“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir”
Iqtisadiyyat
Oxunub: 422
13 apr 2021 | 17:11
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir”


Hər zaman abunəçilərinin etibarlı tərəfdaşı olmağı hədəfləyən “Nar” satış və xidmət mərkəzlərini yeniləməsi münasibətilə müştərilər üçün xüsusi aksiya keçirir. Belə ki, mobil operator “Yeniliklər Dalğası” kampaniyasına start verir. Kampaniya çərçivəsində müştərilərə müxtəlif hədiyyələr əldə etmək üçün fərqli yarışmalar təqdim ediləcək.

#YeniliklərDalğası ilə təqdim olunan oyun və yarışmalar “Nar”ın “Facebook”, “Instagram” və veb-səhifəsində keçiriləcək. Yarışlarda iştirak edən hər bir iştirakçıya xüsusi kod təqdim olunacaq. Bu kodla onlayn lotoreyada iştirak edib, dəyərli hədiyyələr qazanmaq mümkün olacaq. Həmçinin aprelin 22-dək yenilənmiş “Nar” mağazalarında bütün aksesuarlara 50%-dək endirimlər tətbiq olunacaq. Kampaniya haqqında ətraflı məlumatı https://www.nar.az/yenilikler-dalgasi/ internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, mobil operator Fəvvarələr meydanı, “Elmlər Akademiyası”, “Sahil”, “Əhmədli” metrostansiyaları yaxınlığındakı, eləcə də Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 “Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”