Bazara girişi bağlayan sığorta lobbisi - “Əcnəbilər də adlarını qorumaq üçün ölkəmizə gəlmir”
Iqtisadiyyat
Oxunub: 440
24 may 2021 | 16:48
Bazara girişi bağlayan sığorta lobbisi - “Əcnəbilər də adlarını qorumaq üçün ölkəmizə gəlmir”


Sığorta bazarı risklərin bölüşdürülməsini həyata keçirən əsas sosial müdafiə mexanizmidir.

Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində sığortanın ÜDM-də payı kifayət qədər yüksəkdir. Azərbaycanda isə bu sahədə hələ ki, ciddi irəliləyiş nəzərə çarpmır.

Səbəbinə gəldikdə isə sığorta şirkətləri bunu əhalinin bu sahədə məlumatının az olması ilə izah edirlər. Əhali isə əksinə, səbəb kimi sığorta şirkətlərinə inamının olmamasını göstərir.

Qeyd edək ki, Azərbaycanda sığorta şirkətləri əsasən ödənişi gecikdirmələri və yaxud ümumiyyətlə, verməmələri iddiaları ilə məhkəməyə verilir. Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda ən çox məhkəməyə verilən sığorta şirkəti Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") olub. 2021-ci ildə bu şirkətə qarşı 167 məhkəmə iddiası qaldırılıb.

Məhkəmə iddialarının sayına görə, 2-ci yerdə "Azsığorta" ASC, 3-cü yerdə isə "Atəşgah Sığorta" ASC qərarlaşıb.

Bu gün ölkədə sığorta bazarı niyə inkişaf etmir, bu, sığorta sisteminin düzgün qurulmamasındanmı irəli gəlir, yoxsa digər səbəb var?

Əcnəbi sıgorta sirkətlərinin bazara buraxılması vəziyyəti dəyişə bilərmi?

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, sığorta bazarının əsas problemi 2016-cı ilin martından sığorta bazarına nəzarəti Maliyyə Nazirliyindən alınmasından qaynaqlanır:

“Həmin nazirlik bu işin öhdəsindən əla olmasa da, məqbul gəlirdi. Hər halda Mərkəzi Bankın banklara etdyi nəzarətdən daha yaxşı idi. Sonra bu nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçdi. Palata da sığorta bazarı ilə heç məşğul olmadı və bütün diqqəti bank sektoruna yönəltdi, nəticədə isə sığorta bazarında vəziyyət kəskin pisləşdi. 2019-cu ilin sonunda Palata ləğv olundu və nəzarət səlahiyyətləri, həm bank, sığorta və həm də qiymətli kağızlar sektorunun Mərkəzi Banka verildi. Deyilənlərə görə, Mərkəzi Bank sığorta sektorunun vəziyyətinin yaxşılaşdırılması ilə bağlı nəsə hazırlayır, ancaq ortada hələ ki, heç nə yoxdur.

İl yarımdır bu səlahiyyət ona verilib, ancaq Mərkəzi Bankın başı əsasən bank sektoruna qarışıb. Maliyyə bazarının istənilən sektoru- bank, sığorta, qiymətli kağızlar- əgər normal nəzarət yoxdursa, vəziyyət pis olacaq. Vətəndaşların bu gün sığorta şirkətlərindən şikayət etməsinin səbəbi odur ki, onlar öz öhdəliklərini yerinə yetirmir, yayınırlar. Onların üzərində nəzarət zəifdir”.

İqtisadçının fikrincə, ikinci problem artıq qlobal məsələdir:

“Belə ki, Azərbaycanda ancaq bir sığorta modelindən istifadə edilir, bu da kommersiya sığortasıdır. Təəssüf ki, ölkədə koperativ sığorta modelindən (Buna müştərək sığorta sistemi də deyilir) istifadə edilmir. Bunun fərqi nədən ibarətdir? Məsələn, 200 manat verib avtomobilinizi sığorta etdirirsiniz. Tutaq ki, orada yazılıb ki, avtomobilinizə 10 min manat dəyərində ziyan dəysə, sığorta şirkəti ödəyəcək və müqavilə müddəti də bir ildir. Bir il keçdi, sizin avtomobilin başına heç bir iş gəlmədi. Həmin 200 manat batdı, bu məbləğ sığorta şirkətinin sahibinin cibinə keçdi. Ancaq koperativ sığortada bu model başqadır. Onun mahiyyəti ondan ibarətdir ki, avtomobillərini sığortalatdıran şəxslər 200 manat ödədilər, həmin manatın bir hissəsini sığorta şirkəti götürür, qalan pul isə sığorta olunanların puludur.

Əgər bir il ərzində sığorta hadisəsi olmasa, yaxud az olsa, o pul sığorta olunanlara qaytarılır. Yəni sığorta şirkətinin marağı olmur ki, sığorta hadisələri baş verəndə ödənişi həyata keçirməkdən imtina etsin. Bu gün avtomobilini kimsə vurdu, gəlib sığorta şirkətinə desə ki, ödə, şirkət min bəhanə ilə vermir. Çünki verməsə, o pul onun cibinə girəcək. Ancaq koperativ sığortada bu yoxdur, onsuz da sığorta şirkətinə çatacaq pul sabitdir. Pul sığorta olunanlara qayıdacaq, buna görə də öhdəliyin icrasından yayınmır. Bütün sivil dünyada həm kommersiya, həm də koperativ model var, ancaq bizdə yoxdur. Çünki sığorta lobbisi buna imkan vermir. Bu kimi qlobal problemlərə görə, bizdə sığorta şirkətləri düz işləmirlər”.

Ölkəmizdə əcnəbi sığorta şirkətlərinin fəaliyyətinə gəldikdə isə iqtisadçı deyir ki, onlarla bağlı icazə var, ancaq onlar gəlmir:

“Onlar vəziyyəti dəyişə bilərlər. Xaricdə tanınan aparıcı şirkətlər adlarını qoruyur, bizim sığorta şirkətlərinin çoxu kimi öhdəliklərinin icrasından yayınmırlar. Ancaq xarici sığorta şirkətləri üçün Azərbaycan bazarı o qədər cəlbedici deyil. Bizdə gəlirlilik də əvvəlki kimi deyil. Digər tərəfdən, pandemiya ilə bağlı xarici beynəlxalq şirkətlər hansısa bazarlara girmirlər”.
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib