50 min adam işsiz qala bilər: Sədərək və Binə təhlükədə

Bakının ən böyük iş mərkəzi – Binə və Sədərək yarmarkaları ağır günlərini yaşayır. 50 minə yaxın adamın işlədiyi bu iş mərkəzlərində alış-verişin dayanması üzündən gəlirlər çox aşağı düşüb. Alverçilər günlərlə heç nə sata bilmədiklərindən şikayət edirlər
Dükan işlədənlər kvadratmetr üçün 15 manatdan başlayan kirayə haqqını ödəyə bilmirlər. Sədərəkdə mağazaların kirayə haqqı min manata qədər, Binədə isə bir neçə min manat ətrafında dəyişir. Günlərlə alver edə bilməyən dükan sahibləri biznesi tərk etməyə məcbur olurlar. Bəzi dükan sahibləri isə öz obyektlərini satışa çıxarıblar. Hər iki yarmarkada yüzlərlə mağaza boşdur.
Bazarda alverin zəifləməsinin əsas səbəbi kimi Rusiya rublunun ucuzlaşması göstərilir. Rusiyaya daxil olan Dağıstan Respublikasının əhalisi artıq bu bazarlara gəlmir. Onlar rublun ucuzlaşmasından sonra Binə və Sədərəkdən mal aparmağı əlverişsiz olduğunu deyirlər.
Hazırda Rusiyada 1 dollar 64 rubla bərabərdir. Sanksiyalardan öncə – dolların 34 rubla bərabər olduğu zamanlar Dağıstan toyları üçün bütün zərgərlik və cehiz əşyalarını Binə və Sədərəkdən alınırdı. Bunun üçün kəndlərdən belə, xüsusi “Qazel”lər tuturdular və Bakıya gəlirdilər. Alverçilər isə yarmarkalara, demək olar ki, hər gün işləyən avtobuslarla gəlirdilər.
Dağıstana Bakının Sədərək və Binə bazarlarından gedən mal o qədər azalıb ki, bu, ciddi bahalaşmaya səbəb olub. Rusiya Federasiyasına daxil olan bu Qafqaz respublikasında sentyabrda qeyri-ərzaq mallarının orta qiymətində ciddi bahalaşma qeydə alınmasa da, bir sıra məişət əşyalarının qiyməti 10 faizə qədər artıb. Bahalaşma toy üçün lazım olan əşyalarda – zərgərlik məhsullarında, xalçalarda, mebel və qab-qacaqda müşahidə edilir. Ay ərzində dolların rubla nisbətən 6%-ə qədər ucuzlaşması da nəzərə alınarsa, dollar səviyyəsində 15 faizə qədər bahalaşma olduğunu söyləmək olar.
Sədərək və Binə digər ölkələrdən gələn müştərilərini də itirib. Qazaxıstan və Gürcüstanda baş vermiş devalvasiya vəziyyəti bir qədər də gərginləşdirdi. Şəhərdən bu yarmarkalara gedən bəzi avtobus marşrutlarının bağlanması müştəri sayını xeyli azaltdı. Yarmarkalara rahat gələ bilməyən müştərilər alış-verişi şəhər daxilində etməyə başladılar.
İqtisad Universitetinin professoru Zahid Məmmədov hər iki yarmarkada vəziyyəti düzəltməyi mümkün sayır. “Hər iki ticarət mərkəzində canlanma yaratmaq üçün dükanlara dəymədən ciddi yenidənqurmaya ehtiyaj var. Artıq 1990-cı illərin yarmarka dövrü bitdi. Hər iki ticarət mərkəzində ekoloci mühiti yaxşılaşdırmağa böyük ehtiyac var. Müştərilərin hərəkət zolağından arabaların, xaçapuri, peraşki satanların çıxarılmasına da ehtiyac var”,- deyə professor bildirib.
Onun sözlərinə görə, bunun əvəzində dükanların arasında ailələr üçün, xüsusilə də uşaqları nəzərə alan müasir əyləncə məkanları yaratmaq lazımdır: “Bu məsələdə İstanbulun, Moskvanın təcrübəsi nəzərə alınmalıdır. Ticarət mərkəzlərinə modern ictimai nəqliyyat növlərinin hərəkəti təşkil edilməlidir. Xüsusi parkinq yerləri yaradılmalıdır ki, müştərilər sərbəst hərəkət edə bilsin. Bunun üçün xaricdən mütəxəssislər də dəvət eləmək lazımdır”.
Hökumət problemin həlli üçün kəskin addımlar atmalıdır. Hər halda, Binə və Sədərəkdə 10 minə yaxın mağaza var. Hər dükanda orta hesabla 5 adamın çalışdığı nəzərə alınarsa, 50 minə yaxın ailənin böyük çətinliklə üzləşdiyini ehtimal çətin etmək deyil.
Üstəlik, Sədərək və Binə Azərbaycandan qeyri-neft məhsullarının ixracatında böyük rol oynayırdı. Bu bazarlardan ixrac edilən geyüimlərin, məişət əşyalarının, avadanlıqların böyük hisəsi Bakıdakı sexlərdə istehsal edilirdi. Bu bazarlarda alverin dayanması həmin sexlərin də işinin dayanması və əməkdaşlarının işsiz qalması deməkdir.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?