Neft Fondunun aktivləri azalır: Büdcə necə formalaşacaq? - TƏHLİL
Iqtisadiyyat
Oxunub: 736
13 iy 2020 | 16:53
Neft Fondunun aktivləri azalır: Büdcə necə formalaşacaq? - TƏHLİL


“Xam neftin qiymətlərinin qeyri-sabit olması cari və növbəti maliyyə dövrlərində Fondun aktivlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər”- Dövlət Neft Fondunun 2019-cu il üzrə illik hesabatında bu barədə bildirilib.

Qeyd edək ki, hesabatda bildirilir ki, 2019-cu ilin sonlarından Çində başlayan yeni növ COVID-19 xəstəliyi hökumət tərəfindən karantin rejiminin tətbiq edilməsi, bəzi layihələrin dayandırılması və bizneslərin bağlanması ilə nəticələnib. Dünya bazarlarında hökm sürən iqtisadi şərait Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) fəaliyyətində bir sıra çətinliklər yaradıb.

Qeyd edilib ki, hal-hazırda xam neftin qiymətlərinə olan cari tələb dəyişkənliyi Fondun biznes məqsədlərini həyata keçirmək qabiliyyətinə təsir göstərir.Bu təsirlər COVID-19 pandemiyasının təsir etdiyi belə bazarlarda və xam neftin qiymətlərində ciddi qeyri-sabitlik fonunda özünü daha aydın biruzə verir. Fondun üzləşdiyi başqa bir məsələ digər suveren fondlar kimi, Fondun birjada kotirovka olunan səhmlərdən ibarət olan investisiya portfelinin qısamüddətli qiymət dəyişkənliyindən yaranan zərərə məruz qala bilməsidir. Fondun investisiya siyasətində yuxarıda qeyd olunan risklərin azaldılması üçün nəzərdə tutulan bir neçə vacib mexanizmlər mövcuddur.Belə ki, Fondun investisiya portfelinin 70%-ə qədərini yüksək likvidli investisiyalar, o cümlədən borc öhdəlikləri və pul bazarları alətləri təşkil edir. Bundan əlavə, investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, ümumiyyətlə, bu aktivlər bazar dəyişkənliyi və qeyri-müəyyənlik dövründə daha etibarlı alətlər hesab olunurlar.

“Fond bazarın vəziyyətini yaxından izləyir və bazar vəziyyəti ilə bağlı öz mövqeyini qiymətləndirməkdə davam edir.Sürətlə dəyişən bazar vəziyyətinə qarşı tək yumşaltma tədbiri kifayət etməyəcəyi halda, Fond diqqətlə hazırlanmış və ölçülmüş yanaşmasını davam etdirmək niyyətindədir.Pandemiyanın uzun müddət davam edəcəyi halda, Fondun əməliyyatlarına təsir göstərib-göstərməməsi hazırda məlum deyil.Fond maliyyə resurslarının pandemiya dövründə yetərli olacağını hesab edir”.

Məlum olduğu kimi, Azərbaycanda dövlət büdcəsinin neftdən asılılığının minimuma endirilməsi məqsəd olaraq qoyulsa da, hələ ki, bu mümkün olmayıb.Büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun transfertləri əsas mənbə olaraq qalır.Xatırladaq ki, bu ilin büdcəsində gəlirlərinin 47 faizinin Dövlət Neft Fondundan daxilolmaların hesabına formalaşdırılması qərara alınıb.

Belə olduğu təqdirdə Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli dərəcədə azalması icmal büdcəyə və növbəti ilin büdcəsinin formalaşmasına təsir edə bilərmi?

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında 2018-ci ildə “Büdcə haqqında” Qanuna dəyişiklik edildiyini xatırladıb:

“2019-2020-ci illərdə büdcənin hazırlanması prosesində artıq bu dəyişikliklərin nəzərə alınması qanunvericilikdə öz əksini tapıb. Neft vəsaitlərinin xərclənməsində “qızıl qayda”-nın tətbiqi ilə bağlı büdcə sisteminə edilən dəyişikliklərlə bağlı Neft Fondunun aktivlərinin həcmi, neftdən gələn gəlirlər müvafiq düsturda öz əksini tapır. Bu da o deməkdir ki, Neft Fondunun aktivləri azalacaqsa, ümumiyyətlə götürdükdə bu 2021-ci ilin dövlət büdcəsində nəzərə alınmalıdır”.

İqtisadçı bildirir ki, burada digər məqam icmal büdcə ilə bağlı yarana bilər:

“İcmal büdcə ilə bağlı edilən dəyişikliklərlə əlaqədar olaraq, onun 3 faizdən artıq artırılması mümkün deyil. Neft Fondunun gəlirləri icmal büdcənin bir parametridir.Belə şərtlər daxilində, ümumi hesablamada məcburən 2020-ci dövlət büdcəsinin tətbiqi zamanı Neft Fondundan köçürmələrin həcmi azaldılacaq.Bu azalma da son nəticədə dövlət büdcəsinin ümumi həcminin azalmasını şərtləndirən faktor kimi çıxış edəcək”.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"