İqtisadiyyat Nazirliyinin TENDER DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Iqtisadiyyat
Oxunub: 566
6 iy 2022 | 18:20
İqtisadiyyat Nazirliyinin TENDER DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Denisov Dmitry Valeryeviç barəsində məhkəmə iddiası qaldırıb.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iclasının bu gün - 5 iyul tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəyi bildirilir.
Məlumat üçün bildirək ki, məhkəmə iddiası vergi ödəyicisi olan şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Qeyd edək ki, barəsində iddia qaldırılan Denisov Dmitry Valeryeviç 15 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40 ünvanında dövlət qeydiyyatına alınan 5 şirkətin rəhbəridir. Hazırda həmin şirkətlərin dövlət büdcəsinə 36 min 280 manat 46 qəpik vergi borcu var.
Onu da bildirək ki, Denisov Dmitry Valeryeviçin rəhbərlik etdiyi şirkətlərin qeydiyyatda olduğu Məşədi Hilal Kazımov, ev 40 ünvanında qısa müddətdə 100-lərlə şirkət dövlət qeydiyyatına alınıb (Tam siyahı yazının sonuna əlavə edilib).
Siyahıda adları qeyd olunan şirkətlər dövlət qeydiyyatına alındıqdan sonra keçirilən tenderlərin qalibi olublar. Məşədi Hilal Kazımov, ev 40 ünvanında qeydiyyata alınan şirkətlər tenderin qalibi olsalar da, vergi öhdəliklərini icra etmirlər.
Məsələn, 2020-ci ildə 328 saylı hərbi hissə tərəfindən keçirilən 193 min manatlıq tender müsabiqəsinin qalibi tender elanından cəmi bir ay əvvəl Məşədi Hilal Kazımov, ev 40 ünvanında qeydə alınan “Ruklon Az Ltd” MMC olub. Hazırda bu şirkətin 13 min 248 manat vergi borcu var. Bu şirkətin rəhbəri Skvortsov Arkadiy Sergeyeviçdir. Skvortsov Arkadiy Məşədi Hilal Kazımov, ev 40 ünvanında qeydiyyatdan keçən daha 3 şirkətin də rəhbəridir və onun rəhbərlik etdiyi digər şirkətlərin - "RUKLON AZ QRDUP" MMC-nin dövlət büdcəsinə 86 min 909 manat, "ELFIN TC" MMC-nin isə 18 min 558 manat vergi borcu var. Skvortsov Arkadiy eyni zamanda 100-lərlə şirkətin qeydə alındığı Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72 ünvanında qeydiyyatda olan “Okean az Grup” MMC adlı şirkətə də rəhbərlik edir. Bu şirkət də qeydiyyatdan keçdikdən 3 ay sonra keçirilən tenderin qalibi olub və hazırda 13 min 266 manat vergi borcu var.Denisov Dmitry Valeryeviç və Skvortsov Arkadiy Sergeyeviçin şirkət rəhbəri olduqları və vergi borcuna görə məhkəməyə verildikləri barədə məlumatlarının olub-olmadığı bilinməsə də, daha əvvəl bu cür halla qarşılaşan bəzi şəxslərin bunlardan xəbərsiz olduqları məlum olub.

Bəzən isə məlum olur ki, tenderin qalibi olub vergi borcunu ödəməyən şəxslərin adı müxtəlif cinayətlərdə hallanır.
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq