Zəngəzur dəhlizi açılır: Rusiyanın maraqları nədən ibarətdir? - GƏLİŞMƏ
Rusiya Xarici İşlər Nazirliyi Zəngəzur dəhlizinin açılacağına dair optimist açıqlamalar verir.
“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli İşçi Qrupu razılığa gəlmək barədə əhəmiyyətli dərəcədə irəliləyib”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqlaırnın yekunlarına dair birgə mətbuat konfransında belə deyib.
Eyni zamanda, Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması layihəsi üzərində işləyir.
O, marşrutun açılması perspektivləri və bu sahədə Moskva ilə Ankara arasında razılaşmaların olması ilə bağlı suala cavablanda qeyd edib ki, Zəngəzur dəhlizinin nə vaxt fəaliyyət göstərəcəyi ilə bağlı hələ ki, məlumatı yoxdur.
“Türkiyə Ticarət Nazirliyinin rusiyalı həmkarları arasında bu mövzuda təmaslarının olduğu barədə informasiyaya sahib deyiləm. Yalnız onu deyə bilərəm ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üçün Bakı və İrəvanla əsaslı işi davam etdirir. Söhbət Ermənistan və Azərbaycanın suverenliyinə hörmət prinsipinə əsaslanacaq konkret marşrutlar üzrə paket həllinin razılaşdırılmasından gedir”, - Zaxarova bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşü ilə eyni vaxtda Rusiya XİN-in belə açıqlamalar verməsi Zəngəzur dəhlizinin açılmasına dair razılaşmanın olduğuna dair rəy yaradır. Dia.az-ın məlumatın agörə, politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, rəsmi Moskvanın açıqlamaları danışıqlarda Rusiyanın moderatorluğunu saxlamağa hesablanıb. Lakin Zəngəzur dəhlizinin açılması Rusiyanın regiondakı maraqlarına cavab verdiyindən tezliklə bu istiqamətdə razılaşmanın əldə olunması mümkündür:
“Rusiyanın Zəngəzur dəhlizini ön plana çəkməsində müəyyən həqiqət də var. Bu yaxınlarda Türkiyənin ticarət nazirinin müavini çıxış edib və Rusiya ilə Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparıldığını deyib. Digər tərəfdən, üçtərəfli komissiyada Azərbaycan və Ermənistanla yanaşı, Rusiya da iştirak edir. Burada Rusiyanın praktiki iştirakı açıq-aşkar görünür. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata görə, Zəngəzurdan keçəcək yolun təhlükəziliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir.
Artıq həmin ərazidə postlar da qurulub. Digər tərəfdən, “Ermənistan Dəmir Yolları” Rusiyanın konsessiyasına verilib. Yükdaşımalarda əsasən “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (CQDY, “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi) iştirak edəcək. Ermənistanın dəmir yolu sistemi və yükdaşımalar bütövlükdə Rusiyanın idarəçiliyindədir. Zəngəzurdan yalnız Azərbaycan və Türkiyə deyil, Rusiya şirkəti də istifadə edəcək. Bu dəhlizdə əsas yükdaşımalar Rusiya və Türkiyə tərəfindən həyata keçiriləcək. Hazırda Rusiyanın Qərbə çıxış yolları bağlı olduğundan ən əlverişli yol Zəngəzur dəhlizi ola bilər. Eyni zamanda, Türkiyə də bu yol vasitəsilə Rusiya ilə faydalı əməkdaşlıq edə bilər və yükdaşımaları təmin etmiş olar.
Cari ilin statistikasına baxsaq, Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin artdığını görmək olar. Türkiyədən Rusiyaya ixracatın həcmi artıb. Bunu həyata keçirmək üçün isə infrastuktur lazımdır. Belə əlverişli marşrut isə Zəngəzur dəhlizidir. Avropa İttifaqının bu prosesdə rolu minimal səviyyədə ola bilər. Əlbəttə, gələcəkdə Avropa məhsulları da bu marşut xətti ilə Cənubi Qafqaza və Mərkəzi Asiyaya daşınacaq. Hazırda əsas real işləri Türkiyə və Rusiya həyata keçirir. Rusiya sərhədçiləri həmçinin delimitasiya və demarkasiya məsələlərinin həllində də iştirak edə bilər. Çünki əvvəllər Azərbaycan-Ermənistan dövlət sərhəddində vəziyyət gərginləşəndə də tərəflər arasında Rusiya sərhədçiləri dayanıblar.
Düşünürəm ki, gələcəkdə növbəti gərginliyin baş verməsi qaçılmazdır. Ermənistan elə bir ölkədir ki, mürəkkəb vəziyyətin yaranacağını istisna etmək olmaz. Bu problemin həllində Rusiya öz rolunu oynaya bilər. Avropa sülhməramlı qüvvələrinin burada iştirakı mümkün deyil. Rusiyanın Ermənistanda hərbi bazaları olduğundan bu ölkənin siyasətinə ciddi təsir imkanları var. Bu reallıqdır”.
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq