Azərbaycandan VALYUTA AXINI RİSKİ - NƏ ETMƏLİ?
Iqtisadiyyat
Oxunub: 551
7 mar 2022 | 20:43
Azərbaycandan VALYUTA AXINI RİSKİ - NƏ ETMƏLİ?


Rusiya Mərkəzi Bankının (RMB) mətbuat xidmətinə istinadən yayılan məlumata görə, valyuta axınını dayandırmaq məqsədilə RMB birjada dollar, avro və funt sterlinq alarkən fiziki şəxslər üçün 30% komissiya tətbiq edib. Sonradan fiziki şəxslər üçün bunun 12%-ə endirilməsi qərarı verilib. Bundan əvvəl RMB sanksiyaların təzyiqinə cavab olaraq, əsas faiz dərəcəsini 20%-ə qaldırmışdı.

“Birjada valyuta alarkən brokerlərin fiziki şəxslərdən almalı olduğu 30% komissiya sadəcə olaraq banklar və brokerlər arasında rəqabət şərtlərini bərabərləşdirir, çünki bankların valyutanın alış və satış məzənnələri arasındakı spreddən istifadə etmək imkanı var”, - deyə Rusiya Bankının açıqlamasında deyilir.

Müstəqil maliyyəçi Vitali Kaluqinin sözlərinə görə, bu valyutaların faktiki məzənnəsi 30% yüksək olacaq: “Əslində bunlardan başqa istənilən valyutanı ala biləcəyiniz aydındır - məsələn, frank, yen”.

Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov da eyni fikirdədir: “Mərkəzi Bank Rusiyada dollara tələbi müəyyən qədər azaltmağa çalışır, amma digər tərəfdən, “qara bazar”da rubl artıq xarici valyutalara nisbətən ucuzlaşır”.

“Moskva nəyin bahasına olursa-olsun xarici əskinasların xaricə çıxışını dayandırmağa çalışır. Lakin beşinci gündür bağlanan Moskva birjası göstərir ki, Rusiya Mərkəzi Bankı sanksiyaların təsirlərini yumşaltmaq üçün hələ də öz strategiyasını tam müəyyənləşdirməyib. Moskva ehtiyat edir ki, birjanın bərpası rublun rəsmi məzənnəsinin daha da ucuzlaşmasına və birjada ciddi sarsıntıya səbəb olacaq. Əslində rəsmi məzənnəyə baxmayaraq, rubl “qara bazar”da daha da ucuzlaşıb. Belə görünür ki, müharibə davam etsə, rubl ucuzlaşmağa davam edəcək”. DİA.AZ xəbər verir ki, bunu deputat AYNA-ya şərhində bildirib.

Bundan əvvəl Putin Rusiyadan 10 min dollardan artıq nağd pulun ixracını qadağan edən sənəd imzalayıb. Artıq Rusiya hökuməti 10 min dollardan çox nağd pul verilməsini qadağan edib.

Sanksiyalar sərtləşdirilərsə, bu rəqəm daha da azala bilər. Göründüyü kimi, Rusiya hökuməti hazırda inzibati yollarla ölkədən valyuta axınını minimuma endirməyə çalışır. Putinin sərəncamında qeyd olunur ki, 2022-ci il martın 2-dən Rusiya Federasiyasından 10 min ABŞ dolları ekvivalentindən artıq olan və Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanmış nağd xarici valyutanın və (və ya) xarici valyutada pul alətlərinin çıxarılması qadağan edilsin.

Bütün bunların valyuta bazarımız üçün mənfi nəticələri ola bilər. Bayramov qeyd edib ki, Rusiyada valyuta qıtlığı və dollara tələbin artması fonunda Azərbaycan Mərkəzi Bankı qabaqlayıcı tədbirlər görməlidir: “Rusiyaya illik ixracımız 800 milyon dollara çatır. Əvvəlki illərdə fermerlər və digər sahibkarlar ticarəti rublla aparır, sonra isə onu dollara çevirməyə üstünlük verirdilər. Rusiyada dollar çatışmamazlığının dərinləşməsi riskləri yüksək olduğundan, Azərbaycan Mərkəzi Bankı ölkədən dollar axınını optimallaşdırmaq üçün tənzimləyici mövqeyindən istifadə etməlidir”.

“Neftin qiymətinin yüksək olması Azərbaycana daxil olan valyutanın həcminin artmasına səbəb olsa da, mövcud reallıqlar ölkədən valyuta axınının qarşısının alınması zərurətini artırıb”, - deyə millət vəkili xəbərdarlıq edib.

Rusiyalı analitik, Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, Rusiya Bankı vəziyyəti düzgün qiymətləndirməyib: “Rusiya iqtisadiyyatından kapitalın çıxarılmasını dayandırmaq lazım idi. Mərkəzi Bank Moskva Birjasının işini əvvəlcədən dayandırmalı idi, çünki onun nəhəng beynəlxalq təzyiq şəraitində işləməsinə icazə vermək düzgün deyil”.
Bu gün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA