Manat üçün ucuz dövr başlayır? - BÖHRAN QAPIDA
ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) hakimiyyət orqanları ölkədə inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasını qeydə alana qədər uçot dərəcəsini artırmağa davam etmək niyyətindədir.
Bu barədə FED-in açıq bazar üzrə rəhbər komitəsinin iyulun 26-27-də keçirilən iclası ilə bağlı açıqlanan məlumatda yer alıb:
“İnflyasiya komitənin hədəfindən xeyli yüksək olaraq qaldığı üçün (2% - Red), iclas iştirakçıları belə qənaətə gəliblər ki, faiz dərəcəsini artırmaqda davam etmək lazımdır”.
Sentyabrın 20-21-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin hansı səviyyəyə qaldırılacağı sənəddə deyilmir. Analitiklər uçot dərəcəsinin 0,5 faiz artacağını gözləyirlər. FED rəhbərliyi bildirib ki, hazırda uçot dərəcəsi “neytral səviyyədə”dir ki, bu da ölkədə iqtisadi fəallığı məhdudlaşdırmır.
Protokollarda vurğulanır ki, maliyyə tənzimləyicisi öz hərəkətlərinin inflyasiyaya təsirini müəyyən edərsə, uçot dərəcəsinin daim artırılmasını dayandırmağa hazırdır:
“İclas iştirakçıları təklif etdilər ki, pul siyasəti daha da sərtləşdikcə, məcmu siyasətə düzəlişlərin iqtisadi aktivliyə və inflyasiyaya təsirini qiymətləndirərkən müəyyən məqamlarda faiz artımının sürətini azaltmaq məqsədəuyğun ola bilər”.
Bundan əvvəl ABŞ Əmək Nazirliyi ölkədə istehlak qiymətlərinin iyul ayında illik ifadədə 8,5% artdığını bildirmişdi. FED inflyasiya ilə mübarizə məqsədilə iyul ayında ardıcıl ikinci dəfə uçot dərəcəsini artırdı. Qeyd edək ki, FED-in uçot dərəcəsi ilə bağlı dəyişikliyi ölkələrin milli valyutalarına təsirsiz ötüşmür. Növbəti dəyişikliklə milli valyutaları, o cümlədən Azərbaycan manatını nə gözləyir? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət”ə bildirib ki, FED tərəfindən inflyasiya ilə bağlı uçot dərəcəsinin artırılması tam gözlənilədir:
“Ancaq paralel olaraq neftin də qiyməti kifayət qədər yüksəkdir. Son dövrlər neftin qiyməti bir qədər düşüb. Bununla yanaşı, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz neftə, qaza görə dollarladır, dollar isə dünyada bahalaşacaq, bunun manata təsiri yoxdur. Bu baxımdan manatın məzənnəsində ən azı bu ilin sonuna kimi heç bir dəyişiklik ola bilməz”.
Ekspert bildirib ki, bu gün ölkəmizin valyuta ehtiyatları kifayət qədər çoxdur:
“Neftin qiymətinin artmasına görə valyuta ehtiyatlarımız xeyli artıb. Bu baxımdan qarşıdakı dövrdə manat üçün təhlükə yoxdur”.
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq