Azərbaycanda dərman qıtlığı: Monopoliya, müharibə, yoxsa pul hərisliyi? - NƏ BAŞ VERİR?
Iqtisadiyyat
Oxunub: 620
15 iy 2022 | 18:20
Azərbaycanda dərman qıtlığı: Monopoliya, müharibə, yoxsa pul hərisliyi? - NƏ BAŞ VERİR?


Ölkədə hər il gündəmə daşınan, lakin heç cür həll olunmayan problemlərdən biri də dərman qıtlığı ilə bağlıdır. Fərqli dövrlərdə məsələnin həlli istiqamətində xarici şirkətlərin Azərbaycanda zavodlar açacağı, dərman bazarını zənginləşdirmək üçün müxtəlif ölkələrlə ticarət əlaqələrinin genişləndiriləcəyi barədə optimist fikirlər səsləndirilsə də, ortada hələ də nəticə yoxdur. Azərbaycana dərman ixrac edən Rusiya və Ukrayna arasında müharibənin uzun müddət davam etməsi isə əhali üçün vəziyyəti daha da qəlizləşdirib.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla mövzu barədə Oxu.Az-a açıqlamasında dərmanların çoxunun Ukraynadan gətirildiyini və mövcud vəziyyətin Azərbaycanda dərman defisitinə səbəb olduğunu bildirib:

“Rusiyanın Ukraynaya təcavüzündən sonra Ukraynada xeyli infrastruktur, o cümlədən də əczaçılıq sənayesi infrastrukturları dağıdılıb. Onlar Azərbaycana dərman idxalını həyata keçirirdi. Rusiya ərazisində döyüşlər getmədiyi üçün Azərbaycana dərman ixrac etmək imkanları var. Amma Rusiyanın ticari əlaqələri dünya üzərində nəzarətdədir və müəyyən problemlər var. Biz əsas dərmanları Ukraynadan gətirirdik, indi Ukraynada bu vəziyyətin yaranması Azərbaycanda dərman defisitinə gətirib çıxarmalıdır. Ona görə də alternativ yollar axtarmalı, özümüzə mənbələr tapmalıyıq. İran və Hindistan dərmanlarının keyfiyyət parametrləri kifayət qədər yüksəkdir. Hətta Braziliyadan, Argentinadan, başqa Cənubi Amerika ölkələrindən də ucuz dərman almaq imkanlarımız var. Biz ölkəyə idxalın mənbələrini tapmalıyıq. Çünki bu müharibənin nə vaxt bitəcəyi, Ukraynada bu infrastrukturun nə vaxt bərpa olunacağı, onun sonrakı statusunun necə olacağı bəlli deyil. Ukrayna əgər quruculuq işlərinə başlasa və Avropa ailəsinin üzvü olsa, orada istehsal olunan dərmanlar da kifayət qədər baha ola bilər”.

Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış həkim Seyfəddin Əsəd isə hesab edir ki, problemin həlli üçün Türkiyə ilə əlaqələr gücləndirilməlidir:

“Türkiyənin istehsal etdiyi dərmanlar artıq dünyada qəbul olunur və biz də onun effektivliyini görürük. Düşünürəm ki, Türkiyə ilə bu sahədə əməkdaşlığı genişləndirmək olar. Bir ara birgə dərman zavodu qurulacağı barədə də söhbət vardı. Bu addımı alqışlayardım və çox məmnun olardım ki, Türkiyədən gələn dərmanların miqdarı artırılsın”.

Bir müddət əvvəl dərman sənayesi ilə bağlı problemi Milli Məclisdə səsləndirən deputat Fazil Mustafa bu sahədə heç bir inkişafın olmayacağı qənaətindədir. Millət vəkili monopoliya aradan qaldırılmadıqca dərman bazarında vəziyyətin daha da pisləşəcəyini düşünür:

“Dərman sənayesi ayrı-ayrı qrupların əlində olduğuna, inhisara və bu sahədə bir mafiya baxışının mövcudluğuna görə burada vətəndaş düşünülmür. Dərmanın növü, onun fayda verib-verməyəcəyi nəzərə alınmadan satılır. Məqsəd sadəcə pul qazanmaqdır. Burada heç bir nəzarət mexanizmi yoxdur, formal nəzarətdir. Biz təklif etdik ki, Türkiyə ilə dərman bazarını birləşdirək. Azərbaycanda dərmanların çoxu keyfiyyətsizdir. Dərman bazarı ayrı-ayrı imtiyazlı şəxslərin əlində olduğuna görə onlara toxunmaq, fəaliyyətlərini yoxlamaq mümkün deyil. Əhalinin dərmandan əziyyət çəkməsi veclərinə belə deyil. O baxımdan burada hansısa çıxış yolu görmürəm. İnhisarçılığın, monopoliyanın ortadan qaldırılıb dərman sahəsinin ciddi nəzarətə götürülməsinə, orada daha vicdanlı istehsalçılara imkan yaratmağa ehtiyac var. Vətəndaşları zəhərləyən tərkibi dəyişdirilmiş dərmanlar yığışdırılmalıdır. İndiki vəziyyətdə dərman qıtlığı təkcə müharibə ilə əlaqədar deyil, problemin kökü daha dərindir. Yeganə yol Türkiyənin dərman bazarı ilə birgə vahid bir bazar təşkil etməkdir. O zaman daha ucuz və keyfiyyətli dərmanlar əldə etmək mümkün olacaq. Özümüzə qalsa, 30 ildə heç bir şey edə bilmədik. Vəziyyət gündən-günə pisə doğru gedir”.

Məsələyə münasibət bildirən həkim-radioloq Aydın Əliyev isə əsas problemin gəlirlərin dərman istehsalına yönəldilməməsindən qaynaqlandığını diqqətə çatdırıb:
“30 ildir biz müstəqilik, neftimiz, qızılımız, qazımız var, Azərbaycan zəngin dövlətdir, amma çox təəssüflər olsun ki, strateji sahə olan dərman istehsalına gəlirlərimiz yönəldilməyib. Bu nəzərdə tutulubsa belə, heç ölkə əhalisinin tələbatını ödəmir. Əsas problem buradan qaynaqlanır. Azərbaycana daxil olan gəlirlər dərman istehsalı və xarici ölkələrdən dərman alınması üçün sərf edilmir. Ölkədə dərman monopoliyası var. Biznesmenlərə, imkanlı şəxslərə imkan verilmir ki, müstəqil şəkildə dərman preparatlarını Çin, Hindistan kimi ucuz istehsalçılardan alsınlar. Bunlar aradan qaldırılsa, vəziyyət düzələ bilər. Beş ildə Azərbaycanda “Formula 1” yarışlarına xərclənən pulla bir neçə dərman zavodu tikmək olardı ki, bununla da ölkə əhalisinin dərmana olan tələbatı qismən ödənilərdi”.
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq