Çörək məmulatlarının daşınmasına AQTA niyə nəzarət etmir? - ETİRAZ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirə bilirmi?
Ölkəmizdə ən çox istifadə edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir.
Nəinki bölgələrdə, eləcədə də Gəncəbasarda yol kənarlarında üst-başı çirkli qadınların işlədiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və çörəyin piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması-bunlar hamının çoxdan vərdiş elədiyi adi situasiyadır.Yuxarıda qeyd etdiyimiz çörəkdaşıma ilə bağlı antisanitar vəziyyət Gəncədə hər kəsin tanıdığı məşhur “SUKONNU” çörək zavodunda belə hökm sürür.
Lakin Azərbaycanda çörək də daxil olmaqla qida təhlükəsizliyi sahəsində uzun illərdir hökm sürən bu cür vəziyyəti aradan qaldırmaq üçün geniş səlahiyyətlərə malik olan Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu baxımdan agentliyin çörək istehsalı və satışında gigeyenik normaların genişmiqyaslı pozulmasına qarşı necə mübarizə aparacağı maraqla gözlənilməkdədir.
Çörək bazarındakı vəziyyəti Dünyanınsəsi.Az saytına şərh edən sahibkar İntiqam İbrahimov deyir ki, hazırda istənilən şəxs çörək istehsalı ilə məşğul ola bilir. Amma çörəkbişirmə müəssisələrinin əksəriyyətində vəziyyət ürək açan deyil. Xüsusilə kiçik çörəkbişirmə sexlərində məhsulun tərkibinə vurulan qatqılar bəlli deyil. Ən çox istifadə olunan göl kənarlarından yığılıb, təmizlənməmiş duzun xəmirə qatılmasıdır.
“Çörəyin maşınların yük yerində daşınması da problemdir, baxmayaraq ki, bununla bağlı irad və təkliflər verilib. Qida məhsullarının heç birinə əllə toxunmaq olmaz”, -İbrahimov əlavə edib.
Çörəyə yoluxdurulan xəstəliklər
Ekspertlər də hesab edirlər ki, çörəyə əllə toxunmaq məhsulu əlavə çirkləndirməyə məruz qoyur. Çörək daşınarkən çirkləndirildikdə qida xəstəliklərinə yoluxmaq mümkündür. Həm də çörəyin daşınması prosesinə səthi yanaşmaq olmaz. Çörək xüsusi maşınlarda daşınmalıdır, həmin avtomobildə başqa ərzaq məhsullarının daşınmasına icazə verilmir.
Üstəlik bu maşınlar həftədə bir neçə dəfə təmizlənməli, yuyulmalıdır. Məhsula əllə də toxunmaq olmaz, mütləq əlcəkdən istifadə etmək lazımdır. Əks halda təmas yolu ilə yoluxan infeksiya və viruslar çörəyə düşür, oradan da həzm sisteminə ötürülür.
“Çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq çörəyi mikroblardan qorumaq mümkün deyil. Qaydalara görə, nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilməz. Amma sürücü sükan arxasından durub əllərini yumadan çörək daşıyır. İndi yediyimiz çörəyin nə qədər çirklənməyə məruz qaldığını siz təsəvvür edin”, – ekspert söyləyib.
Yol kənarlarındakı təndirlər, kabab iyinə yığışan itlər, xəmir vedərisində pişiklər…
Lakin ekspertin bəhs etdiyi bu normalar Göygöl -Daşkəsən -Goranboy rayonlarının hər yerində, yol kənarında fəaliyyət göstərən, üzərinə “İsti təndir çörəyi”, “Nənəmin təndiri”, “Kəlbəcər lavaşı” və s. bu kimi lövhələr vurulmuş kiçik sexlərdən, təndirlərdən uzaqdır.
Məsələn, Gəncə -Göygöl yolunun Toğanalı kəndinə tərəf gedən yolun üstündə hər addımbaşı təndirlərə rast gəlinir, çörək, qutab və toyuq bişirilib satılır. Bu məkanlarda çirkli vedrələrdə xəmir yoğrulur, qadınların alın təri xəmirə qarışır, xəmirin üstünə çirkdən rəngi seçilməyən parça örtülür. Yolun toz-torpağı da bir yandan çörəyə hopur.Anoloju vəziyyət Goranboy rayonun Qaraçinar-Ağcakənd yolu üzərində də antisanitar vəziyyət hökm sürür.
Belə sexlərdən birində çörək bişirən qadın deyir ki, onlara təmizlik, sanitar-gigeyenik normalarla bağlı irad bildirən yoxdur. Baxmayaraq ki, sahibsiz itlər kabab iynə təndirin ətrafına toplanıb, ac pişiklər isə qadının az əvvəl xəmir yoğurduğu vedrənin altını-üstünə çeviriblər.
“Əsasən yayda – Göygöl Milli Parkına istirahət mövsümü başlayanda alıcılar çox olur. Hətta kafe və restoranlar da bizdən alver edirlər”-qida təhlükəsizliyi normalarından bixəbər qadın deyir.
Redaksiya olaraq inanırıq ki, AQTA-nın Gəncə bölməsi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirməklə yanaşı həm də istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atacaqdır.
Dünyanınsəsi.Az
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi