Neft üstündə mərc qurulub: 300 dollara “sıçrayacaq? - NƏ BAŞ VERİR?

Treyderlər 2022-ci ilin dekabrına qədər neftin qiymətinin 250-300 dollara qalxacağına mərc edərək alış opsionları (call option) almağa başlayıblar.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda bildirilib ki, treyderlər bu il ilk dəfə olaraq "Brent" markalı neftin qiymətinin bir barel üçün 200 dolları keçəcəyinə mərc ediblər.
Qeyd edək ki, London ICE birjasında opsionların ümumi dəyəri bir milyon dollara yaxındır. Treyderlərin birjaya yerləşdirdikləri 5 min dekabr müqavilələri ilə neftin 250-300 dollar olacağı proqnozlaşdırılır.
Onlar yalnız qiymət proqnozu doğrulduğu halda qazanc əldə edəcəklər. OPEC isə 2021-ci il üçün dünya neft tələbatının proqnozunu açıqlayıb. Təşkilat gözləntilərini aşağı salıb və indi təlabatın artımının bir ay əvvəl olduğu kimi gündə 5,8 milyon barel əvəzinə 5,7 milyon barel olacağını gözləyir.
Treyderlərin proqnozları özünü doğrulda bilərmi?
Cebhe.info-ya açıqlamasında neft məsələləri üzrə ekspert Zəfər Vəliyev neft qiymətlərində yüksək artımın gözlənilmədiyini bildirib:
“Yüksək neft qiymətləri hasilatçılar və istehlakçılar üçün məqbul deyil. Çünki hazırda, dünyanın iqtisadi inkişafının bərpa prosesinin getdiyi anda yüksək neft qiymətləri, həm də süni qiymət artımları inflyasiya riskini artırmaqla bərabər, neft emalı zavodlarında problem yaradar. Çünki neftə tələbat ilk növbədə neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi ilə ölçülür. Dünyada mövcud olan neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 80-82 faiz civarındadır. Əslində, bu, 90 faizdən yuxarı olmalıdır. Bu mənada hazırda neftə olan tələbat 2019-cu il, yəni pandemiyadan əvvəlki səviyyədə deyil. Bu, məsələnin birinci tərəfidir”.
İkinci tərəfi ondan ibarətdir ki, neftə olan tələbat neftin emala düçar edilməsindən əldə olunan neft məhsullarına olan tələbatla ölçülür:
“Bu gün, məsələn, təyyarə yanacağına gündəlik qlobal tələbat pandemiyadan əvvəlki dövrlə müqayisədə kifayət qədər aşağıdır. Yəni 2019-cu ildə aviasiya yanacağına gündəlik qlobal tələbat 7.7 və yaxud 8 milyon barel idisə, bu gün 5.5 milyon bareldir. Deməli, neft məhsullarının hamısına olan tələbat 2019-cu il səviyyəsində deyil. Digər bir tərəfdən OPEC-lə müttəfiq dövlətlər, Vyana sazişinin iştirakçısı olan ölkələr də yüksək neft qiymətlərinə elə maraqlı deyillər. OPEC-lə müttəfiq dövlətlər neftə olan tələbatla bağlı və yaxud hasilatın dəyişdirilməsi ilə bağlı hər hansı bir qərar qəbul edəndə 3 əsas meyara fikir verirlər: enerji təhlükəsizliyi, iqtisadi artım, iqlim dəyişikliklərinə qarşı müqavimət. Bu 3 əsas meyar qarşıdakı illərdə və hazırda OPEC-lə müttəfiq dövlətlərin hasilat siyasəti ilə bağlı əsas götürdükləri meyarlardır. Ona görə də neft qiymətlərinin 90, 145, 200 dollar olması mümkün deyil”.
Ekspert hazırda dünya bazarlarında daş kömür və təbii qazın qiymətlərinin də endiyini vurğulayıb:
“Hazırda həm Asiya, həm Avropa bazarlarında daş kömürün qiymətlərində enmə müşahidə olunur. Bilirik ki, elektrik enerjisi istehsalında əsas xammal növlərindən biri də daş kömürdür. Eyni zamanda, təbii qaz bazarlarında da sabitlik formalaşmağa başlayır və müəyyən qiymət enmələri müşahidə olunur. Belə olan təqdirdə neft qiymətlərində yüksək sıçrayışlar mümkün deyil”.
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər