Neft pulları manatı təhlükədən qorudu - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 387
7 iy 2021 | 20:17
 Neft pulları manatı təhlükədən qorudu - TƏHLİL


Avrozona iqtisadiyyatı fonunda proqnozların son altı ayın minimumuna düşməsi EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olub.

Beləliklə, dollara olan tələbin artması da GBP/USD kimi digər aparıcı valyutaların dollara olan məzənnələrin ucuzlaşmasına səbəb olub.

Bununla yanaşı, Avrozona kimi inkişaf etmiş bazarda durğunluğun yaranmasından digər ölkələr də mənfi təsirlənəcək. Təhlillərə əsasən, avro və funt sterlinqdə ucuzlaşma müvafiq olaraq, 1.16, 1.36$-a kimi davam edə bilər.

Əlvan metallar bazarlarında da eyni tendensiya müşahidə edilir və bir unsiya üzrə qızılın qiyməti də 1790$-ın qırılması ilə 1775$-a kimi dəyər itirə bilər. Kriptovalyuta birjalarında dollara olan tələbin artması, bitkoində korreksiyanın davam etməsinə səbəb olur.

Burada da önəmli müqavimət səviyyəsi 35, dəstək səviyyəsi isə 33 min dollardır.

Maraqlıdır, dollara tələbin artması digər aparıcı valyutaların ucuzlaşmasına səbəb olubsa, manata təhlükə yarana bilər?

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırda beynəlxalq bazarda avro və funt-sterlinqin dollar qarşısında dəyər itirməsi Amerika və onun tərafdaşlığındakı zonaların pandemiya şəraitində inkişaf etməsi ilə bağlıdır:

“Həmin zonalar iqtisadiyyatı şəraitlərinə uyğun qura bilir. İngiltərə isə iqtisadiyyatını Amerika kimi səmərəli qura bilmir. Ona görə də bu iki zonanın valyutası, yəni funt- sterlinq və avro dollar qarşısında dəyər itirib. Azərbaycanın daxilində bəllidir ki, Azərbaycan manatı xarici məzənnə ilə tənzimlənmir. Azərbaycan manatı hökumətin iradəsi əsasında tənzimlənir. Yəni manat ölkənin daxilindəki valyuta bazarında tənzimlənir. Bu ilin 6 ayına görə Azərbaycan hökuməti təxminən 460 milyon dollar valyuta hərraca çıxarıb. Bu satış, yəni bazara dolların çıxarılması əslində manatın məzənnəsinin sabit saxlanması üçündür. Bu kursun qarşıdakı dövrdə də davam etdirilməsi gözlənilir. Azərbaycan hökumətinin hər hansı bir dəyişiklik etmək fikri yoxdur”.

Ekspert qeyd edib ki, hazırda Azərbaycan nefti az qalır 80 dollara çatsın:

“Bu isə o deməkdir ki, Azərbaycan hökuməti neft satışından yarıbayarı valyuta cəlb edib.

Azərbaycan hökumətinin hazırda tutduğu kursu davam etdirmək imkanı var. Ona görə də hesab edirəm ki, Azərbaycan manatına xaricdə cərəyan edən hadisələr təsir etməyəcək. Neftin qiyməti baha olduğuna görə Azərbaycan hazırkı valyuta kursunu davam etdirmək imkanına malikdir”.
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir