HƏQİQƏTƏNDƏ: Artan rüsumlardan kim qazanacaq? - Hər kəs narahatdır, cavab isə yoxdur
Iqtisadiyyat
Oxunub: 605
2 noy 2021 | 20:24
HƏQİQƏTƏNDƏ: Artan rüsumlardan kim qazanacaq? - Hər kəs narahatdır, cavab isə yoxdur


“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər ediləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Rüsum artımı olduqca geniş arealı əhatə edir.

Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsinin səbəbinə gəldikdə isə müzakirə zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır. O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib.

Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub. Qeyd edək ki, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərə əsasən, bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Burada “Vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə”, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri”, “Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə”, “Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə”, “Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumların artırılması və digər sahələr də daxil olmaqla ümumilikdə 226 dövlət rüsumu dəyişdirilərək artırılıb.
Qeyd edək ki, bu gün ölkədə müxtəlif sahələrdə kifayət qədər bahalaşma özünü göstərir. Ötən rüsumlardan 15 il keçməsinə baxmayaraq, bu müddətdə əmək haqqlarında o qədər ciddi dəyişiklik müşahidə edilməyib. Rüsumlarla bağlı tətbiq ediləcək yeni dəyişiklik onsuz da alıcılıq qabiliyyəti zəif olan əhalinin maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.

Hazırkı əmək haqqı ilə dövlət rüsumlarındakı artım nə dərəcədə uyğundur?

Millət vəkili Vahid Əhmədov Cebhe.info-ya bildirib ki, dövlət rüsumunun artımı ilə bağlı elə məsələlər var ki, onları da narahat edir:

“Bununla bağlı öz təkliflərimizi vermişik. İkinci oxunuşda yəqin ki, o məsələlərə baxılacaq. Hesab edirəm ki, son vaxtlar qiymət artımı sürətlə getdiyi üçün Azərbaycanda əmək haqqı prinsipi ümumiyyətlə, dəyişməlidir. Yəni əmək haqqınının verilməsi ilə bağlı məsələyə baxılmasına böyük ehtiyac var. Hesab edirəm ki, əmək haqqı ilə bağlı normativ sənədlər işlənib hazırlanmaldır. Bunlar da Milli Məclisdə səsləndi. Hansı təkliflərin keçib-keçməyəcəyini görəcəyik. Növbəti oxunuşda baxılacaq”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda müxtəlif dövlət qeydiyyatı rüsumlarının artması təbii ki, vətəndaşların xərclərinin artması deməkdir:

“İstənilən rüsum artımı nəticə etibarilə vətəndaşın cibindən çıxır. Bu rüsum artımı əgər inflyasiya ilə bağlı indeksləşməyə əsasən aparılırsa, o zaman maaş və təqaüdlərin artırılmasından sonra bu addımın atılması daha doğru olardı. İndi maaş və təqaüdlər artmayıb. Azərbaycanda nominal gəlirlər artsa da, real gəlirlər kəskin şəkildə azalıb. Çünki inflyasiya həddindən artıq yüksəkdir. Ona görə də indiki şəraitdə belə bir addımın atılmasını məntiqli saymaq mümkün deyil. Heç olmasa maaş və təqaüdlərin artımından, indeksləşməsindən sonra bəlli bir rüsumların artımına gedilsəydi, bunu hardasa anlamaq mümkün idi. İndiki zamanda isə bunu tam anlamaq mümkün deyil və doğru addım saymıram”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu