RUSİYANIN İXRACA MƏHDUDİYYƏTLƏRİ AZƏRBAYCANA NECƏ TƏSİR EDƏCƏK? - NƏ BAŞ VERİR?

Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu ziyanın miqyası hər ötən gün bir qədər də artır. Avropa və ABŞ-ın Rusiyanın işğalçı siyasətinə cavab olaraq tətbiq etdiyi sanksiyalar, həm də qlobal iqtisadi sabitliyə mənfi təsir göstərir.
Sanksiyalar Rusiyanı müəyyən qədər küncə sıxışdırsa da, işğalçı ölkə öz məkrli planlarından əl çəkmək istəmir. Belə ki, bir neçə gün öncə özünə qeyri-dost bildiyi dövlətlərin siyahısını açıqlayan Rusiya hökuməti, indi də bu ölkələrə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
Rusiya Prezidenti Vladimir Putin son çıxışında bildirib ki, Rusiya dekabrın 31-nə qədər bəzi ölkələrə məhsul ixracını dayandıracaq. O, hökumətə həmin ölkələrin qısa vaxtda siyahısının hazırlanması üçün tapşırıq verib.
Ekspertlər Avropa, ABŞ və Rusiya arasında baş verən soyuq müharibənin uzanacağı təqdirdə, qlobal inflyasiyanın sürətlənəcəyini bildirirlər. Sanksiyalar iki tərəfə də mənfi təsir göstərdiyindən, yaxın tarixdə həm Avropa, həm də Rusiya iqtisadiyyatında böhran başlaya bilər. Qeyd edək ki, son statistik məlumatlara görə, Rusiyaya qarşı ümumilikdə 5356 sanksiya tətbiq olunub.
Yeni sanksiyalarla birlikdə, rublun sürətlə dəyər itirməsi və müharibənin maddi zərərləri onsuzda pis vəziyyətdə olan Rusiya iqtisadiyyatını bir qədər də çökdürür. Belə olan halda Rusiyanın tətbiq edəcəyi sanksiyaların nə dərəcədə effektiv olacağı da sual doğurur.
Ekspertlər Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycanla olan iqtisadi əlaqələrə də təsir edəcəyini bildirirlər. Statistik məlumatlara nəzər saldıqda aydın olur ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub.
Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür. Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72 faiz, ixracımızda payı isə 4,15 faiz təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb.
Azərbaycanın əsas idxal bazarı Rusiya hesab olunur.
Rusiyadan idxal olunan əsas məhsullar isə kartof, quş əti, tərəvəz, çay, buğda, buğda unu, düyü, bitki yağları,marqarin, kolbasa, qənnadı məmulatları, şokolad, makaron, çörək, mineral və qazlı sular, pivə, araq, təbii qum, kvars, mineral gübrə, daş kömür, sürtkü yağları, elektrik enerjisi, meşə materialları, qəzet kağızı, polad, məişət soyuducusu, paltaryuyan maşın, televizya qəbuledicisi və xüsusi təyinatlı avtomobillərdir. DİA.AZ-ın məlumatına görə, mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiyanın bu addımının əsas məqsədi özünə qeyri-dost bildiyi ölkələri cəzəlandırmaqdır: “Rusiya bu yolla ona sanksiya tətbiq edən həmin ölkələrə ziyan vurmağa çalışır. Eyni zamanda Rusiya ixrac etdiyi məhsulların əmtəə qiymətini yüksəlmək istəyir ki, bu yolla əlavə gəlir əldə edə bilsin”.
Ekspert qeyd edir ki, hazırda Rusiyanın neft-qaz məhsullarının ixracını dayandırması mümkün görünmür: ”Rusiya özü də bilir ki, bu addımı atsa daha ciddi sanksiyalarla üzləşə bilər. Rusiya əsas taxıl ixracatçısı olduğundan bu yolla dünyanı sınağa çəkə bilər. Məsələn, taxılın ixrac rüsumunu artıraraq, ölkələrə təzyiq göstərə bilər.
Düşünürəm ki, Azərbaycanın sanksiya tətbiq edilən ölkələr siyahısında olması real görünmür. Amma buna baxmayaraq, Rysiyanın bu qərarının Azərbaycana müsbət və mənfi təsirləri olacaq. Müsbət tərəfİ odur ki, enerji və neft qiymətləri bahalaşacaq və Azərbaycan bundan əlavə gəlir götürəcək. Mənfi tərəfi isə odur ki, taxıl və əlvan metallurgiya qiymətləri bahalaşacaq. Bu da öz növbəsində inflyasiyanın artmasına və daxildəki qiymətlərin bahalaşmasına səbəb olacaq”.
Bu gün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA