Bahalı kirayə və cərimə: Ev bazarına yeni düzən gəlir? - Ekspert danışır
Bu gün ölkədə, xüsusilə də paytaxtda kirayədə yaşayan vətəndaşların sayı kifayət qədərdir.
Bir sıra ölkələrdə kirayə məzillərlə bağlı müqavilə bağlansa da, ölkəmizdə buna nadir hallarda rast gəlinir. “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Azadov deyib ki, ölkəmizdə kirayə bazarı faktiki olaraq "kölgə iqtisadiyyatı"nın bir hissədir:
“Hazırda İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti bununla bağlı qanun layihəsi hazırlayır. Cərimə mexanizmi tətbiq olunacaq".
Ölkəmizdə bu istiqamətdə ənənə formalaşmayıb və həm kirayədə yaşayan, həm də mənzilini kirayə verən bu prosesdən yayınmağa çalışır.
Bunun səbəbləri nədir və bu istiqamətdə irəliləyiş gözlənilirmi? Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, bu gün ölkədə daha çox əhali və daşınmaz əmlak Bakıda yerləşir:
“Kirayə mənzillərin və kirayə qeyri-yaşayış obyektlərinin sayı kifayət qədərdir. Bu gün həmin rəqəm 10 minlərlə və daha çoxdur. İnkişaf etmiş ölkədə vətəndaş kirayədə qalırsa, yaxud mənzil sahibi mənzili kirayə verir və gəlir əldə edirsə, mütləq şəkildə vergi dövlətə vergi ödəyir. Azərbaycanda mənzil fonduna baxsaq, mənzillərlə bağlı vergi ödənməsi çox az hallarda, məcburiyyət olduqda baş verir. Məsələn, hansısa xarici şirkətin nümayəndəsinin yaşadığı kirayə evin xərcini şirkət ödəyir. Bu zaman onlarla mütləq şəkildə müqavilə bağlanılır ki, kirayə pulu rəsmi göstərilsin. Yaxud hərbi və ya digər dövlət qulluqçuları var ki, onların da kirayə haqqını müəssisə ödəyir. Yəni bu kimi rəsmi formada müqavilə bağlananda vergi ödənilir. Ancaq digər hallarda əksər insanlar vergi ödəmirlər. Niyə ödəmirlər? Əvvəla çox insanın məlumatı yoxdur ki, kirayə mənzilə görə vergi ödənməlidir. Digər tərəfdən, bizdə vergi çoxdur, 14 faizdir. Məsələn, bir evin qiyməti 500 manatdırsa, onun təxminən 70 manatı vergidir. Ev sahibi istəməz ki, onu aldığı 500 manatdan ödəsin. Ya evin kirayə haqqını artıracaq, ya da kirayə götürənin üzərinə atacaq. Hər iki halda evin ümumi kirayə qiymətini qaldırır”.
Ekspert bildirir ki, dövlət 14 faizdən bu sahədə yararlana bilmir. Ona görə də bu faiz dərəcəsini 2-4 faizə salsalar, məcburiyyət olsa, hər bir şəxs vergi verər.
Onun fikrincə, bu istiqamətdə vətəndaşlarla maarifləndirmə tədbirləri ilə yanaşı, müəyyən işlər görülməlidir:
“Məsələn, bir vətəndaşın rəsmi iş yeri yoxdur. Ancaq mənzilləri var və kirayə verib. O bankdan kredit almaq istəyir və ona pul vermirlər ki, rəsmi iş yeri yoxdur. Onun kirayədən gəliri var və o gəliri rəsmi göstərə bilirsə, bu halda kirayə verənlər bank və digər layihələrdən yararlanmalıdır. Bundan başqa, mənzil alanların bir hissəsi ipoteka kreditindən yararlanır və burada ən çox üstünlük vətəndaşın rəsmi iş yerinin olmasına verilir. İnsanlar var ki, uzun illərdir kirayədə yaşayırlar, rəsmi iş yeri yoxdur. Ancaq kiçik biznes, sənətkarlıqla məşğuldur, yaxud qohumu xarici ölkədən pul göndərir ki, o da stabil kirayə haqqını ödəyir. Əgər bir şəxs 2-3 il kirayədə yaşayırsa və gecikmə olmadan kirayə haqqını ödəyirsə, demək, bu insan kreditini ödəyə biləcək. Kreditli şərtlərlə satılan mənzillərdə də bu cür layihələr olmalıdır və onlara üstünlük verilməlidir. Ümumiyyətlə, bu sahəyə nəzarət güclənməlidir. Ancaq o şərtlə ki, faizlər aşağı düşsün. Əgər faiz dərəcələri aşağı düşməsə ev sahibləri üçün maraqlı olmayacaq. Maraqlı olsa belə, qiymətləri qaldıracaq. Digər tərəfdən, qeyri-yaşayış obyektlərinə baxsaq, onların müqavilələri var. Belə ki, hansısa bir sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN açdıranda, müqavilə tələb olunur. Ancaq burada da böyük əksəriyyət həmin kirayə qiymətini real göstərmir. Çünki bizdə qeyri-yaşayış obyektlərinin kirayə qiyməti çox bahadır və simvolik, cüzi bir rəqəm göstərilir ki, vergi ödəyəndə çox olmasın”.
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq