

“Azərbaycanlıların xaricə investisiya axınına müəyyyən qədər məhdudiyyətlərin olmasına gətirib çxıaracaqdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda hələlik istənilən variantlar mümkündür. Düşünürəm ki, leqal, illeqal fomada Azərbaycandan investisiyalar, kapital axını bundan sonrakı dövrdə də daha da sürətlənəcək.

Əgər hökumət ölkədən valyuta axınının qarşını almaq istəyirsə, bu zaman bu istiqamətdə daha ciddi nəzarət rejimi tətbiq etməlidir. Və əlbəttə ki, bu müəyyən qədər Türkiyə mənzil bazarına öz təsirini göstərəcəkdir. 20%-lik yığım kifayət qədər böyük rəqəmdir. Düşürəm ki, bu proselərin nisbətən ləng formada davam etməsinə səbəb olacaq”.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik