İLGİNC: Banklar problemli kreditləri SANDIQDAN ÇIXARDI - Yenə dövlət müdaxiləsi gözlənilir?
Iqtisadiyyat
Oxunub: 391
26 iy 2021 | 17:45
İLGİNC: Banklar problemli kreditləri SANDIQDAN ÇIXARDI - Yenə dövlət müdaxiləsi gözlənilir?


Ölkədə problemli kreditlərin həcmi artan xətt üzrə gedir.

Bu haqda Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir. Məlumatda bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının portfelində ödəmə vaxtı keçmiş kreditlər (problemli kreditlər) yenidən artmağa başlayıb. 2021-ci ilin iyun ayında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 7,7 milyon manat artaraq 914,6 milyon manata yüksəlib. Mayın sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 906,9 milyon manata düşmüşdü. Bank sektorunda daha çox kreditin ödənişində gecikmə olacağı gözlənilir.

Banklar bu məqsədlə ehtiyat yaratmağı gücləndiriblər. Belə ki, 2021-ci ilin 1-ci yarısında bank sektoru aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 73,5 milyon manat ayırıblar. Halbuki, 2020-ci ilin eyni dövründə sektor ayırma etməmiş, əksinə əvvəlki dövrlərdə yaradılmış ehtiyatdan 22,1 milyon manat azad olmuşdu. 2021-ci ilin 1-ci yarısında bankların kreditlər üzrə ehtimal olunan zərərin ödənilməsi üçün xüsusi fonda daha çox vəsait ayırması qeyri-qənaətbəxş, təhlükəli və ya ümidsiz kreditlərin artdığına işarədir.

Banklar kreditlər və digər aktivlər üzrə zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondu ("adi ehtiyat" və "məqsədli ehtiyat") yaradırlar. Bu fond əməliyyat mənfəəti və ya kapital hesabına yaradılır. Məqsədli ehtiyat bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlər - "qənaətbəxş" aktivlər və "nəzarət altında olan" aktivlərdir. Qeyri-standart aktivlərə - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlər (kreditlər) daxildir.

Qeyd edək ki, Azərbaycanda problemli kreditlərin pik həddi 2015-19 illərdə olub. Belə ki, devalvasiyadan sonrakı dövrdə xarici valyutada olan kreditlərin manat ekvivalentində həcmi dəfələrlə artdı. Bundan əlavə isə gecikmə faizləri, cərimlər də vətəndaşın üzərinə yüklənincə, problemli kreditlərin həcmində ciddi artım baş verdi.

Problemin həlli isə yalnız dövlətin müdaxiləsi ilə mümkün oldu. Belə ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı.

Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada dövlət tərəfindən ödənildi:

- 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

- 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

- 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

Ancaq indi göründüyü kimi, problemli kreditlərin həcmi yenidən artmağa başlayıb. Problemli kreditlərin həcminin artması yenidən dövlətin bu məsələyə müdaxiləsini şərtləndirə bilərmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, əvvəlki kimi ciddi problem olmayacaq:

“Çünki o zaman problemin kökündə kreditlərin əksər hissəsinin xarici valyutada olması dayanırdı. Səbəb isə devalvasiya idi. İndi isə elə problem yoxdur. Hazırki problem daha çox pandemiya ilə bağlıdır. Bu, yalnız Azərbaycanda belə deyil, hazırda bütün dünyada eyni vəziyyətdir. Pandemiya dövründə insanların gəliri azalıb, sahibkarlıq fəaliyyəti zəifləyib. Nəticədə isə həm sahibkarlar, həm də vətəndaşlar kreditlərini ödəməkdə çətinlik çəkir”.

Ekspert əlavə edib ki, problemli kreditlərin çoxu indi üzə çıxır:

“Açıqlanan rəqəmlər indi deyil, hələ keçən ildən əmələ gələn problemli kreditlərdir. Sadəcə olaraq, Mərkəzi Bank banklara tövsiyə etmişdi ki, pandemiya dövründə ödənilməyən kreditləri problemli kredit kimi tanımasınlar, cərimə hesablamasınlar. Bu yaxınlarda Mərkəzi Bank bu tövsiyənin vaxtını yenidən uzatdı.

Amma hazırda bankların çoxu problemli kreditləri göstərir, çünki bu, artıq faktdır. Problemli kreditlərin həcminin artması bununla bağlıdır və düşünürəm ki, rəqəmlər artan xətt üzrə gedəcək. Amma bütün hallarda problemli kreditlər 2015, 2016, 2017-ci illərdə olan həcmə gəlib çatmayacaq”.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...