Nefti gözləyən təhlükə: Azərbaycan nə itirəcək? - ARAŞDIRMA
Iqtisadiyyat
Oxunub: 463
29 sen 2022 | 19:19
Nefti gözləyən təhlükə: Azərbaycan nə itirəcək? - ARAŞDIRMA


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) özünün son Regional İqtisadi Perspektivlər (REP) hesabatında bildirir ki, Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatları son illərdə ən yüksək artım tempinə malikdirlər.

Hesabatda bildirilir ki, Azərbaycan yüksək enerji qiymətlərilə artan yüksək səviyyəli neft və qaz gəlirlərindən, eyni zamanda qeyri-enerji sektorunun güclü göstəricilərindən istifadə edir.

Həmçinin qeyd edilib ki, Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır. Bank 2023-cü ildə zəif iqtisadi artım barədə xəbərdarlıq edir. Proqnozlar Ukraynaya qarşı müharibənin şiddətlənəcəyi təqdirdə daha da aşağı risklərə məruz qala bilər. AYİB-nin hesabatında artım tempi yüksək qiymətləndirilsə də, hazırda ölkədə inflyasiya heç də aşağı deyil.

Qarşıdakı ildə ölkənin iqtisadi artım tempinin zəifləyəcəyi nə dərəcədə realdır? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, beynəlxalq təşkilatlar, banklar hansısa bir ölkənin ÜDM-si ilə bağlı proqnoz verərkən həmin ölkənin iqtisadiyyatının əsas aparıcı hissəsinin nədən ibarət olduğunu, hansı hadisələrdən təsirləndiyini hesablayırlar:

“Azərbaycanla bağlı hansısa proqnoz əslində ancaq neft-qaz qiymətlərinin gələcək taleyi ilə bağlı proqnozlara uyğunlaşdırılır. Hazırda da iqtisadi artım zəifləyib və dünyada resessiya təhlükəsi var. Resessiya təhlükəsinin olması, iqtisadiyyatın daralması ona gətirib çıxaracaq ki, enerji daşıyıcılarının qiymətində kifayət qədər enmə ola bilər. İndi dünyada belə modellər qurulur. Çünki iqtisadiyyat daralırsa, iqtisadi aktivlik azalırsa, sənaye müəssisələri dayanırsa, iqtisadiyyatının artım tempi bütün dünyada aşağı düşürsə, deməli, bu, neftə tələbatı da azaldacaq. Məsələlərə bu nöqteyi-nəzərdən yanaşırlar. Buna görə beynəlxalq qurumların Azərbaycanla bağlı proqnozlarında bu amil əsas rol oynayacaq”.

Ekspert hesab edir ki, bundan sonra beynəlxlaq təşkilatlar da bənzər açıqlamalarla çıxış edəcək:

“Bütün bunlar da onu sübut edir ki, Azərbaycan iqtisadiyyatı ancaq yeganə bir faktordan, neft və onun qiymətindən asılı vəziyyətdədir”.
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR