Mərkəzi Bankın valyutadəyişmə monopoliyası – Paytaxtda niyə yalnız 5 məntəqəyə icazə verilib? – VİDEO
Iqtisadiyyat
Oxunub: 427
24 fev 2023 | 20:43
Mərkəzi Bankın valyutadəyişmə monopoliyası – Paytaxtda niyə yalnız 5 məntəqəyə icazə verilib? – VİDEO


Hazırda paytaxt Bakıda çox az sayda valyutadəyişmə məntəqələri mövcuddur. Qeyd edək ki, valyutyadəyişmə məntəqələrinin fəaliyyətinə 2015-ci ildə baş verən devalvasiyadan sonra qadağa qoyulub. Həmin məntəqlər əvvəl bankların nəzdində idi.


Teref.Az xəbər verir ki, 2017-ci ildə Prezidentin sərəncamı ilə yeni valyutadəyişmə məntəqələrinin açılmasına icazə verildi. Bunun üçün qanunvericiliyə uyğun şərtlər də müəyyənləşib. Belə təyinatda məntəqə açmaq istəyən şəxs : 50 min dollar və 50 min manat həcmində girov qoymalıdır. Sahibkar tərəfindən qoyulan girov fəaliyyət dönəmində götürülə bilmir.

Eyni zamanda , müəyyən texniki parametrlərə riayət edilməlidir. Məntəqənin ölçüsü, mühafizə sistemi xüsusi parametrlərə uyğun olmalıdır. Maraqlıdır ki, nədənsə, qanunvericiliyin bu tələblərinə əməl edən şəxslərə Mərkəzi Bank valyutadəyişmə məntəqəsi açmaq üçün lisenziya vermir. Ancaq hazırda paytaxtda 5 ünvanda belə məntəqələr fəaliyyət göstərərir və onlar heç bir fərqli hansısa göstəriciyə malik deyillər.

Valyutadəyişmə məntəqəsi açmaq istəyən, lakin uzun illərdi süründürməçiklə üzləşən şəxslərin Azinforum.az verdiyi məlumatda bildirilir ki,
bu yersiz qadağalar bazardakı monopolist mövqeni qoruyub saxlamaq niyyətindən irəli gəlir.

Biz hazırda paytaxtın 5 müxtəlif ünvanında fəsliyyət göstərən valyutadəyişmə fəaliyyətinə icazə verilən ünvanları təqdim edirik:

“ELİKO” MMC
Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 520

“DELTA CAPITAL” MMC Bakı şəhəri, Yasamal rayonu, məhəllə 581, Əbdülrəhim Haqverdiyev küçəsi, 13

“ZUHUR” MMC
Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 6c

“BAKI MƏRKƏZİ VALYUTA” MMC
Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 31, mənzil 11; 13

“META-KAPİTAL” MMC
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7B

Görəsən, bu məntəqələrin sahibləri kimlərdi ki, minlərlə adamın içindən yalnız bu 5 nəfəri seçib, onların fəaliyyətinə yaşıl işıq yandırıblar.
Biz bütün bunları ümiləşdirib, Mərkəzi Banka sorğu ilə müraciət etdik. Ancaq təəssüflər olsun ki, Mərkəzi Bank daha çox bizim suallardan yayımaq yolunu məqbul saydı. Başa düşürük , yəqin deməyə sözləri yoxdur.
İqtisadçı ekspert Elçin Qurbanov valyutadəyişmə məntəqələri ilə bağlı yaranan vəziyyəti məqbul saymır. Onun açıqlaması ilə təqdim etdiyimiz videoda tanış olaq:

Bu yöndə olan araşdırmamız davam edir.

Azinforum.az

Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI