Vətəndaşın bir şansı var - Bu qanunu bilməlisiniz!
Iqtisadiyyat
Oxunub: 313
12 may 2023 | 19:30
Vətəndaşın bir şansı var - Bu qanunu bilməlisiniz!


Alıcılarla satıcılar arasında anlaşmazlıq hər zaman yaşanır. Bu da çox vaxt ya satıcının, ya da alıcının hüquqlarını bilməməsindən irəli gəlir.

Yəqin ki, mağazalarda “filan məhsul dəyişdirilmir və ya qaytarılmır” elanı ilə çoxlarınız rastlaşmısınız. Amma məsələ burasındadır ki, bu, satıcının və ya alıcının istəyi ilə yox, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

Ətraflı
Ad - 00:29
Yəni aldığınız məhsul Azərbaycan ərazisində ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil deyilsə, siz onu dəyişdirə bilərsiniz, əks halda qanunları bilməlisiniz.

Bəs alıcı hansı hallarda aldığı məhsulu qaytara bilməz?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov söyləyib ki, satıcılar müştərilərə hansı məhsulların nə üçün dəyişdirilməyəcəyini və qaytarılmayacağını izah etsə, yaxşı olar:

“Hər bir market və yaxud satış iaşə obyekti olsun, fərqi yoxdur. Yazırlar ki, “alınan mallar geri qaytarılmır”, amma heç kim müştərilərə bunun açıqlamasını vermir.

Müəyyən sahibkarlar var ki, bunu əlində bayraq tuturlar ki, alınan mallar geri qaytarılmır. Amma hansı halda geri qaytarılmır izah etmir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci və 15-ci maddələrində qeyri-ərzaq məhsullarının hansı hallarda qaytarılacağı ilə bağlı müddəalar yer alıb.

Qeyd olunur ki, qeyri-ərzaq məhsulu qüsurlu olarsa, yaxud saxtalaşdırma halları aşkarlanarsa, bu problem yerindəcə həll olunur, həmin məhsul dəyişdirilərək, alıcıya yenisi verilməlidir. Və yaxud da satış qiymətinə uyğun olaraq məbləğ azaldıla və yaxud çoxaldıla və ya başqa bir məhsulla dəyişdirilə bilər. Ya da müştərinin çəkdiyi xərclər həmin satıcı tərəfindən qarşılanmalıdır. 15-ci maddədə də qeyri-ərzaq məhsulları haqqında deyilir ki, məhsulun keyfiyyətinə, formasına, ölçüsünə, rənginə hansısa formada ziyan vurulmayıbsa, istifadə olunmayıbsa, yuyulmayıbsa, 14 gün ərzində dəyişdirilə və ya eynisi ilə əvəzlənə bilər.



Amma bununla belə, müəyyən məhsullar var ki, Nazirlər Kabineti həmin məhsulları geriyə qaytarılmasını qeyri-mümkün hesab edir. Bunlara gigiyenik məhsullar, qızıl məmulatları, qiymətli daş-qaşlar parfüm, kosmetika məhsulları, körpə uşaqlar üçün nəzərdə tutulan alt paltarları, məişət, kimya məhsulları, şəxsi gigiyena məhsulları (diş fırçaları, daraqlar və s.) geriyə qaytarılma məsələsi demək olar ki, qadağandır. Yararlılıq müddəti bitməyən qida məhsulları da bu siyahıya daxildir".

İ.Şirinov bildirib ki, ərzaq məhsullarının qaytarılma və ya dəyişdirilmə məsələsi qeyri-ərzaq məhsullarından fərqlənir:

"Qida məhsullarından - məsələn, şirniyyatlara nəzər salaq. Adətən, tortun tərkibində biskvit krem, şokolad, qaymaq, qoz və s. olur. Əgər tort məhsulu soyuducudan çıxarılıb müştəriyə verilirsə, müştəri də saxlanma qaydasına riayət edirsə, onun dəyişdirilməsi artıq müştəri məmnuniyyətindən asılıdır və mağaza ilə alıcı arasında tənzimlənən bir məsələdir. Yəni tortu mağazanın istəyinə əsasən, qaytarmaq imkanı ola bilər. Amma mağaza saxlanma şəraitindən əmin deyilsə, məhsulu dəyişməkdən imtina edə bilər. Ola bilər ki, alınan məhsul isti temperaturda saxlanılıb. Bu da onun tərkibindəki inqridiyentlərin dəyişməsinə səbəb ola bilər.

Əgər mağaza həmin qida məhsulunu qaytarmağa razılaşsa belə, o məhsul başqa adam satıldıqdan sonra hansısa fəsad yarana bilər. Heç kim bundan sığortalanmayıb”, - deyə o əlavə edib.

Mövzu ilə basğlı Ölkə.Az-a danışan hüquqşünas Rəşad Əliyev isə bildirib ki, alıcının qanunvericiliyi bilməməsi normal hal olsa da, bunu demək də satıcının vəzifəsi deyil:



“Ərzaq yararlılıq müddəti ərzində alınıbsa, qaytarmağa və ya dəyişdirməyə gətirirsinizsə, qaytarılmasına yol verilmir. Bu, Nazirlər Kabinetinin qərarında var. Vətəndaşın qanunu bilməməyi normal hal ola bilər, amma satıcının da borcu deyil ki, hamıya desin ki, bunu qaytarmayacağıq. Qanuni bilmək vətəndaşın vəzifəsidir, amma bilmədiyi üçün hansısa problemlə qarşılaşırsa, burada satıcı məsuliyyət daşımır.

Ərzaq məhsulları o halda dəyişdirilə bilər ki, siz aldıqdan sonra onun yararlılıq müddətinin keçdiyinin şahidi olasınız. Bu halda satıcı mağaza məhsulu qaytarmalı və ya dəyişməlidir.
Qanun yazılanda bütün hallar nəzərə alınır. Təkcə hansısa istehlakçının hüququ yox, həm də digər şəxslərin sağlamlığı və təhlükəsizliyi əsas götürülür.

Bəzən bu, sui-istifadəyə yol açan və digər neqativ hallara səbəb ola bilər, amma ümumilikdə doğrudur”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib