Nazirlik mənşəyi məlum olmayan heyvan cəmdəkləri ilə bağlı məlumat yaydı
Reydlər keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti qida təhlükəsizliyi sahəsində tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılan tədbirlər çərçivəsində 30 noyabr və 1 dekabrda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Azərbaycan Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə Bakı şəhəri və Bərdə rayonu ərazilərində reydlər keçirib.
Reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda 30 noyabr 2015-ci il tarixdə gecə saat 11-12 radələrində Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mersedes” markalı yük avtomaşını saxlanılıb. Heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir müşayiətedici baytarlıq və digər sənədlərinin olmadığı müəyyən edilib.
Avtomobil sürücüsününün və yükü müşayiət edən şəxsin izahatlarına görə yük avtomobilindəki heyvan cəmdəkləri Bərdə şəhəri, S.Vurğun küçəsi, 9 nömrəli evin sakini Seyfəddin Vəliyəddin oğlu Novruzova məxsusdur. S.Novruzovun həyətində ona məxsus dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kameraya bu gün baxış keçirilib və 20 tondan yuxarı mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib.
Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təhvil verilib. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.
Qanun pozuntuları aşkar olunarsa ciddi inzibati tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndəriləcək.
Bu kimi tədbirlər respublikanın bütün rayonlarında davam etdiriləcək.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?