Gədəbəydə payızlıq taxıl səpini sürətlə davam etdirilir
Iqtisadiyyat
Oxunub: 1 651
1 dek 2015 | 12:06
Respublikanın ucqar dağ rayonu olan Gədəbəydə payızlıq taxıl səpini sürətlə davam etdirilir. Texnika çatışmazlığı olmadığından payızlıq səpinin vaxtında başa çatdırılması gözlənilir.
Gədəbəydə payızlıq taxıl səpini sürətlə davam etdirilir
Rayonda əsasən kartof yetişdirilsə də, son bir neçə ildir fermerlər taxıl və arpa səpininə də maraq göstərirlər. Buna səbəb kimi dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və ayrılan subsidiyaları göstərmək olar. Elə bu səbəbdəndir ki, rayonda taxıl sahələri ildən-ilə genişlənir.

Namiq Rüstəmov- Gədəbəy Statistika İdarəsinin rəisi: “2014-cü ildə 575 hektar ərazidə taxıl səpilmişdi. Bu il isə hələlik 473 hektar taxıl, 3 hektara yaxın sahədə arpa səpilib. Kənd təsərrüfatı işçiləri və fermerlər əsas üstünlüyü taxıla verirlər. Bu il 600 hektara qədər taxıl səpilməsi nəzərdə tutulub ki, bu da ötən ilin müvafiq dövrü ərzində əkilən taxıldan xeyli çoxdur”.

Əkin işlərinin vaxtında yerinə yetirilməsi üçün rayonda yetərli sayda texnika mövcuddur.

Firuddin Məmmədov- fermer: “Əminliklə demək olar ki, fermerlər texnika sarıdan, gübrə sarıdan heç bir çətinlik çəkmir. Vaxtlı-vaxtında texnika və gübrə ilə təmin olunuruq. Məhz bunun nəticəsidir ki, əkdiyimiz sahələri ildən-ilə artırırıq. Məhsuldarlıq ildən-ilə artırılır. Yəni, heç bir problem, qayğı yaşamırıq, dövlət tərəfindən hər cür təminat verilir”.

Rayonda 14 min hektara yaxın əkinəyararlı torpaq sahəsi var ki, bunun da orta hesabla hər il 12 min hektarında kartof, yerdə qalan sahələrdə isə taxıl, arpa və digər bitgilər əkilir.

Fermerlər bildirir ki, sahələrdən yüksək məhsul əldə etmək üçün vaxtlı-vaxtında bütün aqrotexniki qulluq göstərilir. Lakin, əkin torpaqları dəmyə olduğundan təbiət də öz gücünü göstərməlidir.

http://kepeztv.az
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?