Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
Iqtisadiyyat
Oxunub: 392
21 apr 2021 | 11:39
Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur


Dövlət başçısının tapşırığına uyğun olaraq respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən bir-neçəsi Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində icra olunur.



Belə ki, Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61.7 kilometdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 m olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1.5 m olmaqla 3 metrə bərabərdir.



Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bununla yanaşı uzunluğu 5.2 km olan Təpəcənnət yolunda 14 ədəd, 6.2 km olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suotürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hazırda hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.



Layihəyə uyğun olaraq Yevlax rayonunda da 2 kənd yolunun yenidən qurulması icra olunur ki, artıq işlər son mərhələdədir. Bu 4.4 km uzunluğa malik Qaraoğlan və 3.2 km-lik Quşçu kənd yollarıdır. Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir və hərəkət hissə asfalt örtüyü döşənməsi üçün hazır vəziyyətə gətirilir. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri icra olunur.



Ucar rayonunda isə 3.5 km uzunluğa malik Alpı və 3.4 km-lik Qulabənd kənd yolları inşa edilir. Hər iki yolda işlər artıq yekunlaşmağa doğru gedir. Belə ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sözügedən yollarda yeni yol yatağı inşası yekunlaşdırılıb. Hazırda layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası aparılır, yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.



Anoloji işlərin Zərdab rayonu ərazisində 3 kənd yolunda da icrasına start verilib. Bu uzunluğu 15.9 km olan Yarməmmədbağı, 4.7 km uzunluğa malik Körpükənd və 5 km-lik Əlvənd kəndlərinin yollarıdır. Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir. Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 ədəd dairəvi suötürücü borunun quraşdırılması da layihə üzrə nəzərdə tutulur.



Zərdab rayonu ilə yanaşı Ağcabədi rayonunda Şənlik kəndi yolunun da yenidən qurulması işlərinə başlanılıb. Hazırda kəndə gedən 10.2 km-lik yolda yeni torpaq yatağı və yeni yol əsası inşa edilir. Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan 16 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri və mövcud 2 avtomobil körpüsünün əsaslı şəkildə təmiri də layihəyə daxil edilib. Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işlərindən sonra Şənlik kənd yoluna əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.



Qeyd edək ki, tikintiyə Texniki nəzarət işlərini İtaliyanın “İRD Engineering” şirkəti yerinə yetirir.



Ümumilikdə isə tikinti işləri tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.



Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yollar adı qeyd edilən 10 kəndin 12 mindən artıq əhalisi ilə yanaşı bu yollardan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək. Bundan başqa əhali tərəfindən yetişdirdirilən kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan rayon mərkəzinə və qonşu rayonlara daşınmasına şərait yaratmaqla bu sahənin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində kənd əhalisinin sosial həyat şəraitinə müsbət təsir etmiş olacaq.



BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulurUcar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”