Bazarlarda qiymətlər `od tutub yanır`
Iqtisadiyyat
Oxunub: 1 126
9 dek 2015 | 06:37
Bazarlarda qiymətlər `od tutub yanır`










Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur

Azerinfo.az Trend-ə istinadən xəbər verir ki, “Yaşıl bazar” və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər. Satıcılar bildiriblər ki, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı 60 qəpiyə satılan kartof hazırda alıcılara 70 və 80 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Bu ayın əvvəlinə kimi kq-ı 50 qəpik olan soğan indi 10 qəpik baha satılır. Tərəvəzlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur. Məsələn, narın kq-ı ötən ay 1 manat 20 qəpiyə təklif olunurdusa, hazırda 1 manat 50 qəpiyə satılır. Analoji vəziyyət naringi, üzüm və almanın qiymətlərinə dı aiddir.

Alıcılar isə deyirlər ki, qiymətlər süni şəkildə artırılır: “Hər il bayram ərəfəsində belə hallarla üzləşirik. Süni olaraq qiymətləri artırırlar. Kartofun vedrəsini rayonlarda 50 qəpiyə verirlər, Bakıda isə 3 ədəd kartofu 70 qəpiyə satırlar. Bilirlər ki, insanların tələbatı var, bayramda insanlar gəlib alış-veriş edəcəklər, ona görə də qəsdən qiymətləri artırırlar”.

Başqa bir alıcı isə aidiyyəti qurumların qiymət artımına nəzarət etməməsindən narazıdır: “Niyə məsələ ilə maraqlanan yoxdur? Keçirdikləri satış yarmarkalarına gedirsən, elə orada da eyni vəziyyətdir. Buradakı qiymətlərdən heç bir fərqi yoxdur. Qarşıdan Yeni il gəlir. Hələ indidən meyvələrin qiymətini 10, bəzilərinin isə hətta 20 qəpik artırıblar. Görün, bayram günü qiymətlər hansı səviyyədə olacaq?! İndidən bunun qarşısını almalıdırlar”.

Vəziyyət alıcılarla yanaşı, satıcıları da narahat edir. Onları narahat edən isə alverin olmamasıdır: “Qiymət artımını danmırıq. Amma inanın ki, bunu biz etmirik. Çünki məhsulların qiymətlərinin artırılması bizə də sərf etmir. 10 qəpiklik bahalaşma olan kimi alıcı da olmur. Biz əksinə, çalışırıq ki, məhsullarımızı ucuz sataq. Ucuz satanda da alıcımız çox olur”.

Digər satıcı isə satdıqları məhsulu birinci əldən baha aldıqlarını deyir. Bu səbəbdən də qiymətlərdə artım olur: “Biz məhsulları müxtəlif rayonlardan alıb gətiririk. Yəni satdıqlarımız öz becərdiyimiz məhsul deyil. Öz becərdiyimiz məhsullar olsaydı, təbii ki, daha ucuz qiymətlə satardıq”.

Bazarlarda alıcı fəallığının azalması bəzi piştaxtaların da boşalmasına gətirib çıxarıb. Dekabrın əvvəlindən təkcə Keşlə bazarında 8-ə yaxın satıcı bazarı tərk edərək işini dayandırıb.

Bazarlarda süni qiymət artımı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirib ki, bu, mövsümi xarakter daşıyır: “Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır”.
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO